Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran SURƏLƏRİN FƏZİLƏTİ "Fatihə" surəsinin fəziləti

"Fatihə" surəsinin fəziləti

“Fatihətul-kitab” surəsi
(Səbul məsani, sual, şifa və nur)
1-İbn Həmzə Bətaini rəvayət edir ki, İmam Cəfər Sadiq (ə) buyurub: Allahın İsm-əzəmi (müqddəs adları) Fatihətul-kitabda yerləşdirilmişdir. (“Səvabul-əəmal”, Şeyx Səduq səhifə 94., “Təfsir Əyyaşi” 1-ci cild səhifə 25.)
2-Nəbiyyi-Əkrəm (s.ə.v.v.) buyurub: Hər kəs Fatihətul kitab surəsini oxusa, ona Quranın üçdə ikisinin ⅔ oxunmasının savabını verərlər. Elə bil ki, hər mömin və möminəyə sədəqə vermişdir. Yenədə bu məzmunda ayrı bir rəvayətdə az fərqlə nəql olunub. Elə bil ki, o Quranın hamısını oxumuşdur. Übəyy ibn Kəb deyir: Mən Fatihətul-kitabı Rəsuli-Əkrəm [s.ə.v.v.]-ə oxudum. Həzrət buyurdu: And olsun Allaha ki, Mənim canım onun əlindədir, Tövratda, İncildə, Zəburda, və hətta Quranın özündə bunun kimi surə yoxdur. Bu surə Ummul-kitabdır (kitabın anası) və səbu-məsanidir (yeddi ayədən ibarətdir) .Bu surə Allah və bəndə arasında bölüşdürülmüşdür və bəndə istədiyini ala bilir. Məhəmməd ibn Məsud Əyyaşi nəql edir ki, Nəbiyyi-Əkrəm [s.ə.v.v.] Cabirə buyurdu: Ey Cabir, istəyirsənmi Allah öz kitabında nazil etdiyi yaxşı surəni sənə öyrədim? Cabir dedi: Bəli atam-anam səna fəda olsun Ya Rəsuləllah öyrət mənə. Sonra Rəsuli-Əkrəm [s.ə.v.v.] Həmd surəsi ki "Ummul-kitab" adlanır, ona öyrətdi. Sonra isə Həzrət buyurdu: Ey Cabir onun fəziləti haqqında bilmək istəyirsənmi? Dedi: Bəli atam-anam sənə qurban. Həzrət buyurdu: Bu surə ölümdən başqa hər bir dərdə şifadır. (xərçəng, iflic, həsəd...]. İmam Sadiqdən [ə] nəql olunub ki, əgər bir kəs Həmd surəsindən şifa ala bilməsə, heç bir şey onu sağaltmaz.
Əmirəlmöminin Əli [ə] Nəbiyy-Əkrəmdən [s.ə.v.v.] nəql edir ki, Allah mənə buyurdu: "Vələqəd atəyna səbən minəl-məsani vəl-quranil-əzim ". Ey Məhəmməd biz yeddi ayəni ki, iki dəfə sənə nazil olub, göndərdik. (Hicr surəsi 87-ci ayə.)
Həzrəti Məhəmməd [s.ə.v.v.] buyurur: Allah Həmd surəsini bütün Quranın bərabərində qərar verdi, və xüsusilə onu nazil edəndə mənə minnət qoyub buyurdu ki, Fatihətul-kitab Ərş xəzinəsinin ən qiymətli surəsidir. Allah-taala bu surəni Məhəmmədə [s.ə.v.v.] məxsus edib, ona şərafət bəxş etdi, və Həzrət Süleymandan [ə] başqalarını bunda şərik etmədi. Ancaq Süleyman Peyğəmbərə bu surədən Bismillahir-rəhmanir-rəhim nazil edildi. Necəki Quran Bilqeysin dilindən belə hekayət edir: Süleyman [ə] tərəfindən mənə bir məktub verdilər ki, Bağışlayan və mehriban Allahın adı ilə başlanır. Həzrət sonra buyurdu: Hər kəs onu (həmd surəsini) oxusa, Məhəmməd [s.ə.v.v.] və onun əhli-beytilə zahirdə və batində dost və onlara iman gətirib, fərmanlarına itaət etmiş olar. Allah-taala hər bir hərfin müqabilində ona savab verər ki, onun hər biri dünyadan və onun xeyirlərindən üstün olar. Əgər bir kəs bu surə oxunanda ona qulaq versə, oxunuşun və onu üçdə birisinin ⅓ savabını alacaqdır. Bunları qənimət sayıb, çoxaldın, vaxtı ötüb keçməsin ki, sonra onun həsrəti qəlbinizdə qalar.
Bu surəni qırx dəfə qabdakı suya oxuyub, sonra onu xəstəyə içirin, və sədəqə də verin. Sədəqə verilən şəxsə deyin ki, (filan) xəstənin sağalması üçün dua et.
Cümə axşamı mühüm şeylərin hasil olması üçün Həmd surəsini 1011-dəfə oxuyun .(təcrübə olunub).
Əhəmiyyətli şeylərin hasil olması, bəlanın və düşmənin dəf olması üçün bu surəni xətm edin.
Şənbə günü (altıncı gün) 70-dəfə, yekşənbə günü (bazar günü) 60-dəfə, duşənbə günü (birinci gün) 50-dəfə, se şənbə günü (ikinci gün) 40-dəfə, çahar şənbə günü (üçüncü gün) 30-dəfə, pənc şənbə günü (dördüncü gün) 20-dəfə, cümə günü (beşinci gün) isə 10 dəfə Fatihə surəsini oxuyun. (təcrübə olunmuşdur).
Cümə günündən başlayıb, qırx gün, və hər gündə 41-dəfə həmd surəsini oxusun və hər dəfə oxuyandan sonra 13-dəfə desin.
Ya mufəttihu fəttih. Ya mufərricu fərric. Ya musəbbibu səbbib. Ya musəyyiru yəssir. Ya musəhhilu səhhil. Ya mutəmmimu təmmim. Və husubullahu və neməl vəkil.
Hər kəs xalis niyyətlə bu xətmi oxusa, o qədər var-dövlətə malik olar ki, yığıb-yığışdıra bilməz. (“Minhac” səhifə 432).
Miybədinin “Kəşfül-əsrar” kitabında yazılıb ki, hər kəs bu surəni aşağıdakı tərzdə oxusa, inşaallah öz məqsədinə nail olar. Bir həftə ərzində hər gündə 111-dəfə və 111 salavat göndərməklə xətm etsin. Əlbəttə bir şərti də budur ki, yeddi gün ərzində heyvan əti yeməsin. Sonra öz məqsədinə çatmaqdan ötrü desin; "Bismillahir-rəhmanir-rəhim Əlhəmdu lillahi Rəbbil aləmin. Ərrəhmanir-rəhim. Maliki yəvmiddin . İyyakə nəbudu, və iyyakə nəstəin.- sonra Tovhid (Qul huvəllah) surəsini üç dəfə oxusun . Onun davamında "Allahummə kəma cəmətə bəynə sifatikə və əsmaikə və əfalikə, fəcməə bəyni və bəynə hacəti, bihəqqi Muhəmmədin vəalihi əcməin" duasını oxusun. Sonra isə Həmd surəsinin qalanını yəni İhdinəs-siratəl mustəqim Siratəlləzinə ənəmtə ələyhim ğəyril məğzubi ələyhim, vələzzallin " oxusun.
Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs Həmd surəsini bu iki ayə ilə on gün ərzində, gündə on bir dəfə, hamısı birlikdə 110-dəfə olmaqla hər bir böyük yaxud kiçik hacət və mətləbinin olmasından asılı olmayaraq, oxusun. Bu üslub da təcrübə olunmuşdur və hacətə çatmaq üçün daha əlverişlidir.
Deyirlər ki, qüdrətli olmaqla bərabər onu yerinə yetirməkdə acizlik qarşıya çıxar. (göz dəyməsin) Üç cümə axşamı hər gecəsində bir rükət namaz qılsın, və hər rükətdə on dəfə Həmd surəsini və on bir dəfə Tovhid surəsini oxusun . Salamdan sonra (yüz) 100 dəfə salavat göndərsin.
Bir nəfər özünün yoxsulluğundan Peyğəmbərə [s.ə.v.v.] şikayət etdi. Həzrət buyurdu: Öz evinə daxil olanda salam ver və bir dəfə Həmd surəsini oxu. O kişi həzrətin buyurduğu kimi etdi; Allah-taala onun, özünün və qonşularının ruzisinə bərəkət verdi.
Əbu Süleyman nəql edir ki, Allahın Rəsulu [s.ə.v.v.] ilə kafirlərə qarşı müharibəyə getmişdim, aramızda bir kişi sər "Epilepsie" (bir növ əsəb xəstəliyidir) xəstəliyinə tutulmuşdu. Səhabələrdən birisi Fatihə surəsini onun qulağına oxudu, o ayağa qalxıb tamamilə şifa tapdı. Bu hekayəti kainatın ağası Rəsuləllaha çatdırdılar. Həzrət buyurdu: "Hiyə ummul kitab və hiyə şifaun min kulli dain". Yəni o (Fatihə surəsi) ummul kitabdır (Quranın anasıdır) və hər dərdə şifadır.
Həmd surəsini yetmiş dəfə oxumaq hər bir dərd üçün faydalıdır.
Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs həmd surəsini bu iki ayə ilə on gün və hər gündə on bir dəfə oxusun, (hamısı bir yerdə 110 dəfə olur). Bütün kiçik, böyük hacət və mətləbi olmuş olsa, belə bunları oxusa hacətinin müstəcab olmağını yaxınlaşdırar. (təcrübə olunub).
1-"Ənzələ ələykum min bədil ğəmmi əmənətən nuasən yəğşa taifətən minkum və taifətun qəd əhəmməthum ənfusuhum yəzunnunə billahi ğəyrəl həqqi zənnəl cəhiliyyəti. Yəqulunə həl-ləna minəl əmri min şəyin. Qul innəl əmrə kulləhu lillahi, yuxfunə fiənfusi-him mala-yubdunə ləkə yəqulunə ləv kanə ləna minəl-əmri şəyun maqutilna hahuna. Qul ləv kuntum fibuyutikum ləbərəzəlləzinə kutibə ələyhimul qətlu ila məzaciihim vəliyəbtəliyəllahu mafisudurikum vəliyuməhhisə mafiqulubikum. Vallahu əlimun bizatis-sudur". (Ali-İmran surəsi 154)
2-"Muhəmmədun Rəsulullahi vəlləzinə məəhu əşiddau ələl kuffari ruhəmau bəynəhum tərahum rukkəən succədən yəbtəğunə fəzlən minəllahi və rizvanən simahum fivucuhihim min əsəris-sucudi. Zalikə məsəluhum fittovrati. Və məsəluhum fil-İncil kəzərin əxrəcə şətəhu fəəzarəhu fəstəğləzə fəstəva əla suqihi yucibuz-zərraə liyəğizə bihimul kuffaru vəədəllahul-ləzinə amənu və əmilus-salihati minhum məğfirətən və əcrən əzimən". (Fəth surəsi 29)


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə