Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Şəvval Şəvval ayının 25-ci günü

Şəvval ayının 25-ci günü

Şiə məzhəbinin banisi İmam Cəfər Sadiqin (ə) şəhadəti

Hicri təqvimi ilə 148-c i il, şəvval ayının iyirmi beşində imamətin altııncı parlaq ulduzu həzrət İmam Sadiq (ə), 65 yaşında şəhadətə çatdı. (Müstədrəkül-səfinə: c. 1.s, 66 –Kafi: c. 2,s. 377)
Mənsur Dəvanəqinin o həzrətə verdiyi zəhərli üzümü yeməsi o böyük şəxsin şəhadətinə səbəb oldu.  (Şərhi-ehqaqül-həqq: c. 28, s. 507)
Onun imamət dövrü 34 il çəkdi. O, həyatı dövrü beş xəlifəyə - bəni-üməyyənin iki qəsbkar xəlifəsi və bəni-abbasın üç xəlifəsinn dövrünə təsadüf edirdi. Onlar aşağıdakılardan ibarətdir:
Haşim ibn Əbdülməlik
Vəlid ibn Yəzid ibn Əbdülməlik
Yəzid ibn Vəlid
İbrahim ibn Vəlid və Mərvan Həmmar
Bəni-abbasdan isə: Səffah və Mənsur Dəvanəqi
Külli olaraq demək lazımdır ki, İmam Sadiq (ə) dövründə geniş səthdə mədəni inqilab etmək,  islamın zəngin mədəniyyət mayasını yaymaq üçün yaranan münasib şərait, məsumlardan heç biri üçün yaranmamışdı. Belə bir şərait İmam Sadiq (ə) üçün bəni-üməyyə və bəni-abbasın çəkişməsi zamanı irəli gəldi.
O böyük İmam (ə), kamil şəkildə bu fürsətdən istifadə etdi. Bəni-üməyyənin qəsbçiləri tərəfindən təhrifə uğramış və siması dəyişmiş islamın həqiqi üzünü aləmə tanıtdırdı. Görəmli şagirlər yetişdirməklə islama yeni ruh bəxş etdi.  Məhəmməd (s) və Əli (ə) simasından nəşətlənən islam mətnindən şiəçiliyin saf mədəniyyətini dünya əhlinə təqdim etdi.  Ona görə də o, şiə məzhəbinin təsisçisi ləqəbi ilə tanınır.
Yeddisi oğlan, üçü qız olmaqla, İmam  Sadiqin (ə) yeddi övladı var idi:
Həzrət Musa ibn Cəfər (ə), İsmayıl, Abdullah, Məhəmməd Dibac,  İshaq, Əli Ərizi (Əli ibn Cəfər), Abbas, Ümmü Fərruh, Əsma və Fatimə. (Mənaqibi-Ali-Əbu-Talib (ə): c.4, s. 280).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə