Muxtar Səqəfi

Muxtar, Hicri təqvimi ilə Kufə şəhərinin yaxınlığında bir kənddə dünyaya göz açdı. Atası Əbu Übeydə Səqəfi, anasın adı isə Vəhəbin qızı Rumə -dir. Muxtar şücaətli, çox ağıllı, bəyənilmiş xüsusiyyətlərə malik idi. Onun Əhli-beyt (ə) sevməsi və onların düşmənləri ilə düşmən olması dillərə düşmüşdü.

Məhəmməd ibn Məsud nəql edir: Muxtar, Übeydullah ibn Ziyadın başını imam Səccada (ə) göndərdikdə o həzrət şükür səcdəsi yerinə yetirib və buyurdu: “ Allah, Muxtara xeyir mükafat versin!”.

 

 

(Səfinətül-bihar, c.1, s. 435, Biharül-ənvar,c. 45, s. 350)

Südeyr, imam Baqirdən (ə) nəql edir: “Muxtara rəva olmayan söz deməyin! O, bizi öldürənləri öldürdü, qısasımızı aldı, ərsizləri evləındirdi və lazımlı zaman bizim üçün mal göndərdi.”

Həzrət Müslim ibn Əqil (ə), Kufə şəhərinə getdikədə Muxtar Səqəfinin evinə getdi. (Şərhi-nəhcül-bəlağə, İbn Əbilhədid, c.2, s. 294) Muxtar da onu dəstəkləmək üçün fəaliyyətə başladı. Onun bu addımı Übeydullah ibn Ziyadı narahat etməyə başladı. Ona görə də onu yanına gətizdirib işkəncələr verdikdən sonra zindana göndərdi.

 

Muxtarın bacısı Übeydullah ibn Ömər ibn Xəttabın həyat yoldaşı olduğu üçün ondan qardaşının azad olması üçün vasitəçi olmasını istədi. O da Übeydullah ibn Ziyada məktub yazdı və Muxtar azad olundu.

 

İmam Hüseynin (ə) şəhadəti və “təvvabin” qiyamının uğursuzluğdn sonra müsəlmanlar arasında Bəni-üməyyə rejiminə dərin nifrət yaranmışdı. Muxtarın azad olması ilə yanaşı “təvvabin” inqilabından sağ qalanlar onun ətrafında toplandı. Beləliklə də o, İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin qısasını aldı...

Adinistrator