Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Əmmar Yasirin şəhadət günü

Bu gün (səfər ayının 9-u) 94 yaşında İmam Əlinin (ə) yanında qılınc çalan cəngavər - Əmmar Yasirin şəhadət günüdür.

Əbu Yəqzan Əmmar ibni Yasir, Yəmənin Əbar qəbiləsindən idi. Həzrət Peyğəmbərin (s) hicrətindən 57 il əvvəl dünyaya gəlmişdi. Atası Yasir və anası Suməyyə idi və onlar İslamın ilk şəhidləri idilər.
Əmmar 48 yaşında besətin ilk illərində, Peyğəmbər (s) Ərqəmin evində olan zaman İslam dinini qəbul etmişdi. Bu yolun bütün əziyyətlərini çəkmişdi.
Yəmənli mühacir olduğu üçün Məkkədə heç bir tərəfdarı yox idi. Məkkənin bütpərəst müşrikləri burada sakin olan Əmmara, Bilala, Suheybə müsəlman olduqları üçün işgəncə verirdilər. Bəzən onların paltarını çıxarır Hicazın qızmar Günəşi altında qaynar daşların üzərinə uzadırdır və döyürdülər. Bəzən də onlara polad zirehi geyindirib, qızmar Günəşin qabağında saxlayırdılar. Bəzən də sinələrinin üzərinə böyük daş parçası qoyurdular. Onlar bu yolla müsəlmanları İslam dinindən çəkindirməyə çalışırdılar. Əmmar bu işgəncələrdən sonra bir qrup müsəlmanla bir yerdə Həbəşə gedir. Məkkədə vəziyyət sakitləşəndən sonra ora qayıdır və sonra da Mədinəyə hicrət edir.

Allahın Rəsulu (s) onunla Həzifə ibni Yəman arasında qardaşlıq əhdi bağlayır. Əmmar Məscidul-Nəbinin inşasında fəal iştirak edir. Həzrət Peyğəmbər (s) belə bir qeyb xəbərini ona verir: “Sən behişt əhlindənsən. Zülm edənlər səni öldürəcəklər”. O, Bədr, Ühüd və başqa döyüşlərdə Həzrət Peyğəmbərlə (s) bir yerdə iştirak etmişdi. Bu döyüşlərdə müsəlmanların qabaqcıllarından olmuşdur. Peyğəmbərin (s) vəfatından sonra Əmmar, Səlmanla, Əbuzərlə, Miqdadla birgə Əhli-beyt (ə) məktəbinin fəallarından olur. O, Bəni-Səqifə fitnəsinə etiraz edənlərdən biri olmuşdur. Müxtəlif vəziyyətlərdə İmam Əlini (ə) müdafiə edərdi. 12-ci Qəməri ilində Yəmamə döyüşündə iştirak edir və bu döyüşdə qulağını itirir. Əmmar bir müddət Kufəyə vali təyin edilir.

Əmmar haqsızlıqlara etiraz edənlərdən olur. Nəql edilir ki, üçüncü xəlifə Əmmarın məntiqli tənqidlərinə dözə bimir və onu şiddətlə döydürür. Qarnına vurulan zərbələrdən Əmmar xəstə düşür.

Əmmar İmam Əliyə (ə) ilk beyət edənlərdən olur. O, bundan sonra hər bir yerdə İmamın (ə) köməkçisi olur. Cəməl və Siffeyn döyüşlərində qəhrəmancasına qılınc çalır. 37-ci Hicri ilində 94 yaşında Siffeyn döyüşündə Müaviyə (lən) ordusunun qılıncı ilə şəhid olur.

Əmmarın ölümü İmam Əlini (ə) çox sarsıldır. Onu Siffeyndə dəfn edir və namazını qılır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə