Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Mərsiyə GÜLZARİ-HÜSEYN (Ə) (Şeir)

GÜLZARİ-HÜSEYN (Ə) (Şeir)

Heyrətdə qoyub aləmi rəftarı Hüseynin,

Gəlməz dəxi bu aləmə təkrarı Hüseynin.

 

 

Aşiqlərin əyləşdi könül təxtinə Mövla,

Eşqə özü zivər, dilə göftarı Hüseynin.

 

 

Sərvətdə bu dünyadə Hüseynə çatan olmaz,

Yetmiş iki qurban tək olub varı Hüseynin.

 

 

Dəydi bir əmud başına, Əkbər yaralandı,

Şad oldu bu qəmdən vəli, əğyarı Hüseynin.

 

 

Əbbas ələmdarı idi dəşti-bəladə,

Zeynəbsə əsirlikdə ələmdarı Hüseynin.

 

 

Oxlandı Əli Əsğər o Mövla qucağında,

Rəhm eyləmədi zərrə sitəmkarı Hüseynin.

 

 

Asandı mənə bunca bəla – söylədi Mövla,

Çün, seyr eləyir aşiqini Yarı Hüseynin.

 

 

Sanki gül açıb yarələri sərvəri-eşqin,

Zəhranı salıb qəmlərə gülzarı Hüseynin.

 

 

Ya Heydəri-Kərrar, yetiş Kərbubəlayə,

Bikəsdi Xanım Zeynəbi-qəmxarı Hüseynin.

 

 

Göz yaşını seyl eylədi Səccad ağa ey dil,

Qırx il yanıb odlandı diləfkarı Hüseynin.

 

 

Allah adını səbt edə kaş, müshəfi-fəxrə,

Şahin, olasan sən də əzadarı Hüseynin.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə