Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Kə’bə evi- Əmirəl-möminin Əli (ələyhis-salam)-ın doğulduğu yer

Kə’bə evi- Əmirəl-möminin Əli (ələyhis-salam)-ın doğulduğu yer



Allah taala öz Kə’bə evini Əmirəl-möminin Əli (ələyhis-salam)-ın doğulduğu yer qərar verdi.

[1] Əsəd qızı həzrət Fatimə, Məsçidul-həramda olan vaxt və ona doğum ağrısı baş verəndə Allahdan istədi:

-“Pərvərdigara! Bu doğumu mənə asan et!”

Bu vaxt birdən Kə`bənin divarı aralanır və Əsəd qızı həzrət Fatimə içəri daxil olur. Üç gün Kə’bə evində qaldıqdan sonra, üzü on dörd geçəli ay kimi parıldayan bir övlad ilə oradan çıxır… [2] Neçə ki, əziz şair Seyyid Əli Nəqi Hindi (rəhmətullah ələyh) buyurur:

 

لَمْ يَكُنْ فِي كَعْبَةِ الرَّحْمَانِ مَوْلُودٌ سِوَاه

                          اِذْ تَعَالَي فِي الْبَرَايَا عَنْ مَثِيلٍ فِي عُلاَهُ

وَ تَوَلَّي ذِكْرُهُ فِي مُحْكَمِ الذِِّكْرِ الإِلهِ

                          اَيَقُولُ الْغَرّ فِيهِ بَعْدَ هذَا... لَسْتُ اَدْرِي.

 

[Kə’bə evində ondan başqası dünyaya gəlməyibdir. Çünki, məxluqatın arasında o həzrətdən daha üstünü yoxdur.

Allah Qur’an ayələrində həzrətin barəsində söhbət edibdir. Bundan sonra çahil şəxslərin o həzrət haqqında deməyə sözləri varmı...?

Mən bilmirəm.]

اَقْبَلَت فَاطِمَةُ حَامِلَةً خَيْرَ جَنِينٍ

           جَاءَ مَخْلُوقًا بِنُورِ الْقُدْ سِ لاَ الْمَاءِ الْمَهِينِ

وَ تَرَدَّي مَنْظَرَ الْلاهُوتِ بَيْنَ الْعَالَمِينِ

           كَيْفَ قَدْ اَوْدَعَ فِي جَنْبٍ وَ صَدْرٍ... لَسْتُ اَدْرِي

 

[Fatimə binti Əsəd ən yaxşı uşağa hamilə olduğu halda irəli gəldi. O uşaq, dəyərsiz nütfədən yox, bəlkə pak nurdan yaranmışdı.

Lahut (aləminə aid olan) çilvə bu aləmlər (insanlar yaşayan aləmə) arasına endi. (İndi bu lahut çilvəsi) neçə sinə və qabırğa arasında yerləşmişdi, mən bilmirəm.]

اَقْبَلَتْ تَدْعُوا وَ قَدْ جَاءَ بِهَا دَاءُ الْمَخَاضِ

         نَحْوَ جَذْْعِ الْنَخْلِ مِنَ ألْطَافِ ذِي الْلُطْفِ الْمُفَاضِ

فَدَعَتْ خَالِقَهَا الْبَارِي بِاَحْشَاءٍ مَرَاضٍ

           كَيْفَ ضَجَّتْ كَيْفَ عَجَّتْ كَيْفَ نَاحَتْ...

                                                              لَسْتُ اَدْرِي

[Üz tutub doğuş ağrısı onu xurma ağaçına tərəf çəkərək feyz verən Allahın lütfündən dua etdi.

Xəstəliyin ağrısından dua edən şəxs kimi öz xaliqini çağırdı. Neçə nalə etdi, neçə zarıldadı, neçə ah çəkdi bilmirəm.]

لَسْتُ اَدْرِي غَيْرَ اَنَّ الْبَيْتَ قَدْ رَدَّ الْجَوَابَ

                          بِاِبْتِسَامٍ فِي جِدَارِ الْبَيْتِ اَضْحَي مِنْهُ بَابٌ

دَخَلَتْ فَانْجَابَ فِيهِ الْبُشْر عَنْ مَحْضِ الْلُبَاب

                          اِنَّمَا اَدْرِي بِهذَا غَيْرَ هذَا... لَسْتُ اَدْرِي

[Bunu bilirəm ki, Kə’bə evi ona təbəssümlə çavab verdi və bu təbəssümlə evin divarından qapı açıldı.

Fatimə ora daxil oldu. Oradan müjdə sədəfi və saf zəka sıçradı. Yalnız bunu bilirəm, bundan başqasını mən bilmirəm.]

وُلِدَ الْطُهْرُ «عَلِيٌّ» مَنْ تَسَامَي فِي عَلاَه؟

                     فَاهْتَدَي فِيهِ فَرِيقٌ وَ فَرِيقٌ فِيهِ تَاهٌ

ضَلَّ اَقْوَامٌ فَظَنُّوا اَنَّهُ حَقًّا اِلهٌ

                  اَمْ جُنُونُ الْعِشْقِ هذَا لاَ يُجَازِي... لَسْتُ اَدْرِي

[O pak uşaq-Əli (ələyhis-salam) dünyaya göz açdı. Kim onun zirvəsinə çata bilər. Bə’ziləri onun haqqında düzgün düşündükləri üçün hidayət oldular, digərləri isə onun barəsində nahaqlıq etdikləri üçün zəlalətə düçar oldular.

Bə’ziləri onu həqiqətən Allah bildikləri üçün yollarını azdılar, yoxsa bu bir eşq divanəliyidir ki, çəzası yoxdur, mən bilmirəm.] [3]

[1] Fusulul-mүһimmә: 30. Nurul-әbsar: 85. Kifaјәt-talib: 407. Nәzһәtul-mәҹalis: 2/454. Әssirәt әl-һәlәbiјјә: 1/139.

[2] Mүntәһәl-amal: 1/274.

[3] Әl-Qәdir: 6-ҹı ҹild, sәһ. 37, Әmirul-mö’minin Әliјјibni Әbi Talib (ә), sәһ. 633.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə