Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Şəvval Şəvval ayını 15-ci günü

Şəvval ayını 15-ci günü

1. Günəşin həzrət Əli üçün geriyə qayıtması 
2. Bəni-Qiynqa döyüşü
3. Ühüd döyüşü
4. Həzrət Həmzənin (ə)  şəhadəti

1. Günəşin qayıtması
Bu gün, Əmirəlmöminin üçün günəşin qayıtması hadisəsi baş verdi. (Bharül-ənvar: c. 97, s. 384)
Bu hadisə o həzrət üçün iki dəfə baş verib. Biri Peyğəmbərin (s) həyatda olduğu dövrdə, Quba məscidinin yanında. İkincisi isə o həzrtətin rehltindən sonra Babil vilayətində Hillənin yaxınlığında. (Feyzül-üllam: s. 201) Əllamə Əmini (r) günəşn qayıtması hədisini təfsilatı ilə müxtəlif  yollarla (müxtəfli dəlillərlə) bəyan edib və onun haqqında kitab yazan müəlliflərin aıdın tanıtdırıb. (Əl-ğədir: c. 3, s. 183-204).
2. Bəni-Qiynqa döyüşü
Hicri təqvimi ilə ikinci il, şəvvalın on beşinci günü Bəni-Qiynqa döyüşü baş verdi. Bu döyüş müsəlmanlarla Mədinə ətrafında olan yəhudilər arasında oldu və müsəlmanların qələbəsi ilə sona çatdı. Nəhayət yədudilərdən 700 nəfər əsir oldu. İslamın əziz peyğəmbəri (s) onları öldürmək fikrindən daşınıb sürgün etdi. Onların malları evləri, bağları müsəlmanlara qaldı. (Müntəhayül-əmal: 1-ci bab, 6-cı fəsl, s. 87)

3. Ühüd döyüşü
3-cü il, şəvval ayının on beşində “Ühüd” döyüşü  baş verdi. Bu döyüşdə müsəlmanların sayı min nəfər idi. Onlardan 300 nəfəri yolda ikən qayıtdılar. Kafirlərin sayı isə 3000 nəfər idi. Əlbəttə, bəzi tarixçilər onların sayını 2000, 4000 və 5000 də yazıblar. O döyüşdə kafirlərdən ölənlərin sayı 22, 23 və ya 28 nəfər, müsəlmanlardan isə 70- i şəhid oldu. Bu döyüşdə Peyğəmbərin (s) dişi sındı, alnı yaralandı.
Həzrət Əlinin (ə) Ühüddə fədəkarlığı
O gün, Peyğəmbərlərin sonuncusunun şərəfli vücudunu müdafiə etmək uğrunda mübarək bədəninə çox yaralandı. Halbuki başqaları qaçmışdı. Peyğəmbər (s) buyurdu: “Ey Əli! Səmalarda mədh  olunuğunu eşidirsənmi?” Mələklərdən biri Rizvan adında mələk deyir: “ La fəta ila Əli, la səyfə illa Zülfiqar!”. Əmirəlmöminin (ə) buyurdu: “Sevincimdən ağladım və bu nemətə görə Sübhan Allaha həmd etdim.” (Əl-İrşad: c. 1.s. 87 – Əsədül-Ğabə: c.4, s. 21. Məsarüş-şiə: s. 16)
İlk öncə qələbə müsəlmanların idi. Onlardan bir qismi  düşməni təqib etmək üçün getdi. Meydan boşaldı. Onlar qayıdıb qənimət yığmağa başladılar. Qoruyucu təyin olan kəslər peyğəmbərin (s) əmrindən boyun qaçırıb öz postlarını buraxıb qənimət toplamağa başladılar.  Kafirlərin başçılarından biri Xalid ibn Vəlid (qoruyucuların tərk etdiyi) o tərəfdən hücum etdi. Yerində qalan az sayda qoruyucu şəhid oldu. Kafirlər müsəlmanların arxasında hücuma keçdilər. Kafir qoşunundan qaçan fərarilər də bu vəziyyəti görüb qayıtdılar. Onların müsəlmanlara hücumu şiddətləndi. Peyğəmbərin (s) bədəninə çoxlu yara dəydi və şeytan qışqırdı:  “Məhəmməd öldürüldü!” Müsəlmnalar bu nidanı eşidib qaçdılar. Təkcə bir neçə nəfər Peyğəmbəri (s) müdafiə edirdi: Əmirəlmöminin (ə), oprada şəhid olan Əbu Dəccanə, Həsiyə adlı qadın, Mədinədən təzəcə gəlmiş Ənəs ibn Nəzr. Ömər ibn Xəttab deyir: “Ühüddə Peyğəmbərlə (s) beyət etmişdik ki,  heç kəs qaçamayacaq. Bizdən hər kəs qaçsa azğındır, hər kəs şəhid öldürülsə şəhiddir.”
Əhməd ibn Cənbəl deyir: Əbu Bəkr Ömər bu döyüşdən qaçdılar. Əmirəlmöminin (ə) döyüşdə qaçanları təqib edərkən Ömər gözlərinin  yaşının silə-silə gəlib ona ərz etdi: “Məni bağışlayın! Əmirəlmöminin (ə) buyurdu: “Sən deyildin ki, qışqırdın : Məhəmməd öldü?!” Öz qəlbinizin dininə qayıdın!” Ömər dedi: “ O sözü Əbu Bəkr dedi”. Elə o zaman bu ayə nazil oldu:
(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi..” (Ali-İmran surəsi, ayə: 155-dən)
İmam Sadiq (ə) buyurub:  “ Ühüd döyüşündə Əmirəlmöminin peyğəmbəri (s) müdafiə edən zaman digər əshab qaçdı. O həzrət qəzəbli şir kimi qaçanların arxasınca gedib öncə Ömər ibn Xəttaba çatdı. Ömər, Osman, və Haris ibn Həttabla birlkidə sürətlə qaçırdılar. Həzrət fəryad etdi: “Ey camaat, beyəti sındırıb Peyğəmbəri (s) tənha qoyub cəhənəmə tərəf qaçırsınız?” 
Ömər ibn Xəttab deyir: “ Əli gördüm ki, enli qılıncından  ölüm damırdı. Gözləri qəzəbdən iki qədəh qan kimi və ya iki kasa yanar yağ kimi işıq saçırdı. Başa düşdüm ki, əgər bizə çatsa bir hücumda bizi öldürəcək. Ona görə də önə çıxıb ərz etdim: “Ey Əbəl-Həsən! Səni Allaha and verirəm ki bizdən əl çəkəsən! Ərəblərin adətdir ki, gah qaçar gah da hücum edərlər. Hücum edən zaman qaçdığını əvəzini də çıxar. Beləliklə həzrət bizi buraxdı. And olsun Allaha! O həzrətin qorxusu elə ürəyimə girdi ki, indiyədək ürəyimdən çıxmayıb!”
Bu  döyüşdə Əmirəlmöminin (ə) mübarək bədəninə Peyğəmbəri (s) müdafiə etdiyi zaman onun üzünə, başına, sinəsinə, qarnına, əl-ayağına yaralar dəydi. Cəbrail (ə) nazil olub ərz etdi: “ Ey Məhmməd! And olsun Allaha! Əli ibn Əbu Talib muvasatdır. Peyğəmbər (s) buyurub: “ Bu ona görədir ki, mən ondanam və o, məndən.”  Cəbrail (ə), ərz  etdi: Mən də siz ikinizdənəm.”
4. Həzrət Həmzənin (ə) şəhadəti
Hicri təqvimi ilə 3-cü il, şəvvaal ayının on beşinci günü  “Ühüd” döyüşü zamanı  Allah Peyğəmbərin (s) əziz əmisi cənab Həmzə ibn Əbdülmüttəlib  (ə) şəhid oldu. O həzrət, Peyğəmbərin (s) süd qardaşı idi. O iki böyük şəxs hər biri, Suveybə adlı qadının südündən bəslənmişdilər. 
O şücaətli və heybətli bir kişi idi. “Ühüd” döyüşündə Əbu Süfyanın qızı Hind göstərişi ilə Vəhşi tərəfindən öldürüldü. Hidn, Bədr döyüşündə atası, qardaşı və əmisinin ölümünə görə öncə Peyğəmbərin (s) anasını məzarını açmaq istəyirdi.  Lakin qüreyş kafirləri öz ölülərinin məzarını açmaqdan qorxub ona mane oldular. Ona görə də Vəhşiyə vədələr verib Peyğəmbəri (s), Murtəza Əlini və ya Həmzəni (ə) qətlə yetirmək üçün istiqamətləndirdi. Vəhşi dedi: “Peyğəmbər (s) və onun əmisi oğlunu öldürməkdə acizəm. Amma Həmzəni (ə) öldürməyə zəmanət verirəm.” O, döyüş meydanında həzrət Həmzənin mübarək sinəsinə və ya qarnına bir nizə vurdu və o həzrəti şəhid etdi. Hində xəbər çatanda o xəbis göstəriş verdi ki, o həzrətin sinəsini yarıb onun mübarək ciyərini çıxarsınlar. Həmzənin ciyərini dişləmək istədikdə onun nəhs dişləri işləmədi. Hind, o həzrətin qulaq, burun və s. xəncərlə ayırıb boynuna atdı. (Biharül-ənvar, c. 20, s. 54)
Peyğəmbər (s) Həmzəni o vəziyyətdə görəndə ağladı, öz mübarək əbasını onun üstünə saldı ki,  bacısı Səfiyyə o bu halda görməsin. Əmirəlmöminin (ə),  Fatimeyi-Zəhra  (ə.s) və Səfiyyə ona ağladılar. Peyğəmbər (s) onun mübarək bədəninə namaz qıldı və onu Ühüddə dəfn etdilər.  Qırx il ötdükdən sorna Müaviyyə Ühüddən keçən bir çay düzəltdirirdi.  Həzrət Həmzənin qəbrinə çatanda qazan bellər həzrət Həmzənin ayağına dəydi və (onun ayağından)  dərhal qan axdı.
Həzrət Rza (ə) Rəsuli-Əkrəmdən (s) nəql edərək buyurub:  “Qardaşlarımdan ən yaxşıxsı Əli (ə), əmilərimdən (ən yaxşısı) Həmzədir.” (Məcməül-bəyan: c. 2, s. 378 – Biharül-ənvar, c. 20. s. 55)

5. Həzrət Əbdüləzim Hüseyninin (ə) vəfatı

Hicri təqvimi ilə 255-ci il, şəvval ayının on beşində, Abdullah ibn Əli ibn Həsən bin Zeyd ibn Həsən bin Əli bin Əbu Talib (ə) övladı Əbülqasim Əbdüləzim Hüseyni və vəfat etdi. (Müstədərkül-səfinətil-bihar, s. 6 , s. 66 – Vəqayeüş-şühur: s. 201)
O, məşhur alim fəzilətli mühəddislərdəndir. Zöhdə və təqvada xassə və ammənin dilinə düşmüşdü.  İmam Cavad (ə) və İmam Hadidən (ə) rəvayət nəql edib. (Sübulur-rəşad ila əshabil- İmamil-Cəvad (ə): s. 157 - Məraqidül-məarif: c. 2 ,s. 54)
Nəql olunub ki, o, tanınmaz şəkildə Rey şəhərinə varid oldu. Bəni –abbasın qorxusundan Sarbananda – şiələrdən birinin evindən yaşayırdı.  (Həmin)
O böyük şəxs ölənədək kimsə onu tanımadı. O vəfat edənda onu qüsl vermək istəyənlər onun  paltarında bir yazı tapdılar. O, öz şərəfli əsil-nəsəbini orada yazmışdı.  Hazırda onun pak məzarı Rey şəhərnində məşhurdur.
Həzrət Əbdüləzimin həyat yoldaşı Xədicə - Qasim bin Həsən ibn Zeyd ibn Həsən ibn Əli ibn Əbu Talibin (ə) qızı olub. Bəzi şəxslər, məzarı Tehranın şimalında yerləşən İmamzadə Qasımı Xədicənin atası sayırlar.
O həzrətin qızı Sələmidir ki, həzrət Əbdüləzim onun əqdini, Məhəmməd ibn İbrahim ibn İbrahim ibn Həsən ibn Zeyd ibn Həsən ibn Əbi Talib (ə) üçün oxumuşdu.  O nigahın səmərəsi üç oğlan - Abdullah,  Həsən və Əhməd idi. (Rəyahinüş-şəriə: s. 5, s. 106)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə