Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Dözümlülük

Dözümlülük

Allahın Peyğəmbəri (s) :«Dözümlü insan peyğəmbərliyə yaxındır.»
İmam Əli (ə):«Dözümlülük ağlın kamilliyidir.»
İmam Əli (ə):«Dözümlülük möminin işinin nizama düşməsinin səbəbidir.»
İmam Əli (ə):«Kişinin gözəlliyi onun dözümlülüyü ilə ölçülür.»
İmam Əli (ə):«Əgər dözümlü deyilsənsə də, özünü dözümlü kimi göstər. Çünki özünü başqa insanlara bənzədib, sonunda onlardan birinə çevrilməyən çox az adam tapılar.»

İmam Əli (ə):«Dözümlü o kəsdir ki, öz qardaşlarına qarşı dözümlü olsun.»
İmam Rza (ə):«İnsan dözümlü olmayınca, abid olmaz.»
Dözüm yaradan şeylər
İmam Əli (ə):«Ağlın artması ilə dözümlülük də artar.»
İmam Əli (ə):«Sənə dözümlü olmağı tövsiyə edirəm, çünki o, elmin səmərəsidir.»
İmam Əli (ə):«Dözümlülüklə vüqar yüksək əzm və iradədən doğulmuş iki əkizdir.»
Dözümlülüyün səmərələri
İmam Əli (ə) :«Dözümlü olan, ağalıq edər.»
İmam Əli(ə):«Düşməninə qarşı dözüm göstərən, ona qalib gələr»
İmam Əli (ə) :«Dözümlü şəxsin bu xasiyyətindən götürdüyü ilk bəhrə, nadanın müqabilində xalqın onun köməyinə gəlməsidir.»
İmam Əli (ə):«Qəzəbin şiddətli vaxtında dözüm göstərmək, insanı Allahın qəzəbindən amanda saxlar.»
İmam Sadiq (ə) :«Köməklik üçün dözümlülük kifayət edər.»
Dözümlülüyün izahı
İmam Həsən (ə) (dözümlülüyün mənası haqda sualın cavabında): «Dözümlülük qəzəbi boğmaq və nəfsi saxlamaqdır.»
Qəzəbli olanda dözümlülük
Loğman (ə) :«Dözümlü şəxs qəzəbli vaxtından qeyri bir halda tanınmaz.»
İmam Əli (ə) – ən dözümlü şəxs barədə sualın cavabında :«Qəzəblənməyən kimsədir.»
İmam Səccad (ə) :«Mənim o insandan xoşum gəlir ki, qəzəb¬ləndiyi vaxtı səbr onu haqlasın.»

Kitab: "Mizanül-hikmə"

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə