Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhli-beyt ələyhim əs-səlam İmam Əli ibn Əbi Talib (ə)

Həzrət Əbülfəzl Abbas ələyhis-salam

Həzrət Zeynəb ələyha salam

"Gözəllikdən başqa bir şey görmədim"

Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır. necə ki, gördük, Z...

ƏTRAFLI

Loading...

Pak sülalə

İmam Hüseyn (ə)

İmam Əli ibn Əbi Talib (ə)

Ən pis dost

Pis yoldaşlar isə istər ki dostları da onların etdiyi səhvləri etsin. Onlar paxıldırlar. Onlar dostların uğuruna sevinmir ki heç narahat da olurlar. Buna görə yoldaşlarını da çəkib getdiyi uçuruma doğru aparırlar.

İslaminSesi – Hədislərə əsasən dostların ən gözəli onu görərkən Allahın yada düşdüyü şəxsdir. Bu şəxsdin rəftarı və həyat tərzi ibrətlərlə doludur. O səbirli və hikmətlidir. İbadət əhli olan bu şəxs paxıl olmadığına görə dosta xeyirxah nəsihətlər verir və onu uçurumlara gedən zaman oyadır.

Hədislərə əsasən yaxşı dostun bir əlaməti də insanın eyblərini ona xatırlatmaqdır. O insanın eyblərini ictimailəşdirmir və onu ifşa etmir. İlk növbədə dosta nəsihətlər verir. Onun istəyi və səmimiyyəti o qədərdir ki insan günaha israr etdikdə o da xeyirxah çəkindirici addımlarında israrlı olur. O bir güzgüyə bənzər ki insan ona baxdıqda eyblərini görür. Yaxşı yoldaş istəməz ki etdiyi səhvi dostu da etsin. O istəməz ki dostu da düşdüyü bəlaya düşsün. Buna görə durmadan ona nəsihət verir. Bu şəxs nümunəvi dostdur.


Pis yoldaşlar isə istər ki dostları da onların etdiyi səhvləri etsin. Onlar paxıldırlar. Onlar dostların uğuruna sevinmir ki heç narahat da olurlar. Buna görə yoldaşlarını da çəkib getdiyi uçuruma doğru aparırlar.

Səhabələrdən biri İmam Əlidən ən şər və pis yoldaş barədə soruşur.

İmam buyurur:

“Ən şər yoldaş Allaha günah etməyi sənin üçün bəzəyəndir (Yəni onu yaxşı cilvələndirəndir)"

Quranın qardaşı sayılan mübarək kitab - "Nəhcül-bəlağə"

 

Nəhcul-bəlağə” – Quranın əziz qardaşı və sirlərinin məhrəmidir. Quranla “Nəhcul-bəlağə”nin rabitəsi sıx və möhkəm bir rabitədir. Ona görə də Nəhcul-bəlağəni “Əxi-Qurani-Kərim” adlandırırlar.
Əxi o kəsə deyirlər ki, insanla ata və ana cəhətdən, ya onlardan biri cəhətdən, ya süd cəhətdən qardaş olsun. Bir sözlə, o insanlara qardaş deyirlər ki, onların arasında ya qohumluq əlaqəsi olsun, ya din əlaqəsi olsun, ya da dostluq əlaqəsi olsun.
“Nəhcul-bəlağə” pak bir ruhdan təşkil edilibdir ki, ruhu Quranla eynidir. Qurana tərəf o qədər cəzb olub ki, cisim və ruhu ondan olmuşdur. Ona görə, o da Quran kimi öz təravət və təzəliyini itirmir və hansı dildə eşidilərsə-eşidilsin, qəlblərə təsir qoyur.
“Nəhcul-bəlağə”də Quranın nuraniyyətini və nübuvvətin xoş iyini hiss etmək olur. Alimlərin nəzərinə görə, “Nəhcul-bəlağə”ni Qurandan fərqləndirən tək cəhət odur ki, “Nəhcul-bəlağə” vəhy kitabı deyildir.
“Nəhcul-bəlağə” – sanki Quran ayələrinin zinətləndirdiyi Allah kəlamlarıdır. Bu kitab hikmət kitabıdır ki, parlayan mirvari kimi doğruluqlardan söz açır.
“Nəhcul-bəlağə” – Allah haqqında olan həqiqi maarifdən, insandan, varlıq aləmindən, cəmiyyətdən, tarixdən danışır. “Nəhcul-bəlağə” də Quran kimi baxışlardan, inanclardan, meyillərdən söz açır və insanın səadət yollarını bəyan edir.
Bu kitabda:
1. Tövhid və həqiqi maarif bəhsləri vardır.
2. Nübuvvət və İlahi hidayət bəhsləri vardır.
3. İslam cəmiyyətini tanıdır, İslamın düzgün həndəsəsini təqdim edir.
4. Kainat və xilqətdən bəhs edir.
5. Hikməti öyrədir.
6. Tarixi bəyan edir və ibrət dərsi verir.
7. Əhkamı təlim edir və ibadəti öyrədir.
8. Məada və Qiyamətə aid bəhsləri vardır.
9. Bəndəlik və übudiyyət yolunu tanıdır.
“Nəhcul-bəlağə”nin Qurana bu qədər yaxın olması təəccüblü deyildir. Çünki o kəsin dilindən bəyan edilmişdir ki, Peyğəmbərin (s) canı idi və onunla birlikdə bütün vəhy olanları görür və eşidirdi.
Həzrət Əli (ə) özü bu haqda belə buyurur: “Muhəmmədə (s) vəhy nazil olan zaman şeytanın nalə səsini eşitdim və Peyğəmbərdən (s) soruşdum ki, bu nalə səsi nədir? Buyurdu: “Bu, şeytandır ki, öz pərəstişindən məyus olmuşdur. Mən nə eşidirəmsə, sən də eşidirsən və nə görürəmsə, sən də görürsən. Mənimlə sənin tək fərqin ondadır ki, sən peyğəmbər deyilsən. Mənim vəzirimsən, xeyir və doğruluq yolunda qərar tutmusan””.

İmam Əli (ə) vilayəti olmadan ibadət ağacı meyvə verməz (?)

İmam Əli (ə) vilayəti hər birimiz üçün nicat qapısıdır. O kəs ki, bu vilayətə malik deyildir, bütün dindarlığı naqis və natamam qalar. Bu dindarlıq Allah rizası ilə olmaz. İmam Əli (ə) vilayəti olmayan din, sahibini cənnətə çatdıra bilməz.
Əlbəttə vilayəti dildə qəbul etmək şərt deyildir. Həqiqi İmam Əli (ə) davamçısı o kəsdir ki, əməl və rəftarında bunu nümayiş etdirər. İmam Əli (ə) vilayəti olmadan heç bir ibadət ağacı meyvə verməz. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: “Əli ibni Əbu Talibin (ə) vilayəti - Allahın vilayətidir”.

Səlim nəql edir: “İmam Əliyə (ə) dedim: “Allahdan istə ki, dünya və axirətdə məni sənin övliyalarından qərar versin. Həzrət (ə) buyurdu: “Allahım, onu o kəslərdən qərar ver!”. Sonra Həzrət (ə) üzünü mənə çevirib buyurdu: “Sənə elə bir şey öyrədəcəyəm ki, Peyğəmbərdən (s) eşitmişəm və o, Səlmana, Əbuzərə və Miqdada öyrədirdi. Hər səhər və axşam de:
“«اللّهمّ ابعثنى على الایمان بك و التّصدیق بمحمّد رسولك و الولایة لعلىّ بن ابى طالب و الایتمام بالأئمّة من آل محمّد، فإنّى قد رضیت بذلك یا ربّ
Yəni, Allahım, məni Özünə imanla, Peyğəmbərin Muhəmmədin (s) və Əli ibni Əbu Talibin (ə) vilayətini təsdiq edərək, Ali Muhəmməd (ə) İmamlarına iqtida edərək məbus et. Pərvərdigarım, mən bu əqidəyə razıyam”.
Səlim nəql edir: “Miqdaddan soruşdum: “Allah sənə rəhmət etsin, Əli ibni Əbu Talib (ə) haqqında Peyğəmbərdən (s) eşitdiyin ən yaxşı mövzunu mənə danış! Dedi: “Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Allah ins və cindən hər kimin qəlbini pak etmək istəsə, Əli ibn Əbutalibin (ə) vilayətini ona tanıdar. Hər kimin ki, qəlbinə Allah pərdə çəkmək istəyər, Əli bini Əbutalibin (ə) mərifətini ondan saxlayar”””.
Mufəzzil ibni Ömər İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Allah Təala bir məsələni mömin insanın öhdəsinə qoymuşdur. O mömin insan ki, Allahın rübubiyyətini, Rəsullahın (s) nübuvvətini və İmam Əlinin (ə) vilayətini etiraf edərsə, İlahi vacibatı yerinə yetirərsə, Allah Təala vəd etmişdir ki, ona Öz qürbündə yer verəcək və onu bu məqamdan əsirgəməyəcəkdir. Az əməl edin və çoxlu ləzzət aparın”.
Həzrət Peyğəmbər (s) buyurur: “Əli ibni Əbu Talibin (ə) vilayəti mənim qalamdır və hər kim mənim qalama gələr, cəhənnəmimdən amanda olar”.
İmam Hüseyn (ə) buyurur: “Böyük və Əziz Allah Musa ibni İmranı xəlq edir və onunla Tur dağında söhbət edir. Bu zaman yerə nəzər salır və əqiqi xəlq edir. Sonra buyurur: “Zatıma and olsun ki, o əldə ki, əqiq olar və Əli ibni Əbutalibin (ə) vilayətini qəbul edər, əzab etmərəm””.
Cabir nəql edir: “İmam Baqirdən (ə) “Ali-İmran” surəsinin 157-ci ayəsi haqqında sual verdim. Həzrət (ə) buyurdu: “Sən bilirsən Allahın yolu hansıdır?”. Dedim: “Allaha and olsun ki, yox”. Həzrət (ə) buyurdu: “Allahın yolu Əli (ə) və onun övladlarıdır. Hər kim onun vilayəti yolunda öldürülərsə, Allah yolunda ölmüş olar. Hər kim Əli (ə) vilayəti yolunda ölərsə, Allah yolunda can vermiş deməkdir””.

İmam Əli (ə) qorxularımıza qalib gəlməyin yolunu belə açıqlayıb

İmam Əlidən qorxularımıza qalib gəlmək barədə sadə və birbaşa çıxış yolu
“Şücaət güc və baş ucalığı ilə nəticələnəcəyi halda , qorxu insanı zillətə aparar”, “Əgər xislətlər və sifətlər bir birindən ayrı tutulsa, doğru danışmaq şücaətlə, qorxu isə yalanla birgə olar” hədisləri İmam Əlidən qorxu və onun afətləri barədə nəql edilmiş kəlamlardır.

Məzəmmət edilən qorxu, insana öz haqqını dostu, ailəsi, sirdaşı və din qoldaşının haqqını tələb etməyə imkan verməz. Ona görə məzəmmət edilir.
Amma məzəmmət edilən qorxu, hadisələr və qərarların verilməsi zamanı həyata keçirilməsi vacib olan ehtiyatlı addımlara aid deyil. Ehtiyat igidin yaraşığıdır, onun hədəflərinin həyata keçməsini təmin edir. Xatirçəmlik yaranmaq üçün ehtiyat lazımdır və bu qorxu demək deyil.

Digər tərəfdən insanın qorxmamazlığı və şücaəti dəlisovluq və ehtiyatsızlıq dərəcəsinə çatmamalıdır. Çünki aslanın əli silahlı ovçunun qarşısında çıxması şücaət deyil əksinə heyvandan baş verən bir axmaqlıqdır.

Bəs məzəmmət edilən qorxuya necə qalib gəlmək olar?
Həzrət Əlidən bu barədə Nəhcul-Bəlağədə maraqlı bir hədis vardır ki, qorxuya qalib gəlmənin ən sadə yolunu təqdim edir.

“Əgər bir işdən qorxursansa özünü o işin ağuşuna at, çünki (sənin keçirdiyin) qorxu hissləri çəkindiyin o işin özündən daha çətindi"
Onu da qeyd etmək lazımdir ki, dində yalnız bir qorxu mədh edilir və belə bir qorxunun insanda olması vacib sayılır. O, bəndənin Allahdan çəkinib (qorxub) günah etməməsidir

Hәzrәt Әlidən (ә) 10 hәdis

1 Hədis: Yеmәkdәn әvvәl vә sоnrа әllәri yumаq ömrü çохаldır.

2 Hədis: Zәkаt vеrmәyәn, bizdәn dеyil.

3 Hədis:  Kәrim insаnlаr cаmааtа yеmәk vеrmәkdәn lәzzәt аlır. Pахıl insаnlаr isә yеmәkdәn lәzzәt аlır.

4 Hədis:  Hәr kәs öz еybini bilsә, bаşqаlаrının еyblәrini ахtаrmаqdаn uzаq оlаr.

5 Hədis:  Hәr kәs dоstunun bütün әmәllәrinә nәzаrәt еtsә, оnlаrın dоstluğu pоzulаr.

6 Hədis:  Yахşı әmәli nә bаşqаlаrınа görә еt, nә dә utаnıb оnu tәrk еt.

7 Hədis:  Üzüm vә yа хurmа dәnәsinin yаrısı ilә dә оlsа sәnә әl аçаnı rәdd еtmә ki, Аllаh dәrgаhındа sәdәqә аrtır.

8 Hədis:  Uşаqlıqdа öyrәnilәn еlm, dаşın üstündәki nахışа bәnzәyir.

9 Hədis:  Аllаh аltı şәхsi аltı хislәtә görә cәzаlаndırаcаq: Әrәbi bаtil tәәssübkеşliyinә görә, kәndхudаlаrı tәkәbbürünә görә, pаdşаhlаrı zülmünә görә, tаcirlәri хәyаnәtә görә, kәndçilәri (Mәqsәd dini vәzifәni öyrәnmәkdә sәhlәnkаrlıq еdәnlәrdir) dini vәzifәlәrini vә tаpşırıqlаrını bilmәdiklәrinә görә.

10 Hədis:  Yаlаn dаnışmаğı istәr zаrаfаtlа оlsun, istәrsә dә ciddi tәrk еtmәyәn şәхs imаnın lәzzәtini dаdmаz.

İmam Əlidən (ə) namaz haqqında 4 göstəriş və namaz qılmağın 7 səbəbi

Nəhcul-bəlağə”nin 199-cu xütbəsində İmam Əlidən (ə) namazın əhəmiyyətinə və mənəvi, tərbiyəvi təsirlərinə işarə edilmiş və həqiqi namazqılanın sifətləri bəyan edilmişdir.
İmam Əli (ə) buyurur: “Namazın proqramına gözəl şəkildə nəzarət edin. Onu qorumaq üçün çalışın. Çoxlu namaz qılın və onun vasitəsilə Allaha yaxınlaşın. Çünki namaz xüsusi vaxtlarda bütün möminlərə vacibdir”.
İmam (ə) bu qısa xütbəsində namaz haqqında dörd göstəriş verir: öhdəçilik, qorumaq, çoxlu namaz qılmaq və onun vasitəsilə Allaha yaxınlaşmağa çalışmaq.
Sonra İmam (ə) namazı nə üçün qılmağa işarə edərək, onun yeddi səbəbini göstərmişdir. İmam (ə) bu kəlamlarında Quran ayələrinə və Həzrət Peyğəmbərdən (s) gələn hədislərə istinad edir. Həzrət (ə) buyurur: “Namaz bir vacibat kimi möminlərə təyin edilmişdir”. (Tebyan)
İkinci səbəbi belə buyurur: ““Sizi cəhənnəmə hansı şey çəkmişdir” - sualına cəhənnəm əhlinin belə cavab verdiyini eşitməmisiniz ki, deyiblər: “Biz namazqılanlardan olmamışıq””.
İmam (ə) namazın əhəmiyyətini isbat etmək üçün üçüncü və dördüncü səbəbi belə göstərir: “Namaz günahları tökər, necə ki, yarpaqlar ağacdan tökülər. Günah kəndirlərini boyunlardan açar”.
“Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldədə) xoşagəlməz hallardan çəkindirir”. (“Ənkəbut” 45). Bəli, namaz insanı gələcək günahlardan qoruyar və keçmiş günahlarına görə tövbə etməsinə səbəb olar. İnsanın tərəqqi etməsinə mane olan və boynuna sarılmış günah kəndirlərini açar.
Sonra İmam (ə) beşinci səbəbi Həzrət Peyğəmbərin (s) kəlamına istinad edərək təqdim edir: “Peyğəmbər (s) namazı insanın qapısının önündən axan isti bulağa bənzədir ki, o, gecə və gündüz beş dəfə həmin bulaqda özünü yuyar. Şübhəsiz ki, bədənində çirk qalmaz”.
Bu hədisdən də göründüyü kimi, namaz adi bulaq deyildir. Bu, xüsusi bir bulaqdır ki, çirkləri aradan aparmağı bacarır. Namaz insanda təqva ruhunu dirildər və insanı gələcək münkərlərdən qoruyar. Keçmişə görə tövbə etməsinə səbəb olar.
İmam (ə) altıncı səbəbi bəyan edən zaman Quran ayəsinə istinad edir və buyurur: “O dəstə möminlər ki, dünya zinətləri və gözlərinin nuru olan övladları və malları onları özünə məşğul etmir – namazın haqqını yaxşı tanıyıblar. Sübhan Allah onların haqqında buyurur: “Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər”. (“Nur” 37).
Nəhayət, Həzrət (ə) sonuncu səbəbi belə bəyan edir: “Peyğəmbər (s) behişti müjdə verdikdən sonra özünü namaz üçün əziyyətə salır. Allah ona buyurur: “Ailəni namaza dəvət et və onların qarşısında səbirli ol!”. (Çünki namaz behiştin açarıdır). Həzrət də davamlı olaraq Əhli-beytini (ə) namaz qılmağa dəvət edir və özünü ona vadar edir”. Yəni, onu yerinə yetirməkdə səbirli olur.
İmamın (ə) bəyan etdiyi bu yeddi səbəb namazın əhəmiyyətindən və insan səadətinə qoyduğu təsirlərdən bəhs etdi və namazdan uzaq qalmağın gətirdiyi təhlükələri bizə tanıtdı.

İmam Əli (ə) bu 6 insana behişti zəmanət edir

Əmirəl-möminin (ə) buyurur: “Mən behişti 6 nəfər üçün zəmanət edirəm:

 

1. O kəs ki, sədəqə vermək yolunda ölər.

 

2. O kəs ki, xəstəni ziyarət etmək yolunda can verər.

 

3. O kəs ki, Allaha cihad yolunda ölümü gəlib çatar.

 

4. O kəs ki, həcc yolunda dünyadan gedər.

 

5. O kəs ki, cümə namazı yolunda əcəli gəlib çatar.

6. O kəs ki, müsəlmanın cənazəsini müşayiət etmək üçün gedər və ölüm onun ətəyindən yapışar”