Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Pak sülalə Pak sülalə Həzrət İbrahim (ə) və Həzrət İsmayil (ə)

Həzrət İbrahim (ə) və Həzrət İsmayil (ə)

Həzrət Nuhdan (ə) sonraki peyğəmbərlər onun qoyduğu yolla gedirdilər. Bu peyğəmbərlər yalnız Nuhun (ə) gətirdiyi şəriət hökmlərini təbiğ edir, bunlara heç nə artırmırdılar. Bu vəziyyət Həzrət İbrahim peyğəmbərin (ə) dövrünə kimi davam etdi. İbrahim (ə) ülul-əzm  peyğəmbərlərin ikincisidir (Nuhdan (ə) sonra)

Həzrət İbrahim (ə) çox qədim tarixə malik Babil torpağında doğuldu. O zaman Babildə Nəmrud adlı zalim bir padşah hökm sürürdü. Nəmrud elə azğınlaşmışdı ki, hətta özünü tanrı adlandırırdı. O, camaatdan tələb edirdi ki, Allaha deyil, ona sitayiş etsinlər. Nəmrud yoxsul camaata zülm edir, onları incidirdi.

Bir gecə Nəmrud yuxuda gördü ki, onun padşahlığını əlindən alıblar. O, öz yuxusunu yuxuyozanlara danışdı. Yuxuyozanlar Nəmruda dedilər: - Şah sağ olsun, yuxunun mənası budur ki, yaxın vaxtlarda bir nəfər oğlan səni taxtdan salacaq və məhv edəcək. Nəmrud bu sözlərdən qorxuya düşüb əmr verdi ki, bütün ölkədə yeni doğulan körpələri öldürsünlər. Qısa müddət ərzində yüz minlərlə günahsız körpə öldürüldü.

Bu zaman Həzrət İbrahim (ə) anası hamilə idi. O, gizlicə bir mağaraya gedib orada İbrahimi (ə) dünyaya gətirdi. Anası İbrahimi (ə) mağarada saxlayıb, hamının gözündən gizli şəkildə böyütməyə başladı.

İbrahim (ə) böyüyəndən sonra yenə şəhərə qayıtdı. Allah-taala İbrahimə (ə) peyğməbərlik verdi. İbrahim (ə) əvvəlcə gizli, sonra isə açıq şəkildə Allahın dinini təbliğ etməyə başladı.



İbrahimin (ə) əmisi Azər bütpərəst idi. Həzrət İbrahim (ə) tez-tez əmisi ilə mübahisə edirdi. Ona başa salmağa çalışırdı ki, bütlərə pərəstiş etmək mənasız işdir. Amma nə Azər, nə də başqa bütpərətlər İbrahimin (ə) sözlərini qəbul etmir, onu uşaq yerinə qoyub qovurdular.

Babil əhalisinin öz adət-ənənələri var idi. Məsələn, bayram günlərində sübh tezdən hamı şəhərdən çıxırdı. Camaat şəhər kənarında toplanıb, şənlik edir, axşam hərə öz evinə dönürdü.

Belə bayram günlərinin birində yenə şəhər tamamilə boşaldı. Bircə İbrahim (ə) şəhərdən çıxmadı. O, həmin gün fürsətdən istifadə edib bütlərin qoyulduğu yerə gəldi. Baltanı götürüb bütün bütləri sındırdı, yalnız bircə ən böyük bütü salamat saxladı. İbrahim (ə) axırda baltanın dəstəsinə ip keçirib onu böyük bütün boynundan asdı, özü isə evə qayıtdı. Adamlar bayramdan qaydanda gördülər ki, bütlərin birindən başqa hamısı sındırılıb. Onlar bütləri sındıran şəxsi axtarmağa başladılar. Bu zaman yadlarına düşdü ki, bayram zamanı şəhərdə yalnız İbrahim (ə) qalmışdı. Deməli, bütləri da elə o sındırıb.

Qəzəblənmiş insanlar İbrahimi (ə) tutub ona dedilər: - Sən bizim tanrılarımızı təhqir etmisən. Ona görə də səni cəzalandıracağıq!

Amma İbrahim (ə) onlara dedi:

Sizin bütlərinizi mən sındırmamışam. Məgər görmürsünüz ki, balta böyük bütün bütün boynundan asılıb? Bütləri sındıran da elə həmin böyük bütdür. Böyük büt çoxdan o biri bütləri öldürmək istəyirdi. Siz şəhərdən çıxan kimi o, baltanı götürüb qalan bütlərlə vuruşdu və onların hamısını öldürdü.

Bütpərətlər İbrahim (ə) cavab verdilər:

-Sən bizi aldatma!Bütlər necə bir-biri ilə döyüşə bilərlər? Axı onlar cansızdırlar!

Onda İbrahim (ə) söylədi:

- Əgər bu bütlər cansızdırlarsa, niyə onlara sitayiş edirsiniz? Ona görə, də bütlərdən əl çəkib, yeganə və diri Allaha pərəstiş etməlisiniz! Əgər bütlər özlərini qoruya bilmirlərsə, sizi necə təhlükələrdən qoruya bilərlər?!

İbrahimin (ə) bu sözlərindən sonra hamı başa düşdü ki, bütləri o sındırıb. Tez Nəmruda xəbər verdilər ki, bütləri sındıran adamı tutmuşuq. Özü də bu adam səni tanrı saymır, yalnız Allaha pərəstiş edir. Nəmrud əmr verdi:- Onu mənim hüzuruma gətirin. Mən özüm onu mühakimə edib cəzalandıracağam! İbrahimi (ə) Nəmrudun hüzuruna gətirdilər. Nəmrud İbrahimə (ə) dedi: - Sən nə ixtiyarla məni tanrı hesab etmirsən, başqa bir Allaha pərəstiş edirsən?!

İbrahim (ə) söylədi: - Sən Allah deyil, adi bir insansan. Sənin özünü Allah yaradıb. O, istədiyi zaman səni öldürəcək. Nəmrud qəzəblənib əmr etdi ki, böyük bir tonqal qalasınlar və İbrahimi (ə) həmin tonqalın içinə atsınlar. Tez odun toplayıb iri tonqal qaladılar. Alovun dilləri lap yüksəyə qalxmışdı. İbrahimi (ə) hündür bir evin damına qaldırıb oradan düz tonqalın içinə atdılar.

Hamı elə bildirdi ki, İbrahim (ə)  tonqalda yanıb məhv olacaq. Amma belə olmadı. Möcüzə baş verdi: Tonqal əvvəlki kimi yansa da, İbrahimə (ə) heç bir zərər yetirmədi. Allah-taala onu alovdan qoruyub salamat saxladı. Nəmrud qorxuya düşüb İbrahimi (ə) buraxdı. Amma ona tapşırdı ki, təcili surətdə ölkədən çıxıb getsin. Həzrət İbrahim (ə) öz ailəsi ilə birlikdə Vətənini tərk edib əvvəlcə Misir ölkəsinə getdi. Orada bir müddət qaldıqdan sonra Fələstinə gəlib yaşamağa başladı.

Özünü tanrı elan edən Nəmrudu isə tezliklə Allah cəzalandırdı. Allahın əmri ilə xırda bir ağcaqanad Nəmrudun bumundan içəri girdi və beynini dişləməyə başladı. Nəmrudun başında dözülməz ağrılar başladı. Heç bir müallicə fayda vermədi. Nəmrud ağrılara dözməyib öldü. Cah-cəlallı palşah bir ağcaqanadın qurbanı oldu.

Həzrət İbrahim (ə) peyğəmbərin həyat yoldaşının adı Sara idi. İbrahimə (ə) Sara mehriban yaşayırdılar. Onların bircə nigarançılığı övladlarının olmaması idi. Yaşları ötsə də, hələ oğul-qız sahibi olmamışdılar.

Bir gün Sara İbrahimə (ə) dedi: - Yaxşı olar ki, başqa bir qadınla da evlənəsən. Bəlkə o zaman Allah sənə övlad bəxş edər.

Həzrət İbrahim (ə)  bu məsləhətlə ralaşdı və Hacər adlı mömin bir qadınla evləndi. Tezliklə Hacərlə İbrahimin (ə) oğlu oldu. Uşağın adını İsmayıl (ə) qoydular. İbrahim (ə)  yuganə oğlu  İsmayıl (ə) çox sevindi. O, İsmayıldan (ə) ayrılmır, onu quğından yerə qoymurdu. İbrahimin (ə) bu hərəkətləri Saraya təsir edir. Axı, Saranın övladı yox idi. Buna görə də o, İsmayıla (ə) və onun anası Hacərə həsəd aparmağa başladı. Nəhayət, bir gün Sara İbrahim (ə) dedi ki, Hacəri də, İsmayılı (ə) da evdən uzaqlaşdırsın.

Həzrət İbrahim (ə) ailədə qanqaralıq düşməsin deyə, Hacərə tapşırı  ki, körpə İsmayılı (ə) da götürüb səfərə hazırlaşsın. Onlar üçlükdə yola çıxdılar. Xeyli yol gətdikdən sonra Ərəbistan torpağına çatdılar. İndiki Məkkə şəhərinin yaxınlığına yetişəndə İbrahim (ə) hacərlə İsmayılı (ə) orada qoyub özü geri döndü. Hacər körpə oğlu ilə səhrada tək qaldı. O zaman hələ Məkkə şəhəri salınmamışdı. Həmin yerlər susuz səhra idi. Orada heç kim yaşamırdı. İbrahim (ə) gedəndən sonra Hacərlə İsmayıl (ə) bir müddət səhrada qaldılar. İbrahimin (ə) onlar üçün qoyduğu su qurtardı. Balaca İsmayıl (ə) susuzluqdan çığırıb ağlamağa başladı. Həcər səhrada o yan-bu yana qaçırdı ki, bəlkə azacıq su tapa bilsin. Birdən gördü ki, möcüzə baş verdi: İsmayılın (ə) ayağı altındakı torpaq yarıldı və yerdən bulaq çıxdı. Hacər həmin bulağın suyundan İsmayıla (ə)  içirdi, sonra özü də içdi. O, bulağa «Zəmzəm» adını verdi. Çox-çox sonlarla Zəmzəm bulağının yerində quyu qazdılar. Həmin quyu indi də durur. Məkkəyə ziyarətə ziyarətə gedən hacflar Zəmzəm quyusunun suyundan içirlər.

Hacərlə İsmayıl (ə) Zəmzəm bulağının yanında ev qurub yaşamağa başladılar. Tezliklə başqa qəbilələr də orada köç saldı. Həzrət İbrahim (ə)  tez-tez gəlib İsmayıla (ə) baş çəkirdi.

İsmayıl (ə) böyüyüb yaraşıqlı bir oğlan oldu. Atası onu çox sevirdi. Bu vaxt Allah-taala İbrahim peyğəmbəri (ə) sınağa çəkmək istədi. Allah-taala yoxlamaq istədi ki, görəsən İbrahim (ə) Allahı çox sevir, yoxsa İsmayılı (ə)?

Bir gecə İbrahim peyğəmbər (ə) yətmışdı. Allah yuxuda ona əmr etdi ki, İsmayıl (ə) Allah yolunda qurban kəssin. Həzrət İbrahim (ə) üç dəfə eyni yuxunu gördü,  yuxunun doğruluğuna  inandı.

Səhər o, İsmayılı (ə) da özü ilə götürüb Məkkədən çıxdı. Ata-oğul birlikdə şəhər kənarındakı Mina dağına yollandılar. İbrahim (ə) hələ öz məqsədini oğluna açıb deməmişdi.

Mina dağına çatanda İbrahim (ə) İsmayıla (ə) söylədi: «Oğlum, yuxuda Allah mənə əmr edib ki,  səni qurban kəsim. Ona görə də bu gün səni buraya gətirmişəm».

İsmayıl (ə) atasına ədəblə belə cavab verdi: «Ata sən peyğəmbərsən. Nə etmək lazım olduğnu yaxşı bilirsən. Mən heç vaxt Allahın əmrindən və sənin sözündən çıxmaram. Allah sənə nə əmr edibsə, onu yerinə yetir. «Mən Allah ylunda  hər bəlaya, hətta ölümə də səbrlə dözərəm».

Bu zaman Allah-taala Cəbrail (ə) mələyi iri bir qoçla İbrahimin (ə) yanına yolladı. Cəbrail (ə) İbrahimə (ə) dedi: «Ey İbrahim! Allah sənin sədaqətini yoxlamaq istəyirdi. Sən sübut etdin ki, doğma oğlunu belə Allaha qurban verməyə hazırsan! Bu bir imtəhan idi. Allah istəmir ki, İsmayıl (ə) ölsün. Gətirdiyim bu qoçu İsmayılın (ə) əvəzində Allaha qurban kəs!

İbrahim (ə) oğlunu yerdən qaldırdı. Sonra da Allah yolunda qoçu qurban kəsdi. Bu hadisə indi qeyd etdiyimiz Qurban bayramı gününə təsadüf edir. İndi də hacılar Qurban bayramında Məkkədə həzrət İbrahimin (ə) hərəkətlərini  təkrar edir, Allah yolunda qurbanlar kəsirlər.

İsmayıl (ə) böyüdükdən sonra da İbrahim (ə) tez-tez gəlib ona baş çəkirdi. Müsəlmanların ən müqəddəs yeri sayılan Məkkədəki Kəbə evini İbrahimlə (ə) İsmayıl (ə) inşa etmişdi. Kəbəni tikərkən İsmayıl (ə) atasına kömək edir, daş daşıyır, divar hörürdü.

Allah-taala İsmayıla (ə) peyğəmbərlik  vermişdi. O, Ərəbistan torpağında fəaliyyət göstərir və camaatı İbrahimin (ə) tapşırıqlarına əməl etməyə çağırırdı.

Həzrət İsmayılın çoxlu öladları var idi. Onun nəsili min illər boyunca davam etdi. Sevimli Peyğəmbərimiz Həzrət Məhəmməd (s) də  İsmayılın (ə) nəslindən doğuldu. Beləliklə, Həzrət İsmayıl (ə)  İslam Peyğəmbərinin (ə) ulu babasıdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə