Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Həzrət Əli (ə)

İmam Əli ələyhis-salama məxsus salavat

Səsləndirən: Fərəhmənd

sıra zaman həcm yüklə dinlə
1 00:02:09 Size : 2.06 MB دانلود

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


MÖVLUD VƏ ƏSİL-NƏSƏB


Nəzər əhli üzü bu gün Kə’bəyə,
Pərdədən süzülür Allahın nuru.
Qiblədən sıyrılır qiblənümamız,
Arzular çin olur, könüllər duru .

Tarixçilərin yazdıqlarına görə həzrət Əli (ə) otuzuncu Fil ilində, rəcəb ayının on üçü, cümə günü Kə’bənin daxilində görünməmiş bir şəkildə dünyaya göz açmışdır. Təhqiqatçı alim höccətül-İslam Nəyyir deyir:

Ey Kə’bə evində göz açan insan,
Gövhərsən, cisminin sədəfi Məkkə.
Kə’bədə mövludun heyrət doğurdu,
Haqqın evi saldı üstünə kölgə.

Həzrətin atası Əbu-Talib ibn Əbdül-Müttəllib ibn Haşim ibn Əbdül-Mənaf, anası Fatimə binti Əsəd ibn Haşim olmuşdur. Göründüyü kimi, həzrət Əli (ə) həm ata, həm də ana tərəfdən Haşimi soyundandır. Əbu-Talibin həzrət Əlidən (ə) başqa daha üç oğlu olmuşdur: Talib, Əqil və Cə’fər.
Amma həzrət Əlinin mövludu, dünyaya gəlişi o biri qardaşlarının dünyaya gəlişindən fərqli olmuşdur. Bu doğuş maraqlı və mə’nəvi dəyişikliklərlə müşayiət olunmuşdur. Həzrətin anası allahpərəst olmuş və İbrahimin Hənif dinində həyat sürmüşdür. Bu qadın daim Allah dərgahına münacat etmiş və qarşıdakı doğuşun asan keçməsi üçün Allaha yalvarmışdır. Fatimə bu uşağa hamilə olduğu vaxt özünü ilahi nura qərq olmuş vəziyyətdə hiss etmiş, sanki bu körpənin başqa övladlardan fərqləndiyi barədə fələklərdən ilham almışdır.
Şeyx Səduq və Qəttal Nişapuri nəql etmişlər ki, Yezid ibn Qə’nəb demişdir: «Mən Abbas ibn Əbdül-Müttəllib və Əbdül-Üzza tayfasından bir qrupla Allah evinin kənarında əyləşmişdim. Əmirəl-mö’mininin anası Fatimə binti Əsəd doqquz aylıq körpəyə hamilə vəziyyətdə doğuş ağrısı çəkə-çəkə deyirdi: «Pərvərdigara, mən sənə, peyğəmbərlərindən gələnə, Sənin tərəfindən nazil olmuş kitablara iman gətirmişəm. Cəddim İbrahim-Xəlilin sözlərini təsdiq edirəm. Bu qədim evin bünövrəsini qoyan o olmuşdur. Səni and verirəm bu evi tikənin və bətnimdə olanın haqqına, bu doğuşu mənim üçün asan et». Yezid ibn Qə’nəb deyir: «Biz öz gözümüzlə Kə’bə evinin arxadan yarıldığını və Fatimənin Kə’bəyə daxil olduğunu gördük. Fatimə gözdən itdikdən sonra divar yenidən birləşdi. Kə’bənin qapısını açmaq istəsək də mümkün olmadı. Başa düşdük ki, bu Allahın işidir. Dörd gün sonra Fatimə qucağında Əmirəl-mö’minin (ə) bayıra çıxdı və dedi: «Mən keçmişdəki bütün qadınlardan üstünəm. Çünki Asiya Allaha elə bir yerdə gizlin pərəstiş edirdi ki, həmin yerdə yalnız çarəsizlikdən pərəstiş edilməsi mümkün idi. İmran qızı Məryəmi beytül-müqəddəsdə doğuş sancısı tutduqda ona nida edilir ki, bayıra çıxsın, ibadətgahda doğuş olmaz. Mən isə Allahın evinə daxil oldum, behişt meyvələrindən yedim, bayıra çıxmaq istədikdə nida gəldi ki, ey Fatimə, onun adını «Əli» qoy. Nida gəldi ki, Əliyyul-ə’la Allah buyurur: «Mən ona öz adımdan götürdüyüm ad qoydum, onu öz ədəbimlə tərbiyə etdim, ona gizli elmlərimdən agahlıq verdim; odur mənim evimdə bütləri sındıran, odur evimin damında azan deyən, məni pak bilən; xoş o kəsin halına ki, onu dost tutar, ona itaət edər; vay o kəsin halına ki, onu düşmən tutar və ona müxalif olar».[1]
Həzrət Əlinin (ə) dünyaya Kə’bədə göz açmaqla qazandığı iftixar nə keçmişdə kimsəyə nəsib olub, nə də gələcəkdə nəsib olasıdır. Həzrətin dünyaya Kə’bədə göz açması sünnə əhlinin də e’tiraf etdiyi bir həqiqətdir. Necə ki, ibn Səbbağ Maliki, «Füsulul-Mühimmə» kitabında deyir: «Həzrət Əlidən (ə) qabaq kimsə Kə’bə evində dünyaya göz açmamışdı. Bu fəziləti Allah-təala yalnız Əliyə (ə) aid etmiş və bununla da xalqa onun uca məqamını göstərmişdir.»[2]
«Biharın» 9-cu cildində Həzrətə ad qoyulması barədə yazılmışdır: «Əbu-Talib körpəni anasından aldı, öz sinəsinə sıxdı. Fatimənin əlindən tutub Əbtəhə (Məkkə və Mina arasındakı yer) gəldi. Allah dərgahına üz tutaraq belə münacat etdi:
Ey qaranlıq gecənin, parlaq ayın sahibi,

Öz hökmünü bəyan et, adlandır bu naibi.
Onlara cavab olaraq qeybdən nida gəldi:
Pak övladınızı çağırın «Əli»,
Allah adındandır onun təməli.

Böyük sünni alimləri də öz kitablarında uyğun məsələyə toxunmuşlar. Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-Talib» kitabında azca dəyişikliklə nəql etmişdir.
Bə’zi rəvayətlərdə nəql olunur ki, Fatimə binti Əsəd körpəsi dünyaya gəldikdən sonra onun adını Heydər qoydu. Körpəni bələyib ərinə verdiyi zaman bu ad barədə mə’lumat verdi. Həzrət Əli (ə) Xeybər döyüşündə tanınmış yəhudi pəhləvanı Mərhəbə buyurdu:
Anam «Heydər» qoymuş mənim adımı,
Bu şirin önündə duran oldumu?!
Həzrətin adı Əli qoyulduğundan Heydər adı onun sair ləqəbləri sırasına qatıldı. Heydər, Əsədullah, Mürtəza, Əmirəl-mö’minin həzrətin məşhur ləqəblərindəndir. Onun künyəsi Əbül-Həsən və Əbu-Türab olmuşdur.
Rəvayətlərdə Fatimə və Əbu-Talibin allahpərəstliyi və müsəlman olması da bildirilir. Onlar cahiliyyət dövründə də tək Allaha inanmışlar. Öz övladlarına ad vermək üçün Allah dərgahına üz tutmuş, onun əmrini gözləmişlər. Fatimə binti Əsəd həzrət Peyğəmbər üçün ana kimi olmuşdur. Fatimə həzrətə ilkin iman gətirənlərdən və Mədinəyə mühacirət edənlərdəndir. O, dünyasını dəyişdiyi vaxt həzrət Peyğəmbər (s) öz köynəyini Fatimə üçün kəfən etmiş, onun cənazəsinə namaz qılmış, qəbir sıxıntısından qurtarmaq üçün qəbrinə enmiş, ona təlqin buyurmuş və dua etmişdir.[3]
Əbu-Talib də tək Allaha sitayiş etmiş, həzrət Peyğəmbərin be’sətindən sonra ona iman gətirmişdir. Qüreyşin şeyxi və rəisi olduğundan Əbu-Talib öz imanını məxfi saxlamışdır. Şeyx Səduq nəql edir ki, bir şəxs ibn-Abbasa dedi: «Ey Peyğəmbərin əmioğlusu, mənə de görüm, Əbu-Talib müsəlman oldumu?» İbn-Abbas dedi: «Müsəlman olmayan şəxs belə deyərdimi: «Məkkə müşrikləri bilirdilər ki, biz öz övladımız Məhəmmədi qəbul edirik və o, boş sözlərə e’tina etmir». Əbu-Talib Kəhf səhabələri kimidir. O öz imanını qəlbində gizli saxladı və zahirən müşrik kimi göründü. Allah onlara iki savab verdi. Həzrət Sadiq buyurmuşdur: «Əbu Talib Kəhf səhabələri kimidir. Qəlbində iman vardı, zahirən müşrik görünürdü. Allah ona iki mükafat verdi: Birini imanına, o birini isə təqiyyəsinə görə».[4]
«Biharul-ənvarda» Əbu-Talibin həzrət Peyğəmbəri mədh edən şe’rləri nəql olunmuşdur. Bu şe’rlərin məzmunundan görünür ki, o İslamı qəbul etmişdir. Əbu-Talib həzrət Peyğəmbərə (s) xitabən deyir:

Də’vətinlə mənə xeyir dilədin,
Dinlərin tacıdır gətirdiyin din.

İmam Sadiqdən soruşdular ki, Əbu-Talibin kafir olduğu düzdürmü? Həzrət buyurdu: «Yalan deyirlər. Kafir belə deyə bilərdimi:

Musa tək tanıdıq Məhəmmədi biz,
Kitablarda adı yazılmış səlis.
Şeyx Süleyman Bəlxi «Yənabiul-məvəddət» kitabında Əbu-Talib haqqında yazır: «Qüreyşin rəisi və böyüyü olan Əbu-Talib Peyğəmbərin himayəçisi və yardımçısı idi. O, Peyğəmbəri çox sevirdi. O, həzrətin tərbiyəçisi olmuş və peyğəmbərliyini e’tiraf etmişdi. Əbu-Talib həzrət Peyğəmbər haqqında xeyli şe’r qoşmuşdur.
Həzrət Əlinin Kə’bədə dünyaya gəlməsi Bəni-Haşim üçün böyük iftixar oldu. Ərəb və əcəm şairləri bu barədə xeyli şe’r yazmışlar. Seyyid Həmirinin bu mövzuda yazılmış bir neçə misrasını xatırlayaq:

Anası müqəddəs Kə’bə evində
Gətirdi dünyaya oğlu Əlini.
Libası pakizə, özü pakizə,
Mövlud üçün seçdi eşq məhəllini.

Yazının tərtibində tərcümə olumuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə