Əbu Bəkrin e`tirafı

Peyğəmbər (s) buyurub:  "Həqiqətən də Fatimənin evinin qapısı, mənim evimin qapısıdır və onun evi mənim evimdir. Hər kəs onun hörmətin saxlamasa Allahın pərdəsini yırtmışdır." ("Biharül-ənvar", c.22. s. 477)
Faydasız peşmançılıq
Müasir vəhabi yazıçısı Bədrürəhman Dəməşqiyyə,  “Feysən-nur” saytına veridiyi məqaləsində “Qissətun hərəqül-Ömər, rəziyəllahu ənh  libeyti Fatimə rəziyəllahu ənha” başlığı altında yazır: “Qalə Əbi Bəkr:  vədədtu ənni ləm əhrəqə beytül-Fatimə ...” (“Lisanül-mizan”, c.4, səh. 218, tərcümə, rəqəm: 1357-5708), “Mizanül-e`tidal”, c. 3, səh: 108, tərcümə, rəqəm: 5763 ...)
Əhli-sünnə mənbələrində o rəvayətin orijinalı belədir:
Əbi Bəkr deyir: “Mən öz həyatım boyu yerinə yetirdiyim üç əmələ təəssüf edirəm. Onlardan biri, Fatimeyi-Zəhranın evinə hücumdur. Qapısı, müharibənin üzünə bağlı olduğu halda Fatimənin evinin ehtiramını sındırmaz,  ona .. ehtiramslıq etməz olaydım.”

“Əl-Əmval” - İbn Zəncəviyyə, “Əl-imamə vəl-siyasə”- İbn Qüteybə Deynəvəri, Təbəri öz tarixində, İbn Əbd Rübbəh “Əl-əqdul-fərid”-də, Məsudi, “Murucül-zəhəb” kitabında, Təbərani “Əl-möcəmül-kəbir”,  Müqəddəsi “Əhadisül-muxtarə”  kitabında,  Şəmsəddin Zəhəbi İslam tarixi kitabında (və sair kitablarda)  Əbu Bəkrin etirafını azca fərqlə nəql ediblər. Onun mətnini əhli-sünnənin üçüncü əsr alimi İbn Zəncurənin “Əl-Əmval kitabına istinad edirik:
“Əbdürrəhman ibn Ovf Əbu Bəkr xəstə olan zaman onun görüşünə getdi.  Salamlaşıb halını soruşduqdan sonra Əbu Bəkr belə dedi:
Həyatımda etdiyim üç əmələ təəssüf edirəm ki, istəyirdim onları etməmış olaydım. Onlardan biri Fatimeyi-Zəhranın evinə hücum etməyimdir. Onun qapısı müharibənin üzünə bağlı idi. İstəyirəm ki, Fatimənin evinin hörmətsizlik etməz olaydım.” (İbn Zəncəviyyə adı ilə tanınmış Əl-Xorasani Əbu Əhməd Həmid ibn Müxlid ibn Qütəybe ibn Abdullah, “Əl-Əmval, c. 1, səh. 387)
həzrət Zəhraya (ə.s) Ömərin ayaqla vurduğu zərbə nəticəsində nəticəsində həzrət Möhsinin (ə) şəhid olmasına İbn Əbi- nin etirafı
Əllamə Şəmsəddin Zəhəbi, “Tərhu şobhətul - e`tidal” İbn Əbi, İbn Əbini rafizi- yalançı hesab etdiyi rəvayətçilərdəndir. (O, həyatı boyu öz etiqadında sabitqədəm olub və “iki qoca” –(məsalibi) nın əleyinə söz deyir, o ikisinə “zülm” edirdi.) Ona görə də onun sözü bizim üçün dəlil deyil.
Araşdırma və təhqiq - Rəvayətin orijinalı
Əllamə Şəmsəddin Zəhəbi, “E`lamul-ənbiya”, “Mizanül-e`tidal” kitablarında,  Hafiz ibn Həcər Əsqəlani “Lisanül-mizan” ibn Əbi Darmdan nəql edir:
Ömərin, Fatiməyə ayaqla (zərbə) vurması, Möhsinin siqt olmasına səbəb oldu”.
(“Əl-Zəhəbi, Şəmsuddin Məhəmməd ibn Əhməd ibn Osman,(748-də vəfat edib), “Mizanül-e`tidal” fi nəqdür-rical, c. 1, səh. 283. Təhqiq: Əl-Şeyx Əli Məhəmməd Müə`viz və şeyx Adil Əhməd Əbdülməhmud, “Darül-kütubil-elmiyə”, Beyrut, Əl-Təb`ə: Əl-Əvvəli,, 1995 m.) 
Mütərcimdən: Məqalədəki rəvayətlər üçün mənbə olaraq çolxu kitab adları sayılıb.  O kitab adları, ixtisarla tərvcümə olunub.
Administrator
www.sibtayn.com/az