Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Qarğışın cəzası

Öyüd-Nəsihət-Rəvayət

Qarğışın cəzası

  Allah-təalanın xoşlamadığı, bəyənmədiyi əməllərdən biri də qarğışdır. Qarğış Allaha gör nə dərəcədə xoş gəlmir ki, hətta öz Mürsəl peyğəmbərini qarğışa görə cəzalandırıb. İbn Qüteybə yazır ki, Yunus (ə) Mosul vilayətinin Ninavə şəhərində yaşamış, otuz yaşında ona Allahdan vəhy nazil olmuşdur.
" Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhv göndərdik " (Ən-Nisa.163) "Biz onu yüz min və daha çox kimsəyə     Peyğəmbər göndərdik" (Əs-Saffat 147). Allah-təala adamları küfr, şirkdən qurtarmaq, onları hidayət yoluna də'vət etmək vəzifəsini Yunusun (ə) üzərinə qoyur.  Bütpərəst adamlar əcdadlarının şəriətindən elə uzaqlaşmışdılar ki, ürəkləri qəddarlaşmış, tayfalar arasında ədavət və düşmənçilik yaranmışdır. Belə bir şəraitdə dini qəbul etdirmək çox çətin iş idi. Sələmi yazır ki, Yunus (ə) öz qövmi içində otuz üç il təbliğat aparsa da ona yalnız iki nəfər iman gətirdi. Ninəva əhli Yunusu (ə) yalançılıqda ittiham edib, ona çox əziyyətlər verirlər. Yunus (ə) çəkdiyi əzablardan şikayətlənib, öz tayfasını tərk edir. Yunus (ə) öz caamatına bəd qarğış edib, ailəsini götürüb bir sahilə gedir. Gəmi gözlədiyi zaman oğlanlarının birini qurd yeyir, biri də suya düşüb boğulur. Yunus (ə) səhv etdiyini anlayıb, uzaqlaşmaq üçün gəmiyə minir. Bir qədərdən sonra gəmi bərk çalxalanır, sağa-sola əyilib hərəkətdən qalır. Gəmidəkilər deyirlər gəmidə günahkar şəxs var. Bunu eşidənlər bir-birinə baxırlar. Bu zaman Yunus (ə) irəli çıxıb, günahkar mənəm, məni suya atmayınca gəminiz getməyəcəkdir deyir.
Heç kəs cü'rət edib Yunusu (ə) suya atmır. Xülasə, Yunus (ə) özünü suya atmalı olur. Allah-təala nəhəng bir baliğa vəhy edir:
- Ey balıq, Yunusu ud, amma ona zəfər yetirmə, onu sənə əmanət verirəm.
Belə nəql olunur ki, Yunus (ə) balığın qarnında 3, 7, 40 gün qaldıqdan sonra, balıq onu xəstə və halsız sahilə atır. Yunus (ə) əti və sümüyü keyimişdi. Allah-təalanın Yunusu (ə) balığın qarnında salamat saxlaması özü bir cəza idi, çünki öz camaatına və Allahın məxluquna qarğış edərək, onlara müsibət diləyən peyğəmbər özü bəlanın acısını dadmalı idi.
  Yunus (ə) Allahdan gələn bəlanın nə olduğunu yaxşıca dərk edir. Allah-təala onu balığın qarnında ona görə öldürməmiş və ağlını, düşüncəsini saxlamışdı ki, özünə layiq bilmədiyi şeyi, başqasına da rəva bilməsin.
Bu hədisdən aydın görünür ki, qarğış edən şəxs kimliyindən asılı olmayaraq mütləq cəza almalıdır. Allahın əziz peyğəmbəri baxmayaraq ki, haqq din üstə və Allaha şərik qoşanlara qarğış etmişdir, lakin yenə ağır cəza almışdır. Çünki bəndə Allaha o qədər əzizdir ki, bəndələrin pisinin də, yaxşısının da əziyyət çəkməsini istəmir. Hər kim Allahın məxluqunu qarğış və sairə pisliklərlə incidərsə, Allahı incitmiş olur.

Administrator: Bu, kiçik məlumatlandırma xarakterli yazıılmış yazıdır. Yaxş olardı ki, Quranda cərəyan edən hadisələri, məsum imamlarımızın (ə.s) hədis və təfsirəri əsasında nəzərdən keçirərdiniz

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə