Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları MƏNƏM MƏKKƏ VƏ MİNANIN OĞLU, MƏNƏM ZƏMZƏM VƏ SƏFANIN OĞLU...

Məhərrəm yazıları

MƏNƏM MƏKKƏ VƏ MİNANIN OĞLU, MƏNƏM ZƏMZƏM VƏ SƏFANIN OĞLU...

 Təəssüflər olsun ki, bəzilərinin zehn və təsəvvüründə imam Səccad (ə) xəstə və cəmiyyətdən uzaq bir imam kimi qalıb və hələ də o həzrəti Bimar-Səccad (Xəstə Səccad) ləqəbi ilə yad edirlər! Amma o həzrətin həqiqi siması tam fərqlidir. Çünki imam Səccad (ə) yalnız “Aşura” günü xəstələnmiş, bu xəstəlik o həzrətdən döyüş gücünü almış və cihad əmrinin vacibliyini o həzrətin boynundan götürmüşdür.

İmam Səccad (ə) Şamda, Yezidin öz sarayında təşkil etdiyi məclisdə bir xütbə söyləyir ki, özünün böyük nəsil-nəcabət şəcərəsini tanıtdırmaqla, zülm, haqsızlıq, zorakılıq, diktatorluq və hegemonlğun müqabilində dayanmaqla, Əməvilər sülaləsinin neçə illik təlaşını alt-üst edir, havaya sovurur.

 

ŞAM – O GÜNLƏRDƏ

Peyğəmbərin (s) vəfatından bir neçə il sonra, yəni 17-ci hicri-qəməri ilində Şam vilayətinin hakimi Əbü Süfyanın oğlu Yezidin ölümündən sonra Əbü Süfyanın digər bir oğlu – Müaviy öz qardaşının kürsüsündə əyləşir. İslam, Müaviyənin şəxsi düşüncəsinə uyğun şəkildə Şamda təbliğ edilir. O, öz hədəfinə yetmək üçün hətta özü və nəsil-nəcabətinin fəzilət və üstünlüyü haqda hədislər də qoşur, qoşdurur. Beləcə, Şam əhli Müaviyəni İslamın səfiri adı ilə tanıyır və hətta saxta hədislər vasitəsilə onun behiştdə Peyğəmbəri-Əkrəmlə (s) birgə olacağına, ona sevginin vacibliyinə inanır. (“Siyəru elamun-nubəla”, Zəhəbi, 30-cu cild, Səh.130.)

Müaviyənin ölümündən sonra da oğlu Yezid hakimiyyətə gəlir. Belə bir şəraitə uyğun olaraq, Müaviyəyə düşmən kəsilən hər bir kəsin hökmü də, təbii ki, kafirlikdir. “Aşura” faciəsi elə bu düşüncə tərzinin nəticəsində yaranır.

Əsirlər karvanı Şama gətirildikdən sonra Yezid bir məclisin təşkil edilməsini əmr edir. O, öz təsəvvürünə uyaraq, bu məclisdə imam Əlinin (ə) xanədanını xar və rüsvay etmək istəyirdi. Bununla bərabər, istəyirdi ki, həmin məclisdə İslam və müsəlmanların bütün iftixarları Əməvilərin xeyrinə tamamlansın, xilafət və hakimiyyətləri qiyamətə qədər sığortalansın.

Məclis təşkil olunur. Yezid bir saray xətibinə əmr edir ki, Əli (ə) və övladi-Əlinin (ə) pisliklərindın danışsın. Xətib, Yezidin istədiyi kimi danışır, sonra da Müaviyə və Yezidi bəs qədər tərifləyir. Gözlənilmədən məclisdən uca bir səs eşidilir və camaatın sükutunu pozub xətibin səsini kəsir. İmam Səccad ayağa qalxıb buyurur: “Vay sənin halına, ey xətib! Camaatın razılığını Allahın qəzəbi ilə dəyişdin və cəhənnəmdə özünə yer ayırdın!”

Sonra İmam (ə) məclis əhlinə söhbət etmək üçün Yeziddən icazə istəyir. Yezid icazə verir. Camaat dillənir: “Əmir, icazə ver çıxış etsin, görək nə demək istəyir?” Camaatın israr və təkidi ilə razılıq verir.

 

MİSİLSİZ FƏZİLƏTLƏR

İmam Səccad (ə) Şam əhalisini tanıdığı, onların əhval-ruhiyyəsi ilə tanış olduğundan, söhbətinin başlanğıcında Peyğəmbər (s) Əhli-beytinin (ə) fəzilət və üstünlüklərinə toxunur, gözlərdən yaş axmağa, ürəklər titrəməyə başlayır. Buyurur:

أَیُّهَا النَّاسُ أُعْطِینَا سِتّاً وَ فُضِّلْنَا بِسَبْعٍ أُعْطِینَا الْعِلْمَ وَ الْحِلْمَ وَ السَّمَاحَةَ وَ الْفَصَاحَةَ وَ الشَّجَاعَةَ وَ الْمَحَبَّةَ فِی قُلُوبِ الْمُؤْمِنِینَ وَ فُضِّلْنَا بِأَنَّ مِنَّا النَّبِیَّ الْمُخْتَارَ مُحَمَّداً وَ مِنَّا الصِّدِّیقُ وَ مِنَّا الطَّیَّارُ وَ مِنَّا أَسَدُ اللَّهِ وَ أَسَدُ رَسُولِهِ وَ مِنَّا سِبْطَا هَذِهِ الْأُمَّةِ مَنْ عَرَفَنِی فَقَدْ عَرَفَنِی وَ مَنْ لَمْ یَعْرِفْنِی أَنْبَأْتُهُ بِحَسَبِی وَ نَسَبِی

“Camaat, Allah bizə (Peyğəmbər ailəsinə) altı fəzilət və üstünlük vermiş, yeddi fəzilətə görə bizi başqalarından üstün tutmuşdur: Allah bizə elm, helm, səxavət, fəsahət, şücaət vermiş və bizə məhəbbət hissini möminlərin qəlblərində yerləşdirmişdir. Fəzilətlərimiz isə odur ki, Allahın Rəsulu (s) bizdəndir, siddiq – doğru danışan (imam Əli) bizdəndir, Cəfər Təyyar bizdəndir, Allahın şiri, eləcə də, Peyğəmbərinin şiri (Həmzə) bizdəndir. Bu ümmətin Peyğəmbərinin iki oğlu Həsən və Hüseyn bizdəndir. Camaat, məni tanıyan tanıyır, tanımayana indi özümü tanıtdıraram!”

أَیُّهَا النَّاسُ أَنَا ابْنُ مَکَّةَ وَ مِنَی أَنَا ابْنُ زَمْزَمَ وَ الصَّفَا أَنَا ابْنُ مَنْ حَمَلَ الرُّکْنَ بِأَطْرَافِ الرِّدَا أَنَا ابْنُ خَیْرِ مَنِ ائْتَزَرَ وَ ارْتَدَی أَنَا ابْنُ خَیْرِ مَنِ انْتَعَلَ وَ احْتَفَی أَنَا ابْنُ خَیْرِ مَنْ طَافَ وَ سَعَی أَنَا ابْنُ خَیْرِ مَنْ حَجَّ وَ لَبَّی أَنَا ابْنُ مَنْ حُمِلَ عَلَی الْبُرَاقِ فِی الْهَوَاءِ أَنَا ابْنُ مَنْ أُسْرِیَ بِهِ مِنَ الْمَسْجِدِ الْحَرامِ إِلَی الْمَسْجِدِ الْأَقْصَی أَنَا ابْنُ مَنْ بَلَغَ بِهِ جَبْرَئِیلُ إِلَی سِدْرَةِ الْمُنْتَهَی أَنَا ابْنُ مَنْ دَنا فَتَدَلَّی فَکانَ قابَ قَوْسَیْنِ أَوْ أَدْنی أَنَا ابْنُ مَنْ صَلَّی بِمَلَائِکَةِ السَّمَاءِ أَنَا ابْنُ مَنْ أَوْحَی إِلَیْهِ الْجَلِیلُ مَا أَوْحَی أَنَا ابْنُ مُحَمَّدٍ الْمُصْطَفَی أَنَا ابْنُ عَلِیٍّ الْمُرْتَضَی أَنَا ابْنُ مَنْ ضَرَبَ خَرَاطِیمَ الْخَلْقِ حَتَّی قَالُوا لَا إِلَهَ إِلَّا اللَّهُ

“Mənəm Məkkə və Minanın oğlu. Mənəm Zəmzəm və Səfanın oğlu. Mənəm Həcərül-Əsvədi (Məkkədəki qara daşı) öz əbası arasında qaldırıb yerinə qoyan şəxsin (Peyğəmbərinin (s)) oğlu. Mənəm ehram bağlayıb təvaf və səy edən şəxsin oğlu. Mənəm insanların ən yaxşısının (Peyğəmbərin) oğlu. Mənəm Buraqa minən şəxsin oğlu. Mənəm (merac gecəsi) Məscidül-Həramdan Məscidül-Əqsaya aparılan şəxsin oğlu. Mənəm (merac zamanı) Cəbrailin Sidrətül-Müntəhaya apardığı şəxsin oğlu. Mənəm səma mələkləri ilə namaz qılan şəxsin oğlu! Mənəm böyük Allahın ona vəhy etdiyi şəxsin oğlu. Mənəm Mühəmməd Mustafanın (s) oğlu. Mənəm Əliyyi-Murtəzanın (ə) oğlu. Mənəm camaatın yağilərinin burnunu yerə sürtən şəxsin oğlu!

أَنَا ابْنُ مَنْ ضَرَبَ بَیْنَ یَدَیْ رَسُولِ اللَّهِ بِسَیْفَیْنِ وَ طَعَنَ بِرُمْحَیْنِ وَ هَاجَرَ الْهِجْرَتَیْنِ وَ بَایَعَ الْبَیْعَتَیْنِ وَ قَاتَلَ بِبَدْرٍ وَ حُنَیْنٍ وَ لَمْ یَکْفُرْ بِاللَّهِ طَرْفَةَ عَیْنٍ أَنَا ابْنُ صَالِحِ الْمُؤْمِنِینَ وَ وَارِثِ النَّبِیِّینَ وَ قَامِعِ الْمُلْحِدِینَ وَ یَعْسُوبِ الْمُسْلِمِینَ وَ نُورِ الْمُجَاهِدِینَ وَ زَیْنِ الْعَابِدِینَ وَ تَاجِ الْبَکَّائِینَ وَ أَصْبَرِ الصَّابِرِینَ وَ أَفْضَلِ الْقَائِمِینَ مِنْ آلِ یَاسِینَ رَسُولِ رَبِّ الْعَالَمِینَ  أَنَا ابْنُ الْمُؤَیَّدِ بِجَبْرَئِیلَ الْمَنْصُورِ بِمِیکَائِیلَ أَنَا ابْنُ الْمُحَامِی عَنْ حَرَمِ الْمُسْلِمِینَ وَ قَاتِلِ الْمَارِقِینَ وَ النَّاکِثِینَ وَ الْقَاسِطِینَ وَ الْمُجَاهِدِ أَعْدَاءَهُ النَّاصِبِینَ وَ أَفْخَرِ مَنْ مَشَی مِنْ قُرَیْشٍ أَجْمَعِینَ وَ أَوَّلِ مَنْ أَجَابَ وَ اسْتَجَابَ لِلَّهِ وَ لِرَسُولِهِ مِنَ الْمُؤْمِنِینَ وَ أَوَّلِ السَّابِقِینَ وَ قَاصِمِ الْمُعْتَدِینَ وَ مُبِیدِ الْمُشْرِکِینَ وَ سَهْمٍ مِنْ مَرَامِی اللَّهِ عَلَی الْمُنَافِقِینَ وَ لِسَانِ حِکْمَةِ الْعَابِدِینَ وَ نَاصِرِ دِینِ اللَّهِ وَ وَلِیِّ أَمْرِ اللَّهِ وَ بُسْتَانِ حِکْمَةِ اللَّهِ وَ عَیْبَةِ عِلْمِهِ

Mənəm Allah Peyğəmbərinin hüzurunda iki qılınc və iki nizə ilə vuruşan şəxsin oğlu! Mən iki dəfə hicrət edən, Peyğəmbərlə iki dəfə beyət edən, Hüneyn döyüşündə qəhrəmancasına vuruşan və bir an belə Allaha şəkk etməyən şəxsin oğlu. Mənəm möminlərin ən salehinin, peyğəmbərlər varisinin, kafirləri məhv edən, müsəlmanların rəhbəri, mücahidlərin nuru, abidlərin zinəti, (Allah qorxusundan) ağlayanların fəxri, səbirlilərin ən dözümlüsü, aləmlərin Rəbbinin Peyğəmbərinin Əhli-beytindən namaz qılanların ən fəzilətlisinin oğlu. Mən o şəxsin oğluyam ki, Cəbrail onun himayədarı, Mikail onun köməkçisi, özü də müsəlmanların himayədarı və namuslarının mühafizəçisidir. Mənəm dindən çıxanlarla (mariqinlə), əhd-peymanını pozanlarla (nakisinlə), zalımlarla (qasitinlə) mübarizə aparıb Allahın kinli düşmənlərinə qarşı cihad edən, Qüreyşin ən üstün şəxsinin oğlu. Mənəm Peyğəmbərə (s) hamıdan əvvəl iman gətirənin, müsəlmanların qabaqcılı, zalımların düşməni, müşrikləri məhv edən, münafiqləri qırmaq üçün atılmış Allah oxu, abidlərin hikmətli dili, Allah dininin köməkçisi, Allah əmrinin vəlisi (ilahi rəhbər), Allah hikmətinin gülzarı və Onun elm mərkəzinin oğlu.

İmam Səccad xütbənin qalan hissəsində babası imam Əlinin (ə) səciyyələrinə toxunur və o həzrətin tərifində buyurur:

سَمِحٌ سَخِیٌّ بَهِیٌّ بُهْلُولٌ زَکِیٌّ أَبْطَحِیٌّ رَضِیٌّ مِقْدَامٌ هُمَامٌ صَابِرٌ صَوَّامٌ مُهَذَّبٌ قَوَّامٌ قَاطِعُ الْأَصْلَابِ وَ مُفَرِّقُ الْأَحْزَابِ أَرْبَطُهُمْ عِنَاناً وَ أَثْبَتُهُمْ جَنَاناً وَ أَمْضَاهُمْ عَزِیمَةً وَ أَشَدُّهُمْ شَکِیمَةً أَسَدٌ بَاسِلٌ یَطْحَنُهُمْ فِی الْحُرُوبِ إِذَا ازْدَلَفَتِ الْأَسِنَّةُ وَ قَرُبَتِ الْأَعِنَّةُ طَحْنَ الرَّحَی وَ یَذْرُوهُمْ فِیهَا ذَرْوَ الرِّیحِ الْهَشِیمَ لَیْثُ الْحِجَازِ وَ کَبْشُ الْعِرَاقِ مَکِّیٌّ مَدَنِیٌّ خَیْفِیٌّ عَقَبِیٌّ بَدْرِیٌّ أُحُدِیٌّ شَجَرِیٌّ مُهَاجِرِیٌّ مِنَ الْعَرَبِ سَیِّدُهَا وَ مِنَ الْوَغَی لَیْثُهَا وَارِثُ الْمَشْعَرَیْنِ وَ أَبُو السِّبْطَیْنِ الْحَسَنِ وَ الْحُسَیْنِ ذَاکَ جَدِّی عَلِیُّ بْنُ أَبِی طَالِبٍ ثُمَّ قَالَ أَنَا ابْنُ فَاطِمَةَ الزَّهْرَاءِ أَنَا ابْنُ سَیِّدَةِ النِّسَاءِ

“O, comərd, səxavətli, gözəlüzlü, xeyirlər mənbəyi, seyid, ağa, Allah razılağına razı olan, çətinliklərdə önə keçən, səbirli, həmişə oruc tutan, bütün çirkinliklərdən pak, çox namaz qılan idi. O, düşmənlərin nəslinin kökünü kəsdi və küfr qoşununu pərakəndə etdi. O, sabitürəkli, möhkəmiradəli və əzmli idi. Şücaətli bir şir tək döyüşdə atlar çapılan və nizələr bir-birinə toqquşan zaman, onları dəyirman kimi xurd-xəşil edib, külək kimi ətrafa səpirdi. Hicazın şiri, İraqın ağası, məkkəli, mədinəli, xifli, əqəbəli, bədrli, ühüdlü, şəcərli və mühacirdən idi, bütün bu səhnələrdə iştirak etmişdi. O, ərəbin seyidi, iki məşərin varisi, Peyğmbərin iki nəvəsi Həsən və Hüseynin atasıdır. Bu mənim cəddim Əli ibn Əbu Talibdir. Mən, bütün dünya qadınlarının xanımı Fatimeyi-Zəhranın oğluyam.” (“Biharul-ənvar”, 45-ci cild, səh.174.)

 

CAMAATIN ŞİVƏNİ VƏ YEZİDİN HİYLƏSİ

İmam Səccadın (ə) iftixarlı çıxışının bu hissəsində camaatın şivən və ağlamaq səsi ucaldı. Yezid bundan narahat olub, camaatın ona qarşı qiyam edəcəyi və çaxnaşma düşəcəyindən qorxaraq azançıya əmr etdi ki, azan versin. O, bu hiyləsi ilə imam Səccadı (ə) sakitləşdirmək istəyirdi. Azançı azan verməyə başladı: “Əllahu-əkbər, Əllahu-əkbər.” İmam Səccad (ə) buyurdu: “Allah hər şeydən böyük, hər şeydən əzəmətlidir.”

Azançı “Əşhədu əlla ilahə illəllah” deyəndə, imam Səccad (ə) buyurdu: “Bəli, tüküm, dərim, ətim və qanımla şəhadət verirəm ki, Allah təkdir.”

Azançı dedi: “Əşhədu ənnə Muhəmmədər-Rəsulullah!” İmam Səccad (ə) belə bir fürsətin nitizarında idi, əmməməsini başından götürüb, elə minbərin üstündən üzünü Yezidə tutaraq buyurdu: “Yezid, Mühəmməd (s) mənim cəddimdir, yoxsa sənin cəddin? Əgər desən ki, sənin cəddindir, hamı sənin yalan dediyini bilər və haqqı danmış olarsan. Yox, əgər desən ki, mənim cəddimdir, onda nə üçün onun övladlarını öldürdün? Nə üçün atamı günahı olmaya-olmaya şəhid edib mal-dövlətini qarət edərək ailəsini əsir etdin? And olsun Allaha, əgər dünyada bir nəfər varsa ki, Peyğəmbər onun cəddi olsun, o da mənəm! Bəs nə üçün bu kişi (Yezid) mənim atamı zülmkarcasına öldürdü və bizi Rum əsirləri kimi gətirdi? Ey Yezid! Bu sayaq iş görürsən, sonra da “Muhəmməd Allahın Rəsuludur” deyib üzü qibləyə durursan? Vay olsun sənin halına! Qiyamət günü atam və cəddim sənin düşmənin olacaqlar.”

Yezid azançının üstünə qışqırdı ki, davam etsin. Məclisdə böyük səs-küy yarandı. Kimisi namaz qılıb, kimisi də namaz qılmadan dağılıb getdi. (Kamili-Bəhayi, səh.301; “Nəfəsul-məhmum”, Şeyx Abbas Qummi, səh.450.)

İmam Səccad (ə) özünün, imam Hüseynin (ə) və imam Əlinin fəzilətlərini tanıtdırmaqla Əməvilərin 50 illik hiylələrini alt-üst etdi, son cümləsində Yezidin kafir olması və cəhənnəmə atılacağını da bildirdi. Elə bir cümlə söylədi ki, Yezid ona cavab tapa bilmədi, sadəcə azançının başına qışqırmaqla kifayətləndi.

 

SON SÖZ

Əhli-beyt (ə) heç vaxt, heç bir halda düşmənlərin müqabilində susmayıb, məqam və mövqelərini rəsmi olaraq tanımayıb. İmam Səccad (ə) elə hegemonluq və diktatorluq mərkəzində, zülmkarın önündə durub, hegemonluq və diktatorluğa zidd sözləri ilə vəhy ailəsinin izzətini, izzətlə yaşamaq üsulunu hamıya tanıtdırdı.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə