Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Mehdi (əc) Məqalə Sahibzamanın (əc) buyurduqları

Sahibzamanın (əc) buyurduqları

Əsrimizin İmamı həzrət Mehdinin (Allah onun zühuruhu tezləşdirsin) buyurduqlarından
İmamzaman (əc) buyurub:  “Sizə vacibdir və sizin xeyrinizədir ki, bizim-  peyğəmbərlik əhli-beyti, işlərin mehvəri və əsası, hidayət rəhbərləri, Allah taalanın yer üzündə xəlifələri olduğumuza etiqad bəsləyəsiniz. Həmçinin, biz Allahın bəndələri üçün əmanətdarları (əminləri), Onun cəmiyyətə (dəliliyik) höccətyik. Halal-haramı, Quran ayələrinin təfsirini tanıyır və bilirik”

İmamzaman (əc) buyurub:  “Mən, Allah peyğəmbərinin sonuncu vəsisiyəm. Mənim vasitəmlə bəla və fitnələr (tərəfdar) və şiələrimdən dəf olacaq.”
Buyurub: “Müşküllərin həlli, hadisələr zamanı – siyasi, ibadi (ibadət məsələlərində) nizami, mədəni, ictiai və...- hədis rəvayətçilərinə və fəqihlərə müraciət edin. Onlar qeybət zamanında mənim sizin üçün xəlifəm və höccətimdirlər. Mən isə Allahın onlar üçün höccətiyəm.”
Buyurub: “Haqq və həqiqət bizimlə - Allah rəsulunun (səlləllahu ələyhi və alihi) Əhli-beyti ilədir. Bir qrupun bizdən uzaqlaşaması heç bir vaxt bizim dəhşətlənməyimizə səbəb olmayacaq. Çünki biz Allahın yaxşı tərbiyələndirdiyi şəxslərik. Allahın digər məxluqalrı isə bizim əlimzlə tərbiyələnənlər olacaqlar.”
Buyurdu:
Həqiqətən də cənnət elə bir yerdir ki, orada qadınlar hamilə olmayacaq və doğmyacaqlar. Elə isə hər bir vaxt bir mömin övlad arzulasa, Allah- taala hamiləlik və doğumsuz olaraq ona istədiyi övlad verəcək, həzrət Adəmi yaratdiığı kimi.”
Buyurub: “Vilayət və imamət məqamı üstündə bizimlə müşacirə və çəkişməyə zalım və günhakardan başqası qalxmaz, həmçinin inkar edən və kafirdən başqası vilayət və imamət iddiası etməz .”
Buyurdu: Həqiqət  - hər bir məqamda və məsələdə - bizə , ismət və pakliq Əhli-beytinə aiddir. Bizdən başqası bu sözü desə, yalançı və iftiraçıdır; onu, bizdən başqası iddia etməz; azğın şəxs istisna olmaqla.”
Buyurub: “Həqiqətən, kamilləşib tamamlanmadıqca və batil məhv olmadıqca, Allah-taala (belə bir) haqqdan iba və imtina edir.”
Buyurdu: “Həqiqətən mənim atalarımın (imamlar və vəsilər), öz dövrlərinin hakim və tağutlarına beyət etmək öhdədarlığını daşıyırdılar. Mən zühur edəndə isə, heç bir tağutun minnət və beyətini daşımayacağam.”
Buyurdu: “Mən o şəxsəm ki, bu qılıncla – zülfiqarla zühur edəcəyəm. Yeri (yer kürəsini), zülmlə dolduğu kimi, ədalətlə dolduracağam.”
Buyurdu: “Allahdan qorxun və bizə təslim olun! Öz məsələrinizi (müşkülünüzü)  bizə tapşırın. Sizi ehtiyacsız etmək və sirab etmək bizim vəzifəmizidir. Necə ki, sizin mərifət çeşməsinə daxil olmanız bizim əlimizdədir. Çalışın ki, sizə gizli qalanı kəşf etmək arxasınca olmayasınız.”
Buyurdu: “ Sizin malınızı- xüms və zəkatı, sizin həyatınızın və sərvətinizin paklaması üçün qəbul edirəm. Elə isə hər kəs (bunu)  istəsə ödəsin, istəməsə ödəməsin.”
Buyurdu: “Biz, sizin hal və xəbərlərinizin hamısından xəbərdarıq. Sizin haqqınızda heç bir şey bizə gizli deyil.”
Buyurdu: “Hər kəsin Allah –taaladan bir istəyi varsa, şəbanın yarısından (15-dən) sonra cümə qüsl etsin, Allahla münacat və razü niyaz etmək üçün namaz qıldığı yerdə qərar tutsun.”
Buyurdu: “Əgər sizin bəzilərinizin bir-birləri üçün bağışlanmaq istəməsi olmasaydı, yer üzündə olanların hamısı həlak olardı; xas və sözü, əməli ilə bir olan şiələrdən başqa.”
İmam Hüseynin (ə) türbətinin fəzilətlərindən biri budur ki, onu ələ götürmək, təsbih və zkirin savabını daşıyır; bir dua oxunmasa da.”
Buyurub:
“Ramazan ayının orucunu qəsdən haram bir şey və ya əməllə iftar və – batil  etsə, (orucun qəzası da) hər üç növ kəffarə (60 gün 60 miskinə yemək vermək, bir qulu azad etmək) ona vacib olur.” 
Nəsim Xadim deyir deyir: “Həzrətin hüzurda asqırdım, buyurdu: “İstəyirsənmi səni asqırmağın faydasını deyim, (müjdə verim?”)
Ərz etdim. Bəli.
Buyurdu: “Asqırmaq, insanı üç gün ölməkdən xilas edir.”
Buyurub: “Sizdən hər biriniz bizim məhəmmətimizi özünə cəlb edəcək bir əməli yerinə yetirməli, bizim xoşlamadığımız və qəzəbəndiyimiz əməldən uzaqlaşmalıdır. Nə çox adamlar var ki, ona faydası dəyəmən anda tövbə edər və  (o tövbə) onu ilahi cəza və əzabdan xilas etməz.”
Buyurub: “Yer, xütnə olunmamış şəxsin idrarından gırx günədək nalə edir.”
Buyurub: “Səcdeyi-şükr, hər namazdan sonra ən yaxşı və ən zəruri sünnətlərdəndir.”
Buyurub: “Bizim ürəklərimiz ilahi istək üçün bir qabdır. Hər vaxt o istəsə,  biz də istəyirik.”
Buyurub: “Allah bizimlədir və başqalarına ehtiyacımız yoxdur. Haqq bizimlədir. Hər kəs bizdən üz döndərsə, qorxumuz yoxdur.”
Buyurub: “Heç bir əməl, namaz kimi, şeytanın burnuna rüsvaylıq torpağı sürtmür və onu zəlil etmir.”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə