Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Cəmadiüs-sani Cəmadiül-sani ayının 27-ci günü

Cəmadiül-sani ayının 27-ci günü

İmam Əli ibn Muhəmməd Baqirin (ə) şəhadəti

Hicrətin 116-cı ili Cəmadius-sani ayının 27-si Əbul-Həsən Əli ibn Muhəmməd Baqir (ə) Erdehale Kaşanda şəhadətə yetdi. (Məraqidul-Məarif; c-2, s. 79. Rovzatul-Cenat; c-4, s. 212). Belə nəql olunub ki, bir dəstə Əhli-beyt (ə) dostları və şiələri Kaşan Əhalisindən imam Baqirə (ə) bir məktub yazdılar ki, biz sizdən uzaq olduğumuz üçün öz övladlarınızdan birini yol göstərmək, dini hökümləri öyrətmək üçün bizim məmləkətimizə göndərin. İmam Baqir (ə) öz böyük oğlu cənab Əli ibn Muhəmmədi (ə) onlar üçün göndərdi.
O həzrətin Kaşana daxil olduğu vaxt camaat onu tarixdə misli görünməmiş şəkildə qarşıladılar. Yazırlar ki, Peyğəmbər (s) ailəsinin o pak sülaləsini qarşılamaq üçün görüşünə təqribən altı minə yaxın adam gəlmşdi. Beləliklə o həzrət mascıddə camaatın hidayəti ilə məşğul olur və Kaşanın ətrafından olan şiələr də, onun görüşünə gəlir və ondan çoxlu kəramətlər görürdülər. O, Mədinəyə atası üçün bir çox məktublar yazaraq özünün və şiələrin vəziyyətindən atasını xəbərdar edirdi.
Nəhayət imam Baqirin (ə) şəhadətindən iki il sonra cənab Əli ibn Muhəmməd dostları, məvaliyanları, qohumları ilə birlikdə dövlət məmurlarının hücumuna məruz qalaraq hamısı orada şəhadətə çatdı. (Muraqidul-məarif; c-2, səh-80).
İndinin özündə də, cənab Əli ibn Muhəmmədin mübarək qəbri Erdehale Kaşanda Əhli-beyt (ə) aşiqlərinin ziyarətgahıdır.
İmam Hadinin (ə) şəhadəti
Bir rəvayətə əsasən hicrətin 254-cü ili Cəmadius-sani ayının 27-si, imam Hadi (ə) 42 yaşında Mötəz Abbasinin göstərişi ilə zəhərləndirilərək şəhadətə yetdi və Samira şəhərində öz evində torpağa tapşırıldı. (Vəqayiul-əyyam; səh-298).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə