Dualar - Zikrlər

Peyğəmbərin (ə) Əbuzərə yeddi vəsiyyəti

 Acı olsa da həmişə haqq söz deyəm
Əbuzər deyir: Peyğəmbər (s.) mənə yeddi vəsiyyət etdi:

1. Həmişə özümdən aşağı səviyyəli şəxslərə diqqət edəm.

2. (Maddi cəhətdən) məndən yuxarı olan şəxslərə diqqət etməyəm.

3. Məzlumları sevəm və onlara kömək edəm.

4. Acı olsa da həmişə haqq söz deyəm.

5. Məndən üz çevirsələr də qohumlarımla əlaqələrimi kəsməyəm.

6. Allahın əmr etdiyi işi görməkdə başqasının məzəmmət və danlağından qorxmayam.

7. Cənnət xəzinələrindən sayılan “La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” – zikrini tərk etməyəm.