Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şeir Hədisi-ərbəin (M.Füzuli)

Hədisi-ərbəin (M.Füzuli)

Dahi Azərbaycan şairi Füzulinin "Hədisi-ərbəin" tərcümə əsəri


1
Mö'min olmaz kişi, həqiqət ilə
Tutmayınca təriqi-tərki-həva.
Hər nə öz nəfsinə rəva görsə,
Yarü qardaşa görməyincə rəva.
2
Rəhm qıl, rəhm xəlqə kim, Həqdən
Bulasan aqibət cəzayi-əməl.
Xəlqə sən rəhm qılmayınca, sana
Rəhm qümaz Xudayi-əzzə və cəll.
3
Müslim oldur ki, əhli-aləm ilə
Sidq ola qövli, xeyr ola əməli,
Zərərin görməyə müsəlmanlar,
Ola pakizə həm dili, həm əli.
4
Qıl kərəm, xuyini yaman etmə
Ki, sənə demək ola mö'mini-pak.
Olmaz, əlbəttə, əhli-imanda
Müctəme' xuyi-ziştlə imsak.
5
Sübhdür fatehi-xəzaneyi-rizq,
Talibi-xabi-subhdur məzmum.
Sübh vəqtində xabə rağib olan
Vüs'ətı-rizqdən olur məhrum.
6
Adəm oğlun zəmanə pir qılıb,
Zə'fə etdikcə qüvvətini bədəl,
İki xislət igitlənir onda:
Hər zaman hirsi-malü tuli-əməl.
7
Mustəfa qövlü ilə məl'undur
Dünyəvü hər nə onda var tamam.
Tanrı zikrindən Özgə kim, oldur
Səbəbi-izzi-xasü ne'məti-am.
8
Zinhar olma əhli-aləm ilə
Münqəzib təb'ili, yaman sözlü,
Tanrı ol bəndəsin sevər ki, müdam
Ola xoş xülqlü, gülər üzlü.
9
Ey qılan arizuyi-vüs'əti-rizq,
Xübsdən çək həmişə damanın!
Müttəsil daməni-təharət tut
Ki, qoya fəqr əli giribanın.
10
Xeyr görmək dilərsən, eylə müdam
Xubsurətlərə bəyani-sual.
Rağibi-hüsni-surət ol ki, olur
Hüsni-surət dəlili-hüsni-xisal.
11
Tutma hərgiz vəfasına ümmid,
Sənə hər kim cəfa işin işlər.
Mö'mini sanma kim, iki növbət
Bir dəlikdən çıxıb ilan dişlər.
12
Olsa əbri-ətayi-sübhani
Cümleyi-kainatə gövhərbar,
Ola məhrum bəndeyi-dirhəm,
Ola mə'yus abidi-dinar.
13
Hər kim istər həyati-qəlb müdam,
Dəmbədəm hərzə-hərzə çox gülməz.
Qəlbə qət'i-həyatdır gülmək,
Qəlbi çox gülməyənlərin ölməz.
14
Analar hörmətin tutun ki, müdam
Qabili-rəhməti-ilah olasız.
İstək onlar əyağı altında,
Gər dilərsiz ki, cənnəti bulasız.
15
Ey ki, hər məclis içrə məhrəmsən,
Səndə məclis sözü əmanətdir.
Etmə ifşayi-razi-hər məclis
Ki, bu siyrət böyük xəyanətdir.
288
16
Ey xoş ol kim, həmişə feyzi-xirəd
Qıla islahi-nəfsə mayil onu,
Kəndi eybinə iştiğal etmək
Qeyr eybindən edə qafil onu.
17
Məşvərətdə səni əmin edənə
Rəhnümayi-səvab qıl sözünü.
Saxlama məsləhət sözün ondan,
Xain etmə əmin ikən özünü.
18
Bəzl qıl mayeyi-mədaxilini,
Sud isə mayedən sənə məqsud.
Qürbi-Həq hasil eylə, zikri-cəmil
Ki, bulunmaz bulardan ənfə' sud.
19
Ol degildir qəni ki, yetmiş ola
Mal ilə bir məqami-e'laya.
Qəni oldur ki, mütləqa nəfsi
İltifat etməyə bu dünyaya.
20
Gər diiərsən səvab, qılğıl dur
Güli-ehsanı xari-minnətdən.
Feyzi-ehsam minnət eylər məhv,
Saxla ol hasili bu afətdən.
21
Mali-dünyaya meyl qilma kim, ol
Qabili-nəqs olan bizaətdir.
Adəmizadəyə tükənməz mal
Nəqdi-gəncineyi-qənaətdir.
22
Ol təvangər degil ki, nəqşi-təmə'
Səfheyi-qəlbinə müsəvvər olur.
Qeyr olanda olan təcəmmüldən
Kəsən ümmidini təvangər olur.
23
Edə gör ehtiraz çox sözdən
Kim, olur çox sözün bəlaları çox.
Çox sözündən düşər bəlaya kişi,
Çox sözün çox bəlasına söz yox.
24
Ol səadətlidir ki, dünya üçün
Hirsdən boynuna buraxmaya bənd.
Görmədən möhnəti-zəmanə hənuz,
Ala bir qeyr möhnətindən pənd.
25
Sənə bər kim yetirsə bir ehsan,
Qıl onun şükri-ne'mətin hər dəm.
Şükri-məxluqa olmayan qadir
Qılmaz, əlbəttə, şükri-Xaliq həm.
26
Ey olan vaqifl-dəqaiqi-din,
Etmə hisni-cəsəddə həbsi-ülum.
Müstəiddinə olmağıl mane',
Müstəhəqqini etməgil məhrum.
27
Cəhdin olduqca xəlqə nəf yetir,
Xəlqi et iltifatinə məmnun.
Əhsəni-xəlqi-aləm oldur kim,
Xülqdən xəlqə ola nəf 'i füzun.
28
Gər dilərsoıı inayəti-Həqdən
Şəm'i-islaminə ziyad ola nur,
Demə bir söz ki, ola qeyri-müfid,
Tutma bir iş ki, ola qeyri-zərur.
29
Necə vaizdən iltimas edəsən
Ki, verə pəndi-sudmənd sana,
Mövti-əhbabü inqilabi-zaman
Dəmbədəm bəs degilmi pənd sana?
30
Ey ki, yox istitaətin mütləq
Sədəqə verməgə bir əhli-Həqə!
Yaxşı söz tərkin etmə kim, olmaz
Yaxşı sözdən səvabı çox sədəqə.
31
Kişiyə ol günah yetər ki, dili
Şö'leyi-şərr olub zəbanə çəkər.
Sədəfi-səm'inə düşən gühəri
Çıxarıb rişteyi-bəyanə çəkər.
32
Həzm oldur ki, xəlqi-aləm ilə
Hər əməldə gümanım ola yaman.
Ola əhli-fəsad məkrindən
Hafizin hisni-ehtiyatü güman.
33
Dustlardan həmişə xoş görünür
Bir-birin hədyə ilə etmək yad.
Hədyə irsalı bir müamilədir
Ki, məhəbbət olur onunla ziyad.
291
34
Açma göz məhrəm olmayan üzünə
Ki, bu sövdada hasil olmaz sud.
Bil ki, İblisin oxlanndandır,
Hər nəzər bir xədəngi-zəhralud!
35
Gah-gah et ziyarəti-əhbab,
Nifrət olmaqdan ehtiyat eylə.
Dustluq gər dilərsən ola ziyad,
Tərki-ifrati-ixtilat eylə.
36
Gər tutarsan təriqi-əhli-vəfa,
Peşə et və'dəyə vəfa qılmaq.
Qərzdir və'də etdigin nəsnə,
Fərzdir qərzini eda qılmaq.
37
Pəhlivan ol degil ki, hər saət
Yıxa bir pəhlivanı qüvvət ilən.
Oldurur pəhlivan ki, vəqti-qəzəb
Nəfsinə hökm edə ihanət ilən.
38
Deynə çox rağib olma kim, ondan
Dinə bir ziştlik mülazim olur.
Olmadıqda ədaya bir qüdrət,
Hiyəlü küfrü kizb lazim olur.
39
Kamil olmaq dilərsən imanın,
Qıl təmənnayi-nəfsdən ikrah.
Büğzü hübbü ətavü mən'dən et
Müqtədayi-əməl, rizayi-ilah.
40
Mö'min oldur ki, mümkün olduqca.
Qonşusun qeyrə etməyə möhtac.
Ol degil kim, hüzurilə gecələr
Özü tox yata, qonşusu yata ac.
* * *
Əsəri-ərbəini-əhli-süluk
Qürbi-Həqq rütbəsin qılır hasil.
Umarız kim, Füzuliyi-miskin
Ola bu ərbəin ilə vasil.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə