Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Səhabə Səhabə və müqəddəs şəxslər İmam Əlinin (ə) tərbiyə verib böyütdüyü xəlifə oğlu

İmam Əlinin (ə) tərbiyə verib böyütdüyü xəlifə oğlu

Birinci xəlifə Əbu-Bəkr ibni Quhafənin oğlun Məhəmməd 3 yaşından etibarən İmam Əlinin qəyyumluğu ilə böyüdü və İmam tərbiyəsi aldı.
İslaminSesi.info xəbər verir ki, bu gün səfər ayının 14-ü Məhəmməd ibni Əbu-Bəkrin şəhid edilən günüdür. Əbu-Bəkrin oğlu Məhəmməd İmam Əli(ə) tərəfindən Misirə nümayəndə göndərilən zaman Muaviyənin sərkərdəsi Əmr bin As tərəfindən şəhid edildi.

Əbu-Bəkrin anası Əsma birinci Cəfər ibni Əbu-Talibin həyat yoldaşı idi. Cəfər Məutə döyüşündə şəhid olandan sonra o Əbu-Bəkrə ərə getmişdi. O Əbu-Bəkrdən sonra İmam Əliyə(ə) ərə getmişdi. Bu zaman Məhəmməd 3 yaşında idi. Əsmanın İmam Əlindən Yəhya və Oun adından iki oğlu oldu.

Deyilir ki, Məhəmmədin sonradan Qasim adında oğlu olduğuna görə ona Əbul-Qasim künyəsi verilmişdi.

İmam Əlinin böyütdüyü Əbu-Bəkr oğlu Məhəmməd 3-cü xəlifə Osman bin Əfvana qarşı etiraz edənlərdən idi. O, Osmanın qeyri-qanuni addımlarından ibarət bir siyahı hazırlamışdı.

İmam Əlinin dövründə Kufədə imam üçün beyət toplayan şəxs idi. O, imamı çox sevərdi. Cəməl döyüşündə o bacısı Ayişəni çox tövsiyə etdi ki, döyüşdən imtina edib, Məkkəyə dönsün. Amma Ayişə imam Əlinin(ə) tərəfdaşı olan qardaşı Məhəmmədi dinləmək istəmirdi. Cəməl döyüşü bitdikdən sonra İmam Əli(ə) Məhəmmədə tapşırdı ki, bacısını Məkkəyə aparsın.

Məhəmməd daha sonra İmam Əli (ə) tərəfindən Misirə nümayəndə göndərildi. Məhəmməd Misirdə Müaviyə və Əmr bin Ası tərəfdarı olan Muaviyə bin Hudeycin ordusu ilə qarşılaşdı. Məhəmmədin kiçik ordusu məğlub oldu. Muaviyə bin Hudeyn Məhəmmədi tutduqdan sonra onu öldürdü və onun cəsədini yandırıb, bir muradr olmuş qatırın qarnına yığdı və daha sonra onu yandırdı.

Məhəmmədin bacısı Ayişə qardaşının başına gətirilən bu zülmdən sonra heç vaxt odda bişmiş ət yeməzdi.

Məhəmmədin şəhadəti bu günə təsadüf edir. Onun məzarı Misirdə Qahirə şəhəri ərazisindədir. Onun şəhid edilməsi xəbəri İmam Əliyə çatanda imam ağladı və bu haqda Abdullah ibni Abbasa məktub yazıb, onun xatirəsini andı.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə