Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Cəmadiül-əvvəl Cəmadiül-əvvəl ayının 13-cü günü

Cəmadiül-əvvəl ayının 13-cü günü

Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti
Bəzi rəvayətlərə əsasən, həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti, Peyğəmbərin (s) vəfatından yetmiş 75 gün sonra yəni hicri təqvimi ilə 11-ci il, Cəmadiul-Əvvəl ayının 13-cü gününə təsadüf edir.
Həzrət Fatimeyi-Zəhra (s.ə) sahilsiz fəzilət və yaxşılıqlar dəryası idi. Peyğəmbər (s) onun bu fəzilətlərindən bir hissəsini müxtəlif münasibətlərdə buyurmuşdur. Buna baxmayaraq mövlamız imam Sadiqin (ə) buyurduğuna əsasən ağıl həzrət Fatimeyi-Zəhranı (s.ə) tanımaqda acizdir. (Tətimmətul-muntəha; səh.36).
Başqa bir rəvayətdə, Peyğəmbər (s) belə buyurub: “Əgər bütün fəzilət və yaxşılıqlar bir şəxsiyyətdə toplansa, o, Fatimənin (s.ə) şəxsiyyətidir. (Onun məqamı) daha üstündür.
Həqiqətən qızım Fatimə, (varlıq aləmində) böyüklükdə və kəramətdə yer üzünün ən yaxşı insanıdır”. (Fəraidul-Səmteyn; cild.2, səh.68).
İmam Əskəri (ə) buyurub: “Biz Allahın məxluqata olan höccətiyik və nənəmiz Fatimə (s.ə), Allahın bizə olan höccətidir ”. (Təfsire Ətibul-bəyan; cild.13, səh.225).
Bütün o sözlərə baxmayaraq Peyğəmbərin (s) vəfatından sonra necə də tez o Həzrətin (s) sözləri unuduldu?! Peyğəmbər (s) qızının haqqına necə yanaşdılar və onu hörmətinə riayət etdilər?! Halbuki, Peyğəmbər (s) həzrət Fatimənin (s) haqqında, istər ümumi istər xüsusi,
insanlara buyururdu: “Fatimə (s.ə) bədənimin bir hissəsidir; şübhəsiz ki, onu incidən məni incitmişdir”. Buna baxmayaraq, Peyğəmbərin (s) vəfatından sonra ən böyük müsibət, qəriblik və məzlumiyyətlər baş verdi. Zahirdə özlərini Peyğəmbərin (s) səhabəsi kimi göstərənlər, onun evinə od vuraraq əziz həyat yoldaşı Əmirəlmöminin imam Əlini (ə) zorla beyət etmək üçün məscidə apardılar. Bu arada cigərparası, həzrət Möhsünü (ə) şəhadətə yetirdilər və imamını müdafiə etdiyi üçün o əziz xanımın qabırğasını sındırdılar. O əzab-əziyyətər nəticəsində Həzrət (s.ə) əziz Peyəmbərimizin (s) vəfatından bir az sonra şəhadətə yetdi. (Rənchayi-həzrəti- Zəhra ə.s. Cəfər Murtəz Amili).
Bəli! İki dünya xanımı əziz atasının vəfatından sonra imamının müdafiəsi yolunda bütün dərd və qəmləri sinə gərərək az bir müddətdə şam kimi əriydi. İmam Sadiq (ə) onun qəmli halını belə vəsf edir: “Peyğəmbərdən (s) sonra həzrət Zəhra (s.ə) daim yataqda idi. Cismi zəifləyərək, qəm-qüssənin şiddətindən arığlamışdı”. (Səfinətul-Bəhar; cild.2, səh.375).
Həzrət Zəhranın (s.ə) məzlumcasına şəhadətindən sonra vəsiyyətinə əsasən həzrət Əli (ə) gecə vaxtı ona qüsl verdi və son dərəcə qəribcəsinə onu gecə vaxtı dəfn etdi.Görəsən nə səbəb oldu ki, Peyğəmbərin (s) yeganə qızı ömrünün bahar çağında atasının
vatından sonra qısa bir zamanda bu dünyadan köcüb, hamının gözündən uzaqda və gecənin qaranlığında tam məxfi olaraq qəribcəsinə torpağa tapşırılır və dəfn mərasimində iştirak etməyə dırnaqarası desək hətta zamanəsinin xəlifəsinə belə icazə vermədi?!
(Səhihe-Buxari; cild.5, səh-252, bab:155. Tarixe Təbəri; cild.2, səh.448).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə