Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Məqalələr Bayramda Əhli-beyti (ə) də düşünək!

Bayramda Əhli-beyti (ə) də düşünək!

Hər il, fitr bayramının çatması ilə müsəlmanlar bir ay itaətin şükrünü yerinə yetirib şadlanırlar.

Hər bir şəhərdə onun adət-ənənəsinə uyğun olaraq mərasimlər təşkil olunur. Əlbəttə, Allaha və ibadətə tərəf qayıtmağa sevinməmək olmaz. Amma onun başqa bir məqamı da var. Belə ki, təkanverici bir hədisdə onun digər cəhətini görə bilərik. Çoxlu mənbələrə əsaslanan şiə hədisində beşinci İmam həzrət Baqirdən (ə) nəlq olunub ki, Abdullah ibn Dinara buyurub:

“Ey Abdullah! Müsəlmanların bayram etdiyi “Qurban” və “Fitr” günlərində Ali- Məhəmmədin (s) kədəri təzələnir.” Abdullah soruşdu: “ O kədərin səbəbi nədir?” İmam (ə) buyurdu: “Çünki Ali-Məhəmməd (s) öz haqqlarını başqalarının əlində görürlər.” (Kafi: c. 4, s. 169 – Mən la yəhzuruhul fəqih: c. 2, s. 174 – Təhzibül-əhkam: c. 3, s. 289)

Əsrlərdir ki, Səiqfə baniləri Peyğəmbər (s) Əhli-beytinin (ə) haqqını qəsb edib. Heç düşünürsünüz ki, onların haqqı qəsb olmasaydı dünyanın vəziyyəti indi necə olardı? Əgər hökümət Allahın seçdiyi bəndlərinin əlində olsaydı göy-yerdən insanların üzərinə bərəkət yağar, bəşəriyyət onların elm və isməti sayəsində dünya və axirət səadətinə çatardılar... Bu bir xəyaldır ki, təkcə onun həstəri tərəfdarlarının qəlbində gizlənib.

Bu hədisi ona görə xatırlatdıq ki, üzümüzə gələn bu və bütün bayramlarda Allah dərgahına sükür eidb şadlıq sevinməklə yanaşı Əhli-beytin (ə) məzlumyyəti haqqında da düşünək. Bayram namazımıza Ali - Məhəmmədin (s) “Fərəc” duasının zümzüməsi ilə bəzəyək. Çünki Əhli-beytin (ə) yaralı və kədərli könülləri təkcə həzrət Sahibül-əmrin (əc) zühuru ilə təsəlli tapacaq!

sibtayn.com/az/

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə