Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Şə`ban Şəban ayının 27-ci günü

Şəban ayının 27-ci günü

Səid ibn Cübeyr Kufinin şəhadəti
Hicri təqvimi ilə 95-ci il, şəban ayının iyirmi yeddinci günü Həccac ibn Yusif Səqəfinin əli ilə şəhadətə çatdı. (Məraqidül-məarif, c. 1, cəh. 350)
Səid ibn Cübeyr fəqih, zahid, abid bir kişi idi. Həzrət İmam Səccadın hüzurunda elm kəsb etməyə müvəffəq olmuşdu.  Saf etiqad və Əhli-beyt məsumlarına (ə) bəslədiyi kamil məhəbbətinə görə onların yanında xüsusi ehtirama sahib idi.
Şəhadət zamanı dua etdi ki, Həccac, ondan sonra heç bir kəsi qətlə yetirməyə qadir olmasın. Allah-taala onun duasını qəbul etdi. Həccac onun ölümündən sonra 15 gün yaşadı və  bir daha heç kəsi ölürmədən məruz qaldığı xəstəlik üzündən cəhənnəmə vasil oldu.
Belə nəql edirlər ki, Həccac Səid ibn Cübeyrin şəhadətindən sonra o böyük şəxsin başını, ayaqlarını (baldıradək) kəsdi. Səid ibn Cübeyr, İraqıın mərkəzində yerləşən “Əl-Həyy”-də dəfn olundu. Onun məzarı, indi də Əhli-beyti (ə) sevənlərin ziyarətgahıdır. Onun məzarının minarəsi üstü günbəzlə örtülüdür, böyük səhn (önlük) və dörd qapıdan ibarətdir. (Müntəxəbül-təvarix, səh. 423 -  Mərqədül-məarif , c.  1, cəh. 352).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə