Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Əhli-sünnə rəvayətlərində “Səqələyn” hədisi

Əhli-sünnə rəvayətlərində “Səqələyn” hədisi

  Əhli-sünnə rəvayətlərində “Səqələyn” hədisi “Səqələyn” hədisi müsəlmanların hədis xəzinəsinin ən məşhur hədislərindən biridir. İslami məzhəb böyükləri və alimləri “sihah”, “sünən”, təfsir, tarix və lüğət kitablarında bu hədis haqqında söhbət açmışlar. Nəzərinizə çatdırırıq ki, “Səqələyn” hədisi müxtəlif zaman və məkanlarda Allahın Rəsulu (s) tərəfindən söylənmiş və hədisçilər onu müxtəlif ifadələrlə nəql etmişlər. Ümumilikdə isə “kitab”, “itrət” və “Əhli-beyt” kimi sözlərdə onlar müştərəkliyə malik olsa da, hədisin əvvəli və sonunda fərqliliklər nəzərə çarpır. Əhli-sünnə bu hədisi mötəbər hesab etmiş və onlarla vasitə ilə onu Peyğəmbərin (s) iyirmidən artıq səhabəsindən nəql etmişdir. Əhli-sünnənin ən məşhur və birinci sırada yer tutan mənbələrdən olan Müslimin “Səhih” kitabında belə qeyd edilir: “Allahın Rəsulu (ə) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xumda ayağa qalxdı və xütbə oxudu. Həzrət (s) Allaha həmd və səna dedikdən sonra, müsəlmanlara moizə etdi və onlara öyüd-nəsihət verdi. Sonra buyurdu: “Allaha həmd və sənadan sonra! Ey camaat! Mən də bəşərəm, Allahın elçisinin gəlməsinə və mənim onun dəvətini qəbul etməyimə (vəfatıma) az qalıb. Mən sizin aranızda iki dəyərli şeyi yadigar qoyuram. Birincisi, onda nur və hidayət olan Allahın kitabını. Onu götürün və ondan möhkəm yapışın. Peyğəmbər (s) Quran barəsində camaatı həddən artıq təşviq edərək rəğbətləndirdi. Sonra buyurdu: İkincisi, Əhli-beytimi (yadigar qoyuram). Sonra üç dəfə buyurdu: “Allaha xatir sizə Əhli-beytimi unutmamağı tövsiyə edirəm.”” (Müslim, “Səhih”, c. 4, hədis 2408) Tirmizinin məşhur “Sünən” kitabında da Əhli-beytin (ə) fəziləti haqqında Cabir ibn Abdullahdan belə nəql edilir: Həc zamanı Allah Rəsulunun (s) Ərəfə günü öz xüsusi dəvəsinə minərək xütbə oxuduğunu gördüm. Həzrətin (s) belə buyurduğunu eşitdim:

یا ایها الناس! انی قد تركت فیكم ما ان اخذتم به لن تضلوا؛ كتاب الله و عترتی، اهل بیتی.

“Ey Camaat! Mən sizin aranızda iki dəyərli şeyi – Allahın kitabı və itrətim olan əhli-beytimi əmanət"

qoyuram. Əgər onlardan yapışsanız, əsla haqq yoldan azmazsınız.” Tirmizi sonra belə yazır: “Bu məzmunu Əbuzər, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm və Hüzeyfə də nəql etmişdir.” (Tirmizi, “Səhih”, hədis 3786) Bu hədisin başqa rəvayətləri əvvəldə də qeyd etdiyimiz kimi, söz və məzmun baxımından bir-birinə oxşardır. Nəzərinizə çatdırırıq ki, firqələr baxımından bu hədisin səhihliyi Misirdə çap edilən “Darut-təqrib bəynəl-məzahibil-islamiyyə” risaləsində sübuta yetirilmişdir. Əllamə Seyid Məhəmmədhəsən Mircahani bu haqda yazır: “Bu rəvayət mütəvatir rəvayətlərdəndir, şiə və əhli-sünnənin kitablarında yüz əllidən artıq rəvayət həmin məzmunda qeyd edilmişdir. Onların əksəriyyəti də ləfzi (söz) baxımından təvatürə malikdir.” Bu haqda əlavə məlumat əldə etmək üçün Əllamə Nurullah Şüştərinin “İhqaqul-həqq”, Əllamə Mirhamid Hüseyn Hindinin “Əbəqatul-ənvar”, Əllamə Hacı Şeyx Əbdülhüseyn Əmininin “əl-Qədir” kitabına müraciət edə bilərsiniz.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə