Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Qiyamət və əlamətləri!

Qiyamət və əlamətləri!

Həzrəti Məhəmməd (s) qiyamətdən əvvəl baş verəcək hadisələri anlatmışdır. Hadisədəki əlamətlər qiyamətin yaxınlaşmasını göstərir.
1. Qiyamətin əlamətləri bir cizgidə muncuqların arxa-arxaya kimi qoşulduğu kimi bir-birinin arxası ilə gələr.
2. Dünya hərc-mərclik içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəziləri bəzilərinə hücum edəndə qiyamət yaxınlaşar.

3. Qiyamət yaxınlaşanda ölüm hadisələri və qətliamlar geniş yayılacaq.
4. İnsanların öz əlləri ilə etdikləri pis əməllərin nəticəsində quruda və suda fəsad və pozuntu əmələ gələr ki, Allah onlara etdikləri bəzi günahların cəzasını daddırsın ki, bəlkə onlar qayıtsın.
5. Böyük şəhərlər dünən sanki, yox imiş kimi məhv olar.
6. Bu hadisələr olana qədər qiyamət qopmayacaqdır, zəlzələlər çoxalacaqdır.
7. Aclıq və həyatın bahalığı çoxalacaqdır.
8. Pozğunluq aşkar edilmədən qiyamət qopmaz.
9. Zinanın çoxalması qiyamətin əlamətlərindəndir.
10. Qiyamət yaxınlaşanda həya, kişinin qadınla yolun ortasında cinsi əlaqədə olacaq qədər aradan gedər.Kişilər qadınlara bənzəyəcək, qadınlarda kişilərə bənzəyəcək.
11. Kişilər kişilərlə, qadınlarda qadınlarla kifayətlənəndə qiyamət yaşınlaşacaq.
12. İnsanlara elə bir vaxt gələcək ki, Quran bir vadidə, insalar başqa vadidə olarlar.
13. İnsanlara elə bir dövr gələcək ki, Qurani-Kərimin yalnız adı qalacaq. Onlar İslamdan çox uzaq olduqları halda İslami adlarla adlandırılacaq, məscidlər gözəl göründüyü halda, hidayət yönündən xarab olacaqdır.
14. Qiyamətə yaxın Quran oxuyan, ancaq oxuduqları yalnız dillərdə qalan, ürəklərinə gedib çatmayan insanların törəyəcəyi bir zaman gələcəkdir.
15. Axirətzamanda sizdən əvvəlki millətləri qarış-qarış izləyəcəksiniz. Hətta onlar (xristianlar və yəhudilər) kərtənkələ deşiyinə girsələr belə, sizdə onların arxaları ilə ora girəcəksiniz.
16. Qiyamətdən əvvəl qaranlıq gecələr kimi fitnələr var.
17. Qiyamətə yaxın qaranlıq hissələr kimi qarışıqlıqlar olacaqdır. Bu qarışıqlıqlar içində insan mömin olaraq səhəri açıb, kafir olaraq axşamlayacaq. Mömin olaraq axşamlayıb, kafir olaraq səhəri açacaqdır.
18. Haram olan şeylərin halal hesab edilməsi qiyamətin əlamətlərindəndir.
19. Axirzamanda qurd oxuyanlar olacaqdır. Kim həmin dövrə yetişsə, şərlərdən Allaha sığınsın. Onlar çox iylənmiş insanlardır. Riyakarlıq (ikiüzlülük) hakim olcaq, riya və təkəbbürdən utanılmayacaq.
20. Alimlər elmi ancaq pul qazanmaq üçün öyrənəndə, dini dünya mənfəəti əvəzinə satanda qiyamət yaxınlaşacaq.
21. Axirzamanda elə insanlar çıxacaq ki, dinlərini dünya mənfəətinə satacaqlar. Bunlar yumşaq görünmək üçün qoyun dərisinə bürünəcəklər. Dilləri şəkərdən şirin, lakin ürəkləri qurd ürəyi kimi qatı olacaqdır.
22. Ümmətimin axır dövrlərindəməscidlərini bəzəyib ürəklərini xarab saxlayan, paltarını çəkinib qoruduğu qədər dinin çəkinib qorumayan, dünya işlərinin yolunda getməsi üçün dinini vasitə etməyə fikir verməyən bəzi insanlar törəyəcək.
23. Yaxşılıq tərk edilib əmr edilməyəndə və pislik edilib qarşısı alınmayanda qiyamət yaxınlaşacaq.
24. Qiyamət yaxınlaşır yaxşılıq azalar.
25. Qiyamətin bir əlaməti məscidlərin içərisində günahkarların səslərinin yüksəlməsi və günahkarların əmr etdiklərini yerinə yetirən səmimi möminlərin üzərində qalib gəlib hökm etmələridir.
26. İnsanlara elə bir zaman gələcək ki, məscidlərdə yığışıb namaz qılarlar, ancaq içərilərində bir dənə də belə mömin olmaz.
27. Kim Quran oxusa savabını Allahdan istəsin. Çünki son dövrlərdə Quranı oxuyub mükafatını insanlardan istəyən bəzi insanlar törəyəcək.
28. Quranın mahnı kimi oxunulub həzz alındığı, hətta insan alim olmadığı halda bu cür oxuduğuna görə etibar gördüyü vaxt qiyamət qopar.
29. Axirzaman ümmətim üçün ən çox qorxduğum şey ulduzlara inanmaq və qədəri yalan saymaqdır.
30. İnsanlara elə bir vaxt gələr ki, sələm (faiz) yeməyən adam qalmaz. Onu yeməsədə tozu mütləq dəyər.
31. İnsanlara elə bir dövr gələr ki, zənginləri səyahət üçün, alimləri riya və göstəri üçün, kasıbları isə dilənmək üçün həccə gedərlər.
32. Qiyamət yaxınlaşanda qanunsuz əlaqələrdən doğulan uşaqlar (biclər) çoxalar.
33. Dedi-qoduçular, qeybətçilər və lağ edənlərin çoxalması qiyamətin əlamətlərindəndir.
34. Hündür-hündür binalar inşa edilməyənədək qiyamət qopmaz.
www.ehli-beyt.ws

Nəzərinizs  

+1 #2 irəli: Qiyamət və əlamətləri!cemile 2012-12-07 10:54
ele indi burda yazdiqlari zamandayiq!Alla h bizi nezerinde saxlasin!
+1 #1 qiyametsebine.9292 2012-11-17 06:20
Men dehşete geldim ve isterdim ki, qiyamet gunu tez gelsin hec olmasa daha gunah işlmeyek.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə