Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Qəlb

Qəlb

Qəlbin pak saxlanması
«Haram yolla əldə olunan təam pis təamdır, zəifə edilən zülm ən çirkin zülmdür. Çirkin iş, adı kimi çirkin olar və çətinliklərə dözmək qəlbi pak saxlayar. Müdara (xoş keçinmə) sərtlik hesab olunan yerdə sərtlik müdaradır. Nə çox ki, dərman dərd ola, dərd dərman. Nə çox ki, nəsihət göznəlilməyən kəs nəsihət versin və nəsihət istənilən şəxs xəyanət etsin.»
Əmirəl-möminin Əlinin (ə) oğlu imam Həsən Müctəbaya (ə) vəsiyyətinin üçüncü hissəsi ümumi moizələr şəklində bəyan olunmuş qısa cümlələrdir. Bu dürlü ifadələrin həm dünya həyatında təsdiqi var, həm də axirət səadəti üçün faydalıdır. İndi isə Allah-təalanın yardımı (tövfiqi) həddində bu nurani cümlələrin izahına başlayırıq. İnşaəllah, faydalı olar.
Deyildiyi kimi, bu şərif vəsiyyətnamənin nüsxələri, ifadələrin sayı, onların təqdimi və təxiri cəhətdən bir-birlərindən fərqlənirlər. Ona görə də nüsxələrdəki ziddiyyətlərdən pəhriz üçün bu vəsiyyəti şərif «Biharul-ənvar» kitabından oxuyuruq. Bəzi kitablarda «Haram yolla əldə olunan təam pis təamdır...» ifadələri tam verilməmiş, digər bəzi nüsxələrdə isə müxtəlifliklər mövcuddur. İndi isə bu nöqtəni nəzərdən qaçırmamaqla Həzrətin (ə) kəlamının aydınlaşdırılması və təfsirinə başlayırıq.

Qəlbin Fəaliyyəti

Həzrət Əli (ə) ilahi vəsiyyətin bu hissəsində buyurur: «Qəlbini ədəblə pak və işıqlı et, necə ki, alovu odunla şölələndirirlər». Bu kəlamda insan qəlbi elə bir alova bənzədilir ki, ona baxan olmasa, sönəsidir. Əgər ona odun atılarsa, şölələnər. Necə ki, alovda olan işığın davam etməsi üçün oduna ehtiyac var. İnsan qəlbi isə ədəb vasitəsi ilə işıqlanır, güclənir. Alov odunla, qəlb isə ədəblə şölələnir. Bu yerdə, anoloji olaraq, qəlbin güclənməsi, öz əsərini büruzə verməsi üçün ona veriləsi şey «ədəb» kimi təbir olunur. Əlbəttə, ədəbin müxtəlif məna və işlənmə məqamları var. Onlardan bəzilərinə nəzər salacağıq.
«Ədəb» dedikdə insanın gözəl rəftarına səbəb olan şeylər nəzərdə tutulur. Yəni insana gözəl rəftarı öyrədən şey ədəb hesab olunur. «Təəddüb» kələməsi də «ədəb» əsasındadır. Demək, qəlbimizin şölələnmiş alov tək işıqlanmasını istəyiriksə, onu gözəl yolla və həkimanə rəftarla qidalandırmalıyıq. Əks-təqdirdə, qəlb öz fəallığını və işığını itirəsidir.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə