Çr.ax10262021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Nəhs “Səqifə” toplantısında nələr baş verdi?

Nəhs “Səqifə” toplantısında nələr baş verdi?


   Peyğəmbərin (s) vəfatı günü, yaxud həmin günün sabahı “Səqifə” toplantısı baş verdi. Həmin gün Peyğəmbərin (s) evini qəm-qüssə, müsibət bürümüşdü. Atasının həsrətində olan Fatimənin (s.ə) göz yaşları durmadan mübarək yanaqlarına süzülürdü. Dünya göz yaşına qərq olsaydı, yeri vardı. Çünki, tarixdə ən böyük müsibət baş vermiş və Allahın ən üstün bəndəsi dünyadan köçmüşdü.
Baxaq görək Peyğəmbər (s) müsibətində nələr baş verir; Əmirəl-möminin (ə) Peyğəmbərin (s) pak bədəninə qüsl verməklə, digər hazırlıq işləri ilə məşğuldur.
Əbubəkr də evdədir, eləcə də bir qrup müsəlman Peyğəmbərin (s) evinə toplaşıb. Ömər başqaları anlamasın deyə, gizlincə Əbubəkri evdən çağırır. Məqsədi də onu Səqifəyə aparmaqdı. Hansı ki, İslamın əsas bədbəxtliyi elə ordan başlandı.
Daha yaxşı olar ki, sübut əsasında danışaq. Tarixə nəzər salaq, əhli-sünnənin ən böyük tarix kitabı olan “Təbəri tarixi”nin səhifələrini vərəqləyək. 2-ci cild 456-cı səhifəsində hadisəni belə nəql edir:


و اتي عمر الخبر، فاقبل الي منزل النبي (ص)، فارسل الي ابی بکر و فی الدار و علی ابن ابي طالب دائب فی جهاز رسول الله (ص)، فارس الي ابی بکر ان اخرج الي، فارس الیه اني مشتغل، فارس الیه قد حدت امر لا بد لک من حضورة، فخرج الیه، فقال: اما علمت ان الانصار قد اجتمعت في سقیفة بني ساعده

(İbn Əsir, “əl-Kamilu fit-tarix”, c. 2, səh. 13)

“Ənsarın Səqifədə toplanması xəbəri Ömərin qulağına çatdıqda, Allah Rəsulunun (s) evinə tərəf gəldi. Əbubəkr orada idi. Əli (ə) Allah Rəsuluna (s) qüsl verirdi. Bir nəfəri Əbubəkrin arxasınca göndərdi ki, bayıra çıxarsın.
Əbubəkr dedi: – Get, ona de ki, mən məşğulam, gələ bilmərəm.
Ömər xəbər göndərdi ki, mühüm bir hadisə baş verib, mütləq səni görməliyəm. Əbubəkr evdən çıxdı və Ömər ona dedi: – Xəbərin var, ənsar Səqifədə toplanıb?”
Siçan-pişik oyunu kimə gərəkdi? Nə üçün başqaları bu işdən xəbərsiz olmalıdı? Niyə Əliyə (ə) heç nə deyilmir? Nə üçün Abbas ibn Əbdülmüttəlib bu hadisədən xəbərsiz olmalıdı? Fərz edək ki, Allah Rəsulu (s) İmam Əlinin (ə) canişinliyinə təkid etməmişdi. Güman edək ki, hamı iki ay öncə baş vermiş Qədir-Xum hadisəsini unutmuşdu. Fərz edək ki, Allah Rəsulunun (s) pak bədəni (nəşi) qüsl və kəfənsiz qalsın, hətta bir nəfər də Fatiməsinə təsəlli, başsağlığı verməyə gəlməsin və bütün işlərin heç bir əhəmiyyəti də olmasın!!!
Doğrudan da o həssas anlarda Peyğəmbər (s) Əhli-beyti (ə) ilə məşvərət etməyə ehtiyac yox idi? Yəni onlar bu qədər qəribədirlər? Ömər adəti üzrə Səqifədə də kobudluğundan, təhdidindən əl çəkmir. Hubab ibn Munzir Ömər və əlaltısına işarə edir və ənsara xitabən deyir:


فانه باسیافکم دان لهذا الدین من دان ممن لم یکن یدین

(İbn Əsir, “əl-Kamilu fit-tarix”, c. 2, səh. 3; “Təbəri tarixi”, c. 2, səh. 443)
“Bunlar, bu dinin müqabilində boyun əyməyə razı olmayan şəxslərdir və sizin qılınclarınızın qorxusundan təslim oldular”.
Ömər ibn Xəttabla Hubab arasında mübahisə başlayır. Ömər fəryad çəkir: Allah səni öldürsün, İbn Munzir də cavab verir ki, Allah səni öldürsün!


 فاخذ و وطيء في بطنه و دسوا في فمه التراب

(“əs-Səqifə”, c. 6, səh. 459)
“Ömər onu tutdu, qarnına bir təpik vurdu və ağzını torpağla doldurdu”.
Maraqlıdı deyilmi? Siz Ömərin bu rəftarına necə izah verərdiniz? Allahın Quranda möminləri necə yad etdiyini duymadınızmı?

اشداء علي الکفار و رحماء بينهم  – “...kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar...”.
Tarixin şahidliyinə əsasən həmişə döyüş meydanlarından qaçan və heç bir döyüşdə bir nəfəri belə öldürməyən – əlbəttə, tarixdə məşhur olan öz əmisini öldürməkdən başqa – Ömər, indi öz müsəlman qardaşı ilə belə rəftar edir!
Təbəri davam edir:


“فحامله عمر فضرب يده، فنذر السيف، فاخذه ثم وثب علي سعد و وثبوا علي سعد وتتابع القوم علي البيعه

(“Təbəri tarixi”, c. 2, səh. 459)
“Bu zaman Ömər Hubab ibn Munzirə hücum etdi, onun əlinə zərbə vurub qılıncını yerə saldı. Ömər qılıncı götürüb (yerdə oturan) Səd ibn Ubadəhin üstündən atılıb Əbubəkrə beyət əli uzatdı. Qalanları da Sədin üstündən keçib onun kimi edirdilər!”.
Doğurdan da qəribə beyət idi!
Macəranın ardına qulaq asın:


 “فبايعه عمر و بايعه الناس فقالت الانصار: لا نبايع الا علياً”

(İbn Əsir, “əl-Kamilu fit-tarix”, c. 2, səh. 10; “Təbəri tarixi”, c. 2, səh. 443)
“Beləcə, Ömər və ətrafı Əbubəkrə beyət etdilər. Ənsar isə deyirdi: “Biz Əlidən (ə) başqasına beyət etməyəcik!””.


“فلما ذهبا ليبايعاه، سبقهما اليه بشير بن سعد فبايعه”

“Birdən Xəzrəc qəbiləsindən olan Bəşir ibn Səd əmisi oğluna (Səd ibn Ubadəyə) qarşı çıxmaq məqsədilə Əbubəkrə beyət etdi”.

 

“فنادا الحباب المنذر: يا بشير بن سعد! عقتك عقاق، ما احوجك الي ما صنعت، انفست علي ابن عمك الاماره؟


“Sonra Hubab ibn Munzir fəryad etdi: Ey Bəşir ibn Səd! Niyə belə etdin? Yoxsa, əmin oğluna hökmranlıq etmək istəyirsən?”.


“و لما رات الاوس ما صنع بشير بن سعد، قال بعضهم لبعض: ولله لان وليتها الخزرج عليكم مرة لازالت لهم عليكم بذلك الفضيله، و لا جعلوا لكم معهم فيها نصيباً ابداً، فقوموا فبايعو ابابكر.”

(“Təbəri tarixi”, c. 2, səh. 485)
“Bəşir ibn Sədin beyətinə şahid olan Ovs qəbiləsi bir-birinə dedi: Əgər Xəzrəc qəbiləsi bu beyət sayəsində sizdən üstün olsa, hökumətdən nəsibinizin olmasına mane olacaq. Odur ki, qalxıb Əbubəkrlə beyət etdilər!”.
Əhli-sünnənin iddia etdiyi bu “icma” görün, necə baş verib! Ovs və Xəzrəcin tarixi qarışıdurmaları!

“فقال الناس من اصحاب سعد: اتقوا سعداً لا تطيوه، فقال عمر: اقتلوه قتله الله! ثم قام علي راسه، فقال لقد هممت ان اطاك حتي تندر عضدك”

(“Təbəri tarixi”, c. 2, səh. 457)
“Səd ibn Ubadənin ətrafındakı cəmiyyətin fəryadı yüksəldi: Ehtiyatlı olun, Sədi ayaqlayarsınız! Ömər qışqırdı ki, Sədi öldürün, Allah onu öldürsün! Sonra Sədin başı üzərində durub dedi: Səni elə tapdalamaq istəyirəm ki, bədən üzvlərin bir-birinə qarışsın!”.
Nəhayət, Səd ibn Ubadə Əbubəkrə beyət etmədiyi üçün terror edildi! İnanmırsınız? Əhli-sünnə böyüklərindən Bəlazuri və İbn Əbdu Rəbbih belə yazırlar:
Ömər bir nəfəri Şama göndərib ona tapşırdı ki, hansı yolla olursa olsun, Səd ibn Ubadədən beyət alsın. Əgər beyət etməsə, Allahdan kömək diləsin. Həmin məmur Şama yollandı və Sədi bir bağda tapdı. Onu beyətə çağırdı.
Səd dedi: – Qüreyşdən olan bir şəxsə əsla beyət etmərəm!
Elçi dedi: – Əgər beyət etməsən, səni öldürəcəyəm!
Səd dedi: – Məni öldürsən belə!
Məmur dedi: – Xalqın ittifaqa gəldiyi şeyə qarşısanmı?
Səd dedi: – Əgər məqsədin beyətdirsə, bəli!
Sonda məmur ox ataraq Sədi qətlə yetirdi
(“əl-İqdul-fərid”, İbn Əbdu Rəbbih, c. 5, səh. 14; “Ənsabul-əşraf”, Bəlazuri, c. 1, səh. 558).
Əhli-sünnənin etiqad bəslədiyi şuranın mahiyyəti budurmu? Təhdid, şuranın tərkib hissəsidirmi?! Görəsən, Əbubəkri xalq seçdi, yoxsa onu xalq üçün seçdilər? Tezliklə, beyət almaq üçün Əmirəl-möminin Əlinin (ə) evinə amansız hücumdan danışacağıq.
Doğrudanmı, xəlifə seçimində demokrasiya ən ali şəkildə baş verib!! Özü də harada, Mədinədən xaricdə Bəni-Saidənin Səqifə məntəqəsində! İndiyədək, əhli-sünnə özünə sual verməyibmi ki, əgər Ömər qanuni iş görmək istəyirdisə, “Məscidun-Nəbi”ni (s) niyə seçməyib? Həmin məscid müsəlmanların başlıca qərarlarının verildiyi məkan deyildimi?
Nəhayət, Allah Rəsulunun (s) pak bədəni torpağa tapşırılmamış, hər bir mümkün variantla xalqan Əbubəkr üçün beyət aldılar.
Əhli-sünnə tarixçisi Zübeyr ibn Bəkkar yazır:


“فلما بويع ابوبکر اقبلت الجماعه التي بايعته تزفه زفاٌ الي المسجد رسول الله(ص)

(“əl-Muvəffəqiyyat”, Zübeyr ibn Bəkkar, İbn Əbil-Hədidin nəqlinə əsasən)
“Əbubəkrə beyət mərasimi bitəndən sonra onu sevinc sədaları altında Allah Rəsulunun (s) məscidinə gətirdilər”.
Doğrudan da, peyğəmbərlərinin qüsl suyu qurumamış sevinc sədaları göyə ucalan kəslərə vay olsun!
Ey kaş, əhli-sünnənin təəssübkeşliyi həqiqətsevərlik gözlərini bağlamayaydı və tarixi faktları olduğu kimi görəydilər. Ey kaş, hamı biləydi ki, Peyğəmbərdən (s) sonra onun ailəsinə nələr etdilər, amma əfsus!
Bu qədər haqqı gizlətmələrinə rəğmən, əhli-sünnədən bəziləri həmin tarixin bir hissəsini qeydə alıb. Günümüzdə əhli-sünnə alimlərinin bu tarixə münasibəti təkcə bundan ibarətdir ki, ya onu bütünlüklə təhrif edilmiş sayırlar, ya da öz tarixçilərini şiəlikdə ittiham edirlər!
İlahi! Həqiqət qarşısında qəlblərimizi müti elə və bizi haqqa qarşı inadkarlardan etmə! Amin!

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə