Allahdan qeyrisindən kömək istəmək olarmı?!

Bismillahir-rəhmanir-rəhim
Sual:
Nə üçün şiələr öz problemlərinin həlli üçün Allahdan başqasından, (məsələn, Həzrət Əli (ə) digər məsumlardan) kömək istəyir? Halbuki həzrət İbrahim (ə) oda atılanda, Cəbrail (ə) onun köməyinə gəlib dedi ki, “mənim köməyimə ehtiyacın varmı?” Həzrət İbrahim buyurdu:
“Mənim təkcə Allahın köməyinə ehtyacım var və Ondan yardım istəyirəm.”
Cavab: Bu sualın cavabında bir-neçə nöqtəyə işarə olunmalıdır:
a.    Bütün aləm Allahın qüdrəti altındadır.  Allahın elm, qüdrət və tədbiri mütləqdir. Onun elm, qüdrət və tədbiri müqabilində bütün şəxslər qüdrətsizdir.
b. Allah, varlıq aləmini yaradanda illət-məlul, əsbab-müsəbbibat nizamı əsasında yaradıb. Hər bir məlul üçün illət və hər bir illət üçün bir məlul qərar verib. Hər səbəbin üçün müsəbbəbi var. Bu, Allahın həkimanə və müdəbbiranə iradəsidir. Allah, iba etdiyindən üçün məsələləri onun səbəbləri olmadan yerinə yetirmir.
c.    Bu səbəbləri iki qismdir:
1.    Maddi səbəblər.
2.    Mənəvi və qeyri maddi səbəblər.
Qeybi illətlər maddi illətlərlə təarüztəzahüm yaratdıqda qeybi illətlər, maddi illətlərdən daha güclü və möhkəm olur. Bu ona görədir ki, qeybi illət, onlar üzərində illiyyət daşıyır və onlardan üstündür.
d. Biz, gündəlik həyatımızda maddi vasitələrdən çox yararlanır və onlardan istifadə edirik.Məsələn, maşın, təyyarədən minik vasitəsi kimi faydalanır və öz əl-ayağımızdan istifadə edirik. Məludumdur ki, bunların heç biri Allahın mütləq tohid, elm, qüdrət və iradəsinin tədbiri ilə heç bir ziddiyyəti yoxdur. Qeyri-maddi illətlərdən ibarət olanlar (məsələn, namaz, sədəqə, nəzir, dua) da, onlardan hesab olunur.
Məqsədlərə çatmaq üçün övliyanın Allah qürbünə yaxınlığı mənəvi illətlərdəndir. Onun pak bəndələri Ondnan kömək istəyir. Amma bu yardım diləməkdə iki nöqtəyə diqqət etmək lazımdır:
Birinci:
Allah övliayaları vasitələdən başqa bir şey deyil. Onların Allahdan kənar, özlüyündə heç bir müstəqilliyi və şəni yoxdur.
İkinci:
Onların vasitə təyin edən də, Allahdır. Bu ikisini nəzərdə saxlasaq, nə şirk qalacaq, nə də bir sual.
D.    Biz Quranda və rəvayətərdə görürük ki, peyğəmbərə (s) təvəssül olunub. Günahlardan bağışlanması üçün də istiğfar diləmək üçün də peyğəmbərə təvəssül olunub. Həzrət Yusifin (ə) əhvalatında Yəqubun (ə) övladları atalarından istəyib ki, Allah dərgahında onların bağışlanması üçün dua etsin. Yəqub (ə) peyğəmbər də onların istəyini qəbul edir və "tezliklə sizin üçün dua edərəm" deyə  buyurub .
Ona görə də məsumldardan (ə) kömək diləmək, Allahın mütləq tohid, qüdrət və tədbiri ilə heç bir ziddiyyət təşkil etmir.

Administrator