Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

İmam Həsənin (ə) şəhadəti

İmam Həsən ələyhis-salama əza saxla

Müaviyə, imam Həsənin (ə) məhəbbətini onu sevənlərin qəlbindən çıxarmaq üçün həzrətin ictiami və siyasi şəxsiyyətini köləgələmək üçün müxtəlif mübarizə yollarına əl atırdı. Lakn hər bir cinayətə əl atırdısa  nəticəsi onun istəyinin əksinə olur, hər gün həzrətin, din və həqiqətin aşiq və tərəfdarları daha çoxalırdı. Ona görə də o böyük şəxsi fiziki olaraq məhv etməklə aqradan qaldırmaq qərarına gəldi ki, beləliklə də onunla döyüşmə əzmində olan Əhli-beyt (ə) sülaləsinin digər fədləri və sadat seyidlər ümidis olsun. O həzət isə onun aradan götürmək istədiyi ən böyük maneə idi.

Müaviyyənin çirkin cinayəti
Müaviyə dəfələrlə imam Həsəni (ə) zəhərləməyi qərara alıb çoxlu məxfi vasitələrə əl atdı. Hakim Nişaburi Ümm Bəkr binti Məsurdan olan mötəbər sənədə əsasən nəql edir: Həsən ibn Əlini (ə) dəfələrlə zəhərləsələr də onun təsiri güclü olmamışdı. Sonuncu dəfə zəhər onun ciyərlərini parçaladı. Ondan sonra üç gündən artıq sağ qalmadı.”
İbn Hədid yazır: “ Müaviyə, öz oğlu üçün beyət almaq istədikdə, imam Həsəni (ə) zəhərləmək qərarına gəldi. Müaviyə, oğlu Yezidə beyət almaq beyət almaq və höküməti ona miras kimi vermək üçün önündə Həsən ibn Əlidən (ə) daha böyük maneə görmürdü. Beləlikdə müaviyənin planı qurub onu zəhərlədi və həzrətin qatili oldu.”
Bu planda Mədinənin əmiri Mərvan ibn Həkəm daha böyük rol oynadı. Müaviyə o qorxulu cinayəti eyrinə yetirməyi qərara alanda sonuncu dəfə özünün itaətçisi Mərvana təcili olaraq yazdı ki, Həsən ibn Əlini (ə) zəhərlənməsi işini sürətləndirsin.  Beləliklə onu, o işin ilk aparıcısı təyin etdi. Mərvan, o planı yerinə yetirmək üçün Əş`əsin qızı Cö`də - imam Həsənin (ə) zövcəsi ilə münasibət qurdu. Müaviyə, öz məktubunda yazmışdı ki, Cö`də, narazı və narahat adamdı. Ruhi cəhətdən bizimlə həmkarlıq edə bilər. Tapşırmışdı ki, ona deyilən vəzifəni yerinə yetirdiyi təqdirdə, oğlu Yəzid üçün həyat yoldaşı olaraq məhz onu seçəcəyini ona söz ver. Həmçinin yüz min dirhəm də ona ver.
Şe`binin dediyinə əsasən: “ Cö`də, imam Həsəni zəhərədikdən sonra Müaviyə yüz min dirhəm ona verdi. Lakin onu, Yəzidə almaqdan böyun qaçırıb ona yazdı: Övladımın həyatı mənim üçün maraqlıdı. Onu, səninlə evlənməyə qoyamaram.
İmam Sadiq (ə) buyurub: “ Cö`də zəhəri alıb evə gətirdi. O günlər imam Müctəba (ə) oruc tutudu. Çox isti günlər idi. O məlun, zəhəri südə qarışdırmışdı. Südü içdikdən neçə dəqiqə sonra imam (ə) fəryad etdi: “Allahın düşməni! Sən məni öldürdün, Allah səni məhv etsin! And olsun Allaha! Məndən sonra heç bir xeyir görməyəcəksən! Səni aldadıb, müft hədəfləri uğunda işətdilər. And olsun Allaha! (Müaviyə) səni bədbətx, çarəsiz, rüsvay və zəlil etdi.” İmam Sadiq (ə) sözünün davamında buyurub: “ Cö`də imamı zəhərlədikdən sonra ikidən artıq qalamyıb dünyadan getdi. Müaviyyə də verdiyi vədəni yerinə yetirmədi.
Cinayətkarın adını təmizə çıxarmaq
Tarixçilərdən bəziləri, məsələn, İbn Xəldun və Lamens bu qorxunc cinayət ləkəsini Müaviyənin yaxasında silmək  və onu da qondarma xəbər adlandırmaq istəyibər. İbn Xəldun yazır: “ Həsən ibn Əlinin (ə) Əbi Süfyanının oğlu Müaviyə tərəfindən Əş`əsin qızı Cö`də vasitəsiilə ilə zəhərlənməsi xəbəri şiələrin qondarmasıdır. Müaviyənin adın belə istinadlardan pakdır.”  Həsən ibn Əlinin (ə) zəhərlnəməsinin Müaviyənin adı ilə bağlanmasında hədəf  bəni-üməyyə rejiminin bədnam etməkdir və bu iddihamı şiə müəliflərindən başqası yazmayıb.”
Müaviyənin imam Həsəni (ə) zəhərləməsi planı o qədər aydındır ki, tarixçilərin və alimlərin hər bir bəhanəsinin qarşını alır. Ona görə çox az bir hal istisna olmaqla onu ixtilafsız olaraq qələmə alıblar. O cümlədən, ibn Həcər Əsqəlani, Əbulhəsəni Əli ibn Həsən ibn Məsudi, Əbulfərəc İsfahani, Şeyx Müfid, Əhməd ibn Yəhya ibn Cabir Bilazəri, İbn Əbdülbəhr, Məhəmməd ibn Əli Şəhraşub, İbn Səbbağ Maliki, Sibti inb Cuzi, Süyuti, Hakim Nişaburi, Əhməd ibn Ə`səm Kufi və Cəmaləddin Əbil-Həccac Yusif Əl-Məzi.
İmam Həsənin (ə) vəsiyətləri
Şeyx Tusi (r) ibn Abbasdan nəql edir: İmam Həsəninin (ə) ömrünün son saatlarında qardaşı imam Hüseyn (ə), o həzrətin evinə daxil oldu. İmam Həsənin (ə) digər yaxınlarıından onun yatağının kənarında idi. İmam Hüseyn soruşdu: “ Halın necədir?” həzrət cavab verdi: “Dünya ömürürüm sonuncu günündə və axirət günlərimdən əvvəlinici günündəyəm. Sən və digər qardaşlarımdan ayrıldığım üçün narahatam.  Sonra buyurdu:  “Allahdan bağışlanmaq və rəhət diləyirəm. Çünki önümdə Allahın Rəsulu (s), Əmirəlmöminin (ə), Fatimə (ə.s) Cəfər (ə) və Həmzə (ə) ilə görüş var. Sonra ismi-ə`zəmi və  keçmiş peyğəmbərlərdən və atası Əmirəlmöminindən (ə) ona irs qalanları imam Hüseynə (ə) tapşırdı. O zaman buyurdu ki, “yaz!”.
Allahın yeganəliyinə şəhadət verir, Ona bəndəliyə layiq olan şəkildə ibadət edirəm. Hökmranlğında Onun şəriki yoxdur. Heç bir vaxt onun zillətini göstərən vilayəti yoxdur. O, bütün yaranmışların Yaradanıdır. Hər bir şeyi hesabla yaradıb. O, bəndəlik və sitayişə ən layiq Məbuddur. Hər kəs Onun fərmanını yerinə yetirsə, inkişaf yolunu tutmuş, hər kəs Ona günah və itaətsizlik yolunu tutsa, yolunu azıb. Hər kəs Ona tövbə edib Ona tərəf qayıtsa, azğınlığdan qurtulub.
Ey Hüseyn! Sənə tapşırıram ki, qalanlarım və övladlarımın səhvlərini böyüklüyünə bağışlayıb onların yaxşılığını qəbul edəsən. Məndən sonra canişin və onlar üçün mehriban ata olasan. Məni babam Rəsulullahın (s) məzarı yaxınlığında dəfn et. Çünki mən peyğəmbərin (s) və onun evinin yaxınında dəfn olmağa daha layiqəm. Bu işdə sənə mane olsalar, səni Allaha və Onun yanında olan məqamına, Allahını Rəsuluna (s) qohumluğuna  and verirəm , mənə görə hətta həcamət qanı qədər qan tökülməsin...    
Ardı var


Administrator
www.sibtayn.com/az/

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə