Bz06132021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Üstün cihad

Üstün cihad


İctimai vəzifələrin əhəmiyyətini qeyd etdikdən sonra onların bəziləri haqqında ətraflı danışmağımız yaxşı olardı. Şübhəsiz ki, namaz kimi əhəmiyyətli ictimai vəzifələrdən biri Allah yolunda cihaddır. Bu cihada kafirlərlə vuruşu misal göstərə bilərik. Amma bu cihad təkcə vuruşdan ibarət deyil. Cihadın müxtəlif şəraitlərə uyğun nümunələri vardır. Silahlı mübarizə cihadın növlərindən biridir. Cihadın elmi, mədəni, iqtisadi, siyasi növləri də var və bizim cəmiyyət bütün bu cihadlara ehtiyaclıdır. Təəssüf ki, cihadın bu növləri dərindən araşdırılmamışdır. Ayə və rəvayətlərdə geniş yer almış cihadlardan biri nəfslə cihaddır. Həzrət Peyğəmbər (s) nəfslə cihad haqqında buyurur: “Xoş o cəmiyyətin halına ki, kiçik cihadı yerinə yetirmişdir və böyük cihad qarşısındadır... Böyük cihad həmin nəfslə cihaddır.”
“Cihad”, “mücahidə” dedikdə qarşıda durmuş maneəyə müqavimət göstərilməsi nəzərdə tutulur. Cihad kəlməsini eşidərkən təsəvvürdə cəbhə və döyüş canlanır. Amma bəzən düşmən gözlə görünmür. Daha təhlükəli olan bu yağı insanın daxilində gizlənir. Həzrət Peyğəmbər (s) buyurur: “Ən yağı düşmən sənin daxilindəki nəfsdir.”
“Böyük cihad” (“cihadi-əkbər”) dedikdə nəfs istəklərinə qarşı mübarizə nəzərdə tutulur. İnsan öz nəfs istəklərinə nəzarət etməli, onların tüğyanını susdurmalıdır. Nəfslə cihad da düşmənə müqavimət göstərməkdir. Bu düşmən daxili olduğundan onunla mübarizə daha da çətindir.
İmam rahilin cihadi-əkbər barəsində dəyərli söhbətləri vardır. Böyük inqilab rəhbəri işə öz nəfsi ilə cihaddan başlamışdır. Yalnız bu cihadda qalib gəldikdən sonra islami cəmiyyəti süqutdan xilas etmək üçün ayağa qalxmışdır. Onun buyuruqları xoşbəxtlik yolunda bizim üçün mayakdır. Həqiqi İslamı diriltmiş o ilahi insanın buyuruqlarını, kitablarını yaddan çıxarmamalıyıq. Həmin nəsihətlər daim qulağımızda sırğa olmalıdır. Hər şeydən qabaq nəfsimizlə cihada, özünü tərbiyəyə başlamalıyıq ki, siyasi, iqtisadi, hərbi, elmi və s. mübarizə meydanlarında qalib gələ bilək.
Hər bir şəxs peşəsindən asılı olmayaraq üzərinə düşən vəzifəni yerinə yetirməklə dinə xidmət etmiş ola bilər. "Nəfslə mübarizə" mənasında cihad, hər bir şəxsə vacibdir. Dini hövzə və universitetə öhdəliyə götürülən cihadın növü “elm"- dir. Bu iş hövzə və universitet könüllülərinin - səfərbərlərinin öhdəsindədir. Yəni bu məsuliyyət özünü “İmam Zaman (ə) əsgəri” adlandıranlara aiddir. Bizlər İmam Zaman (ə) süfrəsinin ətrafından dolananlarıq. İnanırıq ki, ilahi rəhmətə qovuşmaq üçün məsum imamlar bir vasitədir. “Camee kəbirə” ziyarətində deyirik: “Yağış sizin (məsumların) pak nurunuz bərəkətindən yağır.” Bu baxımdan tələbələrin vəzifəsi çox ağırdır. Onların peşəsi, məlumatı, elmi imkanları bu yolda öndə getmələri üçün şərait yaratmaqdır. Universitet tələbələri və digər gənclər bu işdə onlara yardımçı olmalıdırlar. Bəli, elmi yolla cihad hamıdan çox ruhanilərə aid olan vəzifədir.
Administrator
Yazının tərtibində "haqqyolu.orq" elektron kitabxanasından itifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə