Çr.ax10262021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Təvəlli və təbərri (dost və düşmən tutmaq) vilayətin ayrılmaz hissəsi

Təvəlli və təbərri (dost və düşmən tutmaq) vilayətin ayrılmaz hissəsi

Peyğəmbər (s) və imama (ə) təslim olmaq onları düzgün tanımaqdan qaynaqlanır. Bu mərifət və tanışlığın əsası budur ki, aqil insan bu böyük insanları Allah-taalanın səfiri və Yer üzündəki canişinləri bilsin. Allaha itaət etmək üçün onlara itaət etsin. Daha dəqiq desək, onlara itaət etməyi Allah-taalaya itaət etməklə eyni bilsin. Bu əsasla, itaət etmək mərifətin şaxələrindən biridir.

 Bu formada məhəbbət də mərifətin şaxələrindən hesaba gəlir. Düzdür ki, mərifət və tanışlıq istər-istəməz məhəbbəti də özü ilə çəkib gətirir. Amma müəyyən müqəddimələr hazırlamaqla, övladlarımızın Peyğəmbər (s) və onun Əhli-beytinə məhəbbətini çoxalda bilərik. Valideyn öz övladlarının Əhli-beyti (s) tanıması üçün zəmin yaratmaqdan əlavə, ürəklərində onlara qarşı məhəbbət yaratmaq üçün də ayrıca çalışmalıdırlar. Peyğəmbərin (s) böyük səhabələrindən biri Cabir ibn Abdullah Ənsari (Mədinənin) ənsar məhəllələrində gəzər və belə deyərdi: “Əli (ə) ən üstün insandır. Hər kim (onun vilayətindən) üz çevirsə, kafir olub. Ey ənsar! Övladlarınızı Əlinin (ə) məhəbbəti ilə böyüdün!” (1)

Övladlara Əhli-beytin (ə) məhəbbəti ilə tərbiyə verməyin faydalı yollarından biri də müsbət atmosfer yaratmaqdır. Əhli-beytin (ə) şadlıq və matəm məclislərində iştirak etmək də faydalı yollardan biridir. Xüsusilə uşaqları İmam Hüseynin (ə) əzadarlıq məclislərinə aparmaq sözügedən məsələ üçün çox əlverişlidir. Bəzi dindar ailələr bu gözəl qaydaya ciddiyyətlə yanaşır, şaban ayının 15-i, yaxud Qədir bayramı üçün xüsusi proqram hazırlayırlar. Evlərini bu günlərdə təmizləyir, övladlarına bu əhval-ruhiyyə ilə yeni libaslar alırlar.

Əhli-beytin (ə) bayram günlərində evlərində xüsusi mədəni və əyləncəli tədbirlər həyata keçirirlər. Əhli-beytin (ə) məhəbbəti zəminində övladlarına ruh oxşayan nəğmələr və şeirlər öyrədirlər. Bu günlərdə övladlarına bayramlıq verirlər və bütün bunlar uşaqların qəlbində Əhli-beytin (ə) məhəbbətini əkmək üçün zəmin yaradır. Bu, uşaqların Əmirəl-möminin (ə) və övladlarının məhəbbəti ilə böyüməsi üçün təsirli şərait və mühit yaratmaqdır. Söz yox ki, övladlara məhəbbət öyrətməklə yanaşı, canlarında Əhli-beyt düşmənlərinə qarşı nifrət və düşmənçilik ruhiyyəsinin də təməli qoyulmalıdır. Şiə təkcə məhəbbət məzhəbi deyil, eyni zamanda nifrət və bəraət məzhəbidir. Məhəbbət və nifrətin meyarı da Allah-taala və onun övliyasıdır.

Hər kəs onların yolunda olsa ona məhəbbət bəsləməli, əks halda isə düşmən tutmalıdır. Əhli-beytin (ə) düşmənlərinin birinci sırasında o kəslər dayanır ki, Allahın Rəsulundan (s) sonra birinci olaraq onların haqlarını əlindən aldılar. Əhli-beyt (ə) onlara lənət və nifrin etməyi özlərinə vəzifə bilər, nəsillərinin böyük və kiçiklərinə bu lənət haqqında xüsusi tapşırıq verərdi. (2).

Həmçinin buyurardılar ki, biz Əhli-beytin (ə) arasında bu, böyüklərdən kiçilərə olan həmişəlik tapşırıqdır. (3)

Əhli-beytin (ə) düşmənlərinin nifrətini qəlblərdə əbədi yaşatmaq üçün də münasib şərait və atmosfer yaratmaq lazımdır. Əhli-beytin (ə) düşmənlərinə nifrət Əhli-beytin (ə) məhəbbəti ilə yanaşı olmalı və qarışmalıdır. Əks halda, o məhəbbət yalançıdır. (4)

Xülasə, Əhli-beytin (ə) həqiqi məhəbbətini övladlarımızın canında əkməliyik.

Qaynaqlar:
1. “Mən la yəhzuruhul-fəqih”, c. 3, səh. 493; “İləluş-şəraye”, c. 1, səh.142.
2. “Ricali-Kəşşi”, səh. 206.
3. “Kafi”, c. 8, səh. 245.
4. İmam Sadiq (ə) buyurur:
"هَیهاتَ کَذِبَ مَنِ ادَّعی مُحبَّتَنا و لَم یَتَبَرًاً مِن عَدُوَّنا"
“Biharul-ənvar”, c. 27, səh. 58.

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə