Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Dualar - Zikrlər "KӘSA" hədisi

Dualar - Zikrlər

"KӘSA" hədisi

«Kəsa» sözü əba mənasındadır. Bu hədisin «Kəsa» adlandırılmasının səbəbi budur ki, Peyğəmbər (s) öz Әhli-beytini toplayıb əbasını onların üzərinə çəkdi və bu hədisi buyurdu.
Həzrət Peyğəmbər (s) bu hədisi «Təthir» ayəsi nazil olan zaman Әhli-beyt (ə) (Әli, Fatimə, Həsən və Hüseyn) haqqında buyurmuşdur. Biz əvvəldə «Quranda Әhli-beyt» fəslini yazarkən, Təthir ayəsinin izahında bəzi təfsirçilərin sözlərini və bu barədə olan hədisləri söyləyərək bu mövzunu bəyan etdik. Burada isə bu mətləbi daha aydın işıqlandırmaq və Peyğəmbərin (s) bu mövzuya föqəladə əhəmiyyət verdiyi üçün bu hədisi izah edən digər rəvayətləri də siz əziz oxuculara təqdim edirik.
Bu hədis, təfsir və hədis kitablarında müxtəlif şəkildə nəql edilmişdir. Biz onlardan yalnız bir neçəsinə işarə edəcəyik:
Әhməd ibni Hənbəl öz «Müsnəd» ində Ümmü-Sələmədən belə rəvayət etmişdir: «Bir gün Peyğəmbər (s) mənim evimdə olarkən, xidmətçi gəlib ona dedi ki, Әli və Fatimə (ə) qapıda gözləyirlər. O həzrət mənə buyurdu: «Qalx ayağa və mənim Әhli-beytimdən (ə) kənarda dur. Mən də qalxdım və evin yaxın bir guşəsinə çəkildim. Sonra Әli və Fatimə və hələ də xırda uşaqlar olan Həsən və Hüseyn (ə) otağa daxil oldular. Peyğəmbər (s) Həsən və Hüseyni (ə) qucağında oturdub öpdü, sonra bir qolunu Әlinin, digər qolunu isə Fatimənin boynuna saldı və üstlərini qara bir əba ilə örtüb belə dua etdi:
«İlahi, mən və Әhli-beytim sənə sarı üz tutmuşuq, cəhənnəmə sarı yox!
Ümmü Sələmə dedi: «Mən də, ey Allahın Peyğəmbəri!» Peyğəmbər (s) buyurdu:
«Sən də.»
Vahid də «Әsbabün-nüzul» kitabında Ümmü Sələmədən bu şəkildə rəvayət etmişdir:
Bir gün Peyğəmbər (s) mənim evimdə idi. Bu zaman Fatimə (ə) bir qab dolusu yeməklə Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər (s) buyurdu:
«Get ərini və övladlarını da çağır.»
O da Әli (ə) və övladları Həsən və Hüseyni çağırdı. Onlar birlikdə əyləşib yeməyə başladılar. Peyğəmbər (s) yerdə əyləşmişdi və altında bir xeybər əbası var idi. Ümmü Sələmə deyir ki, mən də otaqda idim. Gördüm ki, o həzrət əbanı götürüb onların üstünə örtdü və belə dua etdi:
«Ey Allah! Bunlar mənim Әhli-beytim və seçilmişlərimdir. Onları bütün pislik və çirkinliklərdən uzaqlaşdır və pak-pakizə et.»
Ümmü Sələmə deyir: «Mən də başımı örtüyün altına daxil etdim və dedim: Ey Allahın Peyğəmbəri! Mən də sizinlə birlikdəyəm?» Peyğəmbər (s) buyurdu:
«Sən də xoşbəxt və səadətlisən (Amma Әhli-beytdən deyilsən.)»
Bu vaxt Allah-taala tərəfindən «Təthir» ayəsi nazil oldu.
[«Әlfüsulul-muhimmə». İbni-Səbbağ Maliki (səh. 25-27]

Yazı, tərcümə olunmuş kitabların elektron versiyası əsasında hazırlanıb.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə