Dualar - Zikrlər

İBADƏTLƏRİN DAVAMLILIĞI

 “İbadətin bəlası süstlük, bəzən əməl edib, bəzən tərk etməkdir.”
Yolçu o deyil ki, qaçıb yorula,
Haqq yolçu yol gedir asta, aramla.

İbadətlə yanaşı bütün işlərdə ardıcıllıq və davamiyyət bəyənilmişdir. İslamın nəzərincə, davamlı kiçik ibadətlər davamsız böyük əməllərdən dəyərlidir. Quran deyir: “Allaha pərəstiş et, Ona ibadətdə səbirli ol!” (“Məryəm” surəsi, ayə 65.)
Allahın Rəsulu (s) buyurur: “İbadətin bəlası süstlük, bəzən əməl edib, bəzən tərk etməkdir.” (“Bihar”, 77-ci cild, səh.68.)
Bir çox hədislərdə deyilir: “Allahın yanında ən gözəl iş az olmasına baxmayaraq, davamlı olan işdir!” (“Nəhcül-fəsahə”.)

Tövsiyə edilir ki, başlanan hər bir iş ən aşağısı bir il davam etdirilsin.
Demək, insanda ibadət və bəndəlik ruhiyyəsinin davamlı olması mühümdür. Bəzən məscid, dua və ibadət halına düşüb, bir müddət sonra bu işlərə tamamilə biganə yanaşmaq səmərəsizdir.