Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Pak sülalə Həzrət Əbbas (ə) Dəyişmərəm min ada həzrət Əbbasın adın!

Dəyişmərəm min ada həzrət Əbbasın adın!


Bağban bülbülə öyrətdi güli- yasın adın,
Anam öyrətdi mənə bir şərif-ünnassın adın.
Gözəl ad çoxdu bu dünyada və lakin düşünün,
Dəyişmərəm min ada həzrət Əbbasın adın!
Şəban ayının üçüncü günündə İmam Hüseyn (ə.s), dördüncü günüdə isə Həzrət Əbülfəzl Abbas (ə.s) dünyaya göz açıb. Bu təvəlldüdlərin bir-birinə yaxınlığı yəqin ki, təsadüfi deyil. Burada hikmətlər gözə dəyir. Tarixdə qeyd olunmuşdur ki: Hz. Əli (ə.s), oğlu Hz. Abbas (ə.s) dünyaya gəldiyində, onu görər görməz gözləri doldu və gözyaşları mübarək üzünə axdı. Bəli, qeyb elmini bilən Həzrət, 25 il sonra baş verəcək Kərbəla vaqiəsini və İmam Hüseynin (ə.s) şəhidliyinin xəbərini bildirən kimsədir. Hz. Abbasın (ə.s) doğulmasıyla dünya yenidən aydınlanmışdır. 0, Allahın xəlifəsinin himayəsində böyümüş və özündən sonra gələcək olan on bir məsum İmamın atasından dərs almışdır. 0, böyüdükcə, cəsarət, şücaət və izzəti nəfsə bürünməkdə, pis sifətlərdən isə uzaqlaşmaqda idi. 0, hər vaxt şəhidlərin ağası, Hz. İmam Hüseyn (ə.s) ilə bərabər idi. Eynilə ayın günəş ətrafında dönməsi kimi; o da, Seyyidüş- Şühəda İmam Hüseynin (ə.s), fəzilət və şücaətlə dolu bədəninin ətrafında dönüb dayanardı. Hz. Abbas (ə.s), addım atdığında şərəf və böyüklüklə addım atardı. Danışdığında rüşd və hidayət adına danışırdı; baxdığında isə haqq adına baxardı. Üz çevirdiyində batildən dönərdi. Izzəti nəfs göstərdiyində zülm və sitəmdən uzaqlaşardı. Bəli, həqiqətən o bir fəzilət abidəsi, kəramət və böyüklüyün ən gözəl nümunəsi idi. Bunların hamısı onun İmam Hüseyni (ə.s) özünə ayna olaraq görməsindən qaynaqlanırdı. Hz. Abbas (ə.s), davamlı olaraq İmamının arxasından gedərdi. Baxın, dünyaya gəlişində belə bir addım geridə idi. Belə ki, İmam Hüseynin (ə.s) doğumu, Şaban ayının üçündə, Abbasın (ə.s) doğumu isə, Hicrətin 26-cı. ilinin Şaban ayının dördündə vaqe olmuşdur. Bəli, Abbas (ə.s) dünyaya gəldi, təbii olaraq bu uşağa Peyğəmbər (s.a.a)ın sünnəsini tətbiq etsinlər deyə, atası Möminlərin Əmri Əli (ə.s)ın yanına gətirdilər. Hz. Əli (ə.s) onun anasını ən şücaətli və ən cəsur ailədən seçmişdi ki, şəhidlik və ər meydanı Kərbəlada, qardaşı və İmamı olan Imam Hüseyn (a.s)a kömək olsun. İmam Əli (ə.s) oğlu Abbasa baxdığında, onun başına gələcəkləri xatırladı. Bu kiçik balanın əzalarına təkrar təkrar baxıb ağlayırdı. Qollarına baxdığında, zamanın İmamı uğruna kəsiləcəyini, sinəsinə baxdığında, o elm və helmlə dolu olan mübarək sinəsinə düşmən oxlarının batacağını, mübarək başına baxdığında da, nizələr üzərində dolaşdırılacağını görürdü. Bundan ötəri də, İmamın gözlərindən həsrət və hüzn damlaları tökülür və ağlamasıyla Allahın ərşini titrədirdi. Beləcə, Abbas (ə.s)ın, İmam Hüseyn (ə.s)ın hərəmindəki susuz balalara su gətirmək məqsədiylə, Fərat sahillərinə necə gedəcəyini, özü susuz olduğu halda, qardaşının susuzluğunu xatırlayıb, suyu əlindən yerə tökəcəyini, birlik yolunda şəhidlərin sərvəriylə birlikdə çiyin-çiyinə onun yolunda fədakarlıq edəcəyini, ixlasla öz canını İmam Hüseyn (ə.s)a qurban verəcəyini müşahidə edirdi. Bu bala, ana və atası yanında çox qiymətli idi. Atası onun böyüdüyünü, mələkuti simasını, şücaət və əbədi səadətini gördükcə sevinir amma qarşılaşacağı müsibət və çətinlikləri də xatırladıqca hüzn dəryasına dalırdı. Necə kədərlənməsin? Kimin içərisində birazca insani şəfqət varsa, bu səhnələr qarşısında qaylanar və iztiraba düşər.Təbiidir ki, xüsusilə Hz. Əli (ə.s) kimi bütün insanlığa sevgi bəsləyən biri bu hadisədən daha çox təsirlənəcəkdi. Qəməri Bəni-Haşim kitabının yazıçısı, yazısının 21-ci. səhifəsində belə deyir: Bir gün Ümmül-Bənin, İmamın (ə.s)ın Abbasi oxşayarkən qolarından öpüb ağladığını görər. Anası, gördüklərindən təsirlənər. Çünki ay parçası kimi bir övlada, atasının baxıb ağlaması görülməmiş bir iş idi. Bunun səbəbini İmam (ə.s)a soruşduğunda, İmam (ə.s) bu uşağın qollarının, İmam Hüseyn (ə.s)a kömək uğruna və onun yolunda kəsiləcəyini bildirir. Bunu eşidən ana, yüksək səslə ağlamağa başlayır və onunla birlikdə evdə olanlar da ağlayırlar. Amma Həzrət, sözlərinə davam edərək, o göz nuru balanın Allah qatındakı məqamından söz açır: Qollarının qarşılığında Allah ona iki qanad mərhəmət edəcək, Cənnətdə əmisi Cəfər ibn Əbu Talib və Mələklərlə yoldaşlıq edəcək.
-Bu müjdəni eşidən Ümmül-Bənin sevinərək sakitləşir!

:"www.azeriradio.ir"- saytından. Məqalə, admininstrator tərəfindən düzəlişə uğrayıb.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə