Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhli-beyt ələyhim əs-səlam İmam Əli ibn Əbi Talib (ə)

Həzrət Əbülfəzl Abbas ələyhis-salam

Həzrət Zeynəb ələyha salam

"Gözəllikdən başqa bir şey görmədim"

Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır. necə ki, gördük, Z...

ƏTRAFLI

Loading...

Pak sülalə

İmam Hüseyn (ə)

İmam Əli ibn Əbi Talib (ə)

HƏZRƏT ƏLİ (Ə) HAQQINDA NAZİL OLMUŞ QURAN AYƏLƏRİ

«Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin».

 

1. «Təbliğ» ayəsi: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı bəyan et. Əgər etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah kafir camaatı düz yola yönəltməz». Təfsirçi və tarixçilərin həzrət Əliyə (ə) aid etdikləri üç yüz Quran ayəsindən biri olan bu ayənin həzrət Əliyə (ə) aid olmasını Əbu-İshaq Sələbi, Təbəri, İbn-Səbbağ Maliki və bir çox başqa alimlər təsdiqləyirlər.
2. «Vilayət» ayəsi: «Sizin ixtiyar sahibiniz Allah, Onun rəsulu və iman gətirib namaz qılan, rüku halında zəkat verənlərdir». Bu ayənin həzrət Əliyə (ə) aid olduğunu Fəxr Razi, Nişaburi, Zəməxşəri kimi böyük alimlər təsdiqləyirlər.
3. «Nisa» surəsi, ayə 59: «Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin».
«Mübahilə» ayəsi: «Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki, gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq. Sonra isə Allaha yalvarıb, yalançılara Allahdan lənət istəyək». Tarixçilər və təfsirçilər bildirirlər ki, həzrət Peyğəmbər (s) öz yaxınlarını sadaladıqda Əlini (ə), Fatiməni və Həsənlə Hüseyni nəzərdə tutmuşdur.
4. «Təthir» ayəsi: «Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Onun rəsuluna itaət edin. Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi pak etmək istəyir». Təbəri, Fəxr Razi və bu kimi digər böyük sünni alimləri də uyğun ayənin həzrət Əli (ə) haqqında nazil olduğunu təsdiqləyirlər.
5. «Bəraət» surəsi: Müxtəlif firqə alimlərinin bildirdiyinə görə «Bəraət» surəsinin ayələri nazil olduqda həzrət Peyğəmbər (s) həmin surəni müşriklərə oxumaq üçün Əbu-Bəkri Məkkəyə göndərdi. Əbu-Bəkr yola düşdükdən sonra Cəbrail nazil oldu və Peyğəmbərə (s) salamdan sonra ərz etdi ki, bu işi sənin özündən olan bir kəs görməlidir. Həzrət Peyğəmbər (s) dərhal Əlini (ə) çağırdı və öz dəvəsini verib Əbu-Bəkrə çatmasını tapşırdı. Həzrət Əli (ə) Peyğəmbərin göstərişi əsasında Əbu-Bəkrə çatıb «Bəraət» ayəsini ondan aldı və özü müşriklərə oxumaq üçün Məkkəyə yola düşdü.
6. «Məvəddət» ayəsi: «Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. Ya Peyğəmbər (s), de ki, mən sizdən risalətim müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm». Zəməxşəri, Gənci Şafei və başqa alimlər nəql edirlər ki, ayə nazil olduğu vaxt Peyğəmbərdən Əhli-beyt haqqında soruşdular. Həzrət Peyğəmbər (s) buyurdu: «Həzrət Əli (ə), Fatimə və onların iki oğlu mənim əhli-beytimdir».
7. «Rəd» surəsinin 43-cü ayəsi: «Onlara belə cavab ver: «Mənimlə sizin aranızda Allahın və kitabı bilənin şahid olması yetər». Əbu-Səid Xidri deyir: «Həzrət Peyğəmbərdən kitabı bilən kəsin kim olduğu haqqında soruşdum. Həzrət buyurdu: «Həmin şəxs qardaşım Əli (ə) ibn Əbi-Talibdir».
Bəli, həzrət Əli (ə) haqqında nazil olmuş ayələrin sayı üç yüzü keçir.

 

İMAM ƏLİNİN (Ə) İMAMƏT VƏ VİLAYƏTİNİ GÖSTƏRƏN AYƏLƏR

“Mən kimin mövlasıyamsa , Əli də onun mövlasıdır”.
Qurani-Kərimə müraciət etdikdə Əlinin (ə) və ya bütün Əhli-beytin (ə) imamət və vilayəti haqqında çoxsaylı ayələrin mövcud olduğunun şahidi oluruq. Belə ayələrdən bir neçəsinə nəzər salaq:

1. Vilayət ayəsi;
“Sizin vəliniz (haminiz) ancaq Allah, onun Peyğəmbəri və ona iman gətirənlərdir; o kəslər ki, (Allaha boyun əyərək) namaz qılır və rüku halında zəkat verirlər” (“Maidə”, 55).
Bu ayənin nazilolma səbəbi tarixi qaynaqlarda, hədis və təfsir kitablarında belə qeyd edilmişdir:
“Bir gün yoxsul bir kişi məscidə daxil olub kömək istədi. Onun bu istəyinə məhəl qoyan olmadı. Bu zaman məsciddə namaz qılan həzrət Əli (ə) rükuda olmasına baxmayaraq, öz üzüyünü sədəqə olaraq yoxsul kişiyə verdi. Elə həmin an məlum ayə Cəbrail vasitəsi ilə öz evində əyləşmiş Peyğəmbərə (s) nazil oldu”.
İbn Kəsir səhih sənədlə Sələmə ibn Küheyldən nəql edir: “Əli (ə) rüku vəziyyətində öz üzüyünü sədəqə verdi və bu zaman “Maidə” surəsinin 55-ci ayəsi nazil oldu”. (“Təfsiri-İbn Kəsir”, c. 1, səh. 64.)
Hakim Nişapuri səhih sənədlə Əlidən (ə) nəql edir: “Bu ayə (“Maidə”, 55) nazil olduğu zaman Peyğəmbər (s) məscidə gəldi. Məsciddəkilər namaz qılırdılar. Peyğəmbər (s) də namaz qıldı. Bu zaman məsciddə bir dilənçi gördü və ondan soruşdu: “Sənə bir şey verən oldumu?” Dilənçi Əlini (ə) göstərərək dedi: “Bəli, yalnız bu kişi rükuda ikən öz üzüyünü mənə verdi”. (“Mərifə ülum əl-hədis”, səh. 102.)
Eyni məzmunlu səhih hədisi İbn Əsir də Əlidən (ə) nəql etmişdir. (“Tarixi-Dəməşq”, c. 2, səh. 64.)
Bu ayəyə əsaslanaraq Əlinin (ə) imamət və vilayətini digər şəkildə də izah etmək olar. Belə ki, Peyğəmbərin (s) vilayətində məqsəd imamət məsələsi ilə bağlı vilayətidir. Quranda oxuyuruq:
“Peyğəmbər möminlərə onların özündən daha yaxındır (daha üstün və ixtiyar sahibidir)”. (“Əhzab”, 6.)

Qədir-Xum günü Peyğəmbər (s) buyurdu:
ألست أولى بكم من أنفسكم؟ “Mən sizə sizin özünüzdən daha yaxın (daha üstün və ixtiyar sahibiniz) deyiləmmi?
Oradakılar dedilər: “Bəli, ey Allahın elçisi!” Bu zaman Peyğəmbər (s) buyurdu:
فمن كنت مولاه و علي مولاه “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”.
Yuxarıda qeyd olunan hədis eyni məzmunda on səhabə tərəfindən nəql edilmiş və əllidən çox əhli-sünnə alimi öz kitabında qeyd etmişdir. Belə alimlərə misal olaraq Təbərani, (“Möcəm əl-övsət”, c. 7, səh. 10, hədis: 6228.) Əbu Bəkr Cəssas, (“Əhkam əl-Quran”, c. 2, səh. 446.) Vahidi, (“Əsbab ən-nüzul”, səh. 133.) Zəməxşəri (“Əl-Kəşşaf”, c. 1, səh. 649.) və başqalarını göstərmək olar.

2. “Təbliğ” ayəsi;
Allah-Taala buyurur:
“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təblğ et. Əgər (bunu) etməsən, Allahın risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq” (“Maidə”, 67).
Əbu Nəim İsfahani səhih sənədlə Əbu Səid Xudridən bu ayənin İmam Əli (s) haqqında nazil olduğunu nəql edir. (İbn Bitriq “əl-Xəsais” əsərində Əbu Nəim İsfahaninin “Ma nəzələ min əl-Quran fi Əli (ə)” əsərindən sitat gətirilmişdir.) İbn Əsakir də səhih sənədlə Əbu Xudridən bu ayənin Qədir-Xumda Əli (s) haqqında nazil olduğunu nəql edir. (“İmam Əli”, İbn Əsakir, c. 2, səh. 86.)
Bu hədis səkkiz səhabə və on dörd əhli-sünnə alimi tərəfindən nəql edilmişdir.

3. “İkmal” ayəsi.
Allah-Taala buyurur:
“Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın. Məndən qorxun! Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim” (“Maidə”, 3).
Xətib Bağdadi səhih sənədlə Əbu Hüreyrədən nəql edir:
“Allah-Taala zilhəccə ayının on səkkizinci günü (Qədir-Xum günü) oruc tutana altmış ay orucun savabını verir. Qədir-Xum günü o gündür ki, Peyğəmbər (s) Əlinin (ə) əlindən tutaraq qarşısındakı kütləyə müraciətlə buyurdu: “Mən möminlər mövlası deyiləmmi?” Onlar dedilər: “Bəli, ey Allahın rəsulu!” Bu zaman Peyğəmbər (s) buyurdu: “Mən kimin mövlasıyamsa , Əli də onun mövlasıdır”. Peyğəmbərin (s) bu sözlərini eşidən Ömər iki dəfə Əlini (s) təbrik edərək dedi: “Ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun”. Həmin an sözügedən ayə nazil oldu. Həmin hədisi İbn Əsakir heç bir məzmun fərqi olmadan bir necə digər səhih sənədlə nəql etmişdir. (“Tarixi-Dəməşq”.) Bundan başqa on beşdən çox əhli-sünnə alimi də həmin hədisi qeyd etmişdir.

İmam Əlidən (ə) 14 hikmətli öyüd

 
 Kim öz eybinə baxsa, başqasının eybini görməz

  İmam Əli əleyhis-salam buyurmuşdur: 
1. Kim öz eybinə baxsa, başqasının eybini görməz.
2. Allahın verdiyi ruziyə razı olan kəs, əlindən çıxan şey üçün kədərlənməz.
3. Kim zülm qılıncını (qınından) çəksə, həmin qılıncla öldürülər.
4. Kim işlərdə özünü əziyyətə salsa, həlak olar.
5. Özünü çətinlik və əziyyət burulğanlarına atan kəs boğular (məhv olar).
6. Kim pis yerlərə daxil olsa, xalq onun barəsində pis gümanda olar.
7. Çox danışan kəs çox səhv edər.
8. Çox səhv edən kəsin həyası az olar.
9. Kimin həyası az olsa onun pərhizkarlığı az olar.
10. Pərhizkarlığı az olanın qəlbi ölər.Qəlbi ölmüş şəxs oda daxil olar.
11. Kim xalqın eyb və nöqsanlarına baxıb onları bəyənməsə və sonra onları özünə rəva bilsə (özü etsə), deməli, o, həqiqi axmaqdır.
12. Qaneçilik (öz payına razı olmaq və ya qənaət) tükənməz sərvətdir.
13. Ölümü çox yada salan kəs dünyadan aza razı olar.
14. Kim danışığının əmələ əsaslanmasını bilsə, zəruərt yaranmadan danışmaz.

HƏZRƏT ƏLİ (Ə) NAМAZDA OLDUĞU VAXT DİLƏNÇİNİ NECƏ GÖRDÜ?

Allahın bəndəsinə, fəqirə yardıм etмək özü bir ibadətdir

Həzrət Əli (ə) ilә bağlı rəvayətlərdə oxuyuruq ki, onun ayağına batмış oxu yalnız naмazda olduğu vaxt çıxara bildilər. Naмaz qıldığı vaxt həzrətin diqqəti Allaha elə cəlb olunardı ki, vücudunu hiss etмəzdi. Aммa başqa rəvayətlərdə bildirilir ki, bir gün həzrət Əli (ə) naмazda olduğu vaxt мəscidə daxil olan fəqiri və barмağındakı üzüyü ona bağışladı. Necə ola bilər ki, ayağına batмış oxun naмaz vaxtı çıxarılмasından xəbər tutмayan həzrət мəscidə girən fəqiri görür?

Cavab: Bilмəliyik ki, oxun ayaqdan çıxarılмası ilə üzüyü fəqirə bağışlaмaq arasında bir çox fərqlər vardır. Çünki oxun ayaqdan çıxarılмası sırf fiziki vücudla bağlı bir işdir. Bu işin insanın iмanına, Allahla bağlılığına heç bir dəxli yoxdur. Aммa fəqirin, yoxsulun halına diqqət ilahi bir işdir və insanın Allaha diqqətindən asılıdır. Doğrudan da, iмaм naмaz zaмanı özündən xəbərsiz olurdu. Aммa fəqirin halına diqqət insanın özünə diqqəti deyil. Belə bir diqqəti Allaha diqqət hesab etмək olar.
Başqa sözlə, Allahın bəndəsinə, fəqirə yardıм etмək özü bir ibadətdir. Bu iş мühüм ibadət olan naмazla vəhdət təşkil edir. Ona görə də təəccüb etмəyə dəyмəz ki, fəqirin acı nələsi həzrət Əlinin (ə) agah qəlbini narahat edir və onun diqqətindən kənarda qalмır. Naмaz ibadətdirsə, yoxsula yardıм da bir ibadətdir. Hər iki iş Allaha görə, Allahın razılığını qazanмaq мəqsədi ilə yerinə yetirilir. Həzrət Əlinin (ə) bu əмəli o qədər dəyərli olмuşdur ki, bu əмəl haqqında Quran ayəsi nazil olмuşdur.

Sibtəyn Administratordan:Yuxarıdakılara bunu da əlavə etmək olar ki, namaz halında Allah xatirinə yoxsulu boş qaytarmaması eyni zamanda onun İmam olduğunu göstərən dəlil də sayıla bilər. Deməli ayağından ox çıxarlmasını hiss etməyən şəxs, təbii ki yalnız Allahın iradəsi ilə yoxsulun məscidə daxil olduğunu anlaya bilərdi. Bunu da əlavə etmək olar ki, o namaz vacib deyil,  müstəhəb ibadətlərdən biri  də ola bilərdi.

İMAM ƏLİNİN (Ə) FƏDAKARLIĞINA DAİR İKİ AŞKAR DƏLİL

 "Mənim Allahım onu düşmənlərin hiyləsindən xilas etdi."

İki tarixi məsələ şəhadət verir ki, İmam Əlinin (ə) o gecədəki işini fədakarlıqdan başqa bir şey adlandırmaq olmaz və o həzrət həqiqətən Allah yolunda öldürülüb şəhid olmağa tam mənada hazır idi. O tarixi sənədlər aşağıdakılardır:
İmam Əlinin (ə) bu tarixi hadisə ilə əlaqədar olaraq dediyi və Süyutinin də öz təfsirində nəql etdiyi şerlər o həzrətin Peyğəmbərin yolunda candan keçməsinə və fədakarlığına dair aşkar bir şahiddir:
"Mən öz canımı yer üzünün ən yaxşı bir şəxs–Allah evini və Hicri-Ismayılı təvaf edən ən yaxşı bir şəxs üçün sipər etdim,
O möhtərəm şəxs Məhəmməd idi. Kafirlər onu qətlə yetirmək üçün tədbir tökdükləri vaxt mən bu işi gördüm.
Amma mənim Allahım onu düşmənlərin hiyləsindən xilas etdi.
Mən onun yerində gecələdim və düşmənlərin hücumunu gözləyirdim, özümü ölümə və əsir olmağa hazırlamışdım."


Sünnü və şiə alimləri nəql etmişlər ki, o gecə Allah Özünün iki böyük və müqərrəb mələyinə–Cəbrail və Mikailə xitab edərək buyurdu: "Əgər mən sizin birinizə həyat, digərinizə ölüm hökmü versəm, hansınız ölümü qəbul edib həyatı o birinizə verərsiniz?" Bu zaman onlardan heç biri ölümü qəbul edərək, digərinin yolunda canından keçməyə razı olmadı. Sonra Allah-Taala onlara belə buyurdu: "Yerə enin və Əlinin ölümü necə qəbul edib özünü Peyğəmbərə fəda etdiyini görün, sonra onu düşmənlərinin şərrindən saxlayın."
Zamanın keçməsi ilə bəzilərinin bu böyük fəzilətin üstünə pərdə çəkməsinə baxmayaraq, islamın əvvəllərində Əlinin (ə) bu əməli dost-düşmənin nəzərində ən böyük bir fədakarlıq sayılırdı. Ömərin fərmanı ilə (xəlifə təyin etmək üçün) təşkil olunan altı nəfərlik şurada Əli (ə) bu böyük fəziləti xatırlayaraq şura üzvlərinə dəlil gətirdi və dedi: "Siz şura üzvlərini Allaha and verirəm, deyin görüm Peyğəmbər Həra mağarasında olanda məndən başqa kim ona yemək apardı?! Məndən başqa kim onun yerində yatıb özünü ona gələn bəlalara sipər etdi?!"
Bir ağızdan dedilər: "Allaha and olsun, səndən başqası olmayıbdır!"

Mərhum Seyyid ibni Tavusun həzrət Əlinin (ə) fədakarlığı barədə gözəl bir təhlili var ki, onu Ismailin fədakarlığına və həmçinin, onun atasının əmrinə sözsüz təslim olmasına oxşadaraq İmam Əlinin (ə) fədakarlığının ən yüksək bir fədakarlıq olduğunu isbat etmişdir.

İYİRMİ BEŞ İL MƏNALI SÜKUT

  İslam aləmində Peyğəmbərin (s) vəfatından sonra heç kəs fəzilət, ictimai-mənəvi mövqe, elm, bilik, Allah yolunda cihad, kasıblara, yoxsullara kömək etmək baxımından Əli (ə) ilə müqayisə olunası deyildi
Əmirəlmöminin Əlinin (ə) Peyğəmbərin (s) sağlığındakı həyatının mühüm hadisələrinin araşdırılması sona çatdı. Hərçənd bu bölmədə geniş təhlil və kamil axtarış aparılmadı və Əlinin (ə) bu dövrdə qarşılaşdığı, lakin əhəmiyyət baxımından ikinci dərəcəli məsələlər sayılan hadisələrin çoxu deyilməmiş qaldı, amma imamın şəxsiyyətini formalaşdıran və imanının möhkəmliyini, ruhunun əzəmətini göstərən böyük hadisələr ardıcıllıqla qeyd olundu. Bu hadisələri araşdırdıqda o həzrətin insani fəzilətləri və əxlaqi səciyyələri ilə kifayət qədər tanış olduq. İndi isə İmamın (ə) həyatının dördüncü bölməsini təhlil edirik. Əlinin (ə) həyatının üç mərhələsi şərafətli ömrünün 35 ilini təşkil edirdi. İmam bu qısa müddət ərzində islamın ən böyük qəhrəmanı, ən bacarıqlı bir rəhbəri və parlaq bir şəxsiyyəti kimi tanınmışdı.

İslam aləmində Peyğəmbərin (s) vəfatından sonra heç kəs fəzilət, ictimai-mənəvi mövqe, elm, bilik, Allah yolunda cihad, kasıblara, yoxsullara kömək etmək baxımından Əli (ə) ilə müqayisə olunası deyildi. Hər yerdə Peyğəmbərin Əliyə qarşı olan dərin mehr-məhəbbətindən, onun şücaətindən, qəhrəmanlığından, fədakarlığından və candan keçməsindən söhbət gedirdi. Buna görə, ilkin qaydaya görə Əli (ə) Peyğəmbərin (s) vəfatından sonra da dinin mehvəri və islam cəmiyyətinin əsil mərkəzi olmalı idi. Amma tarixdə bunun tam əksini görürük. Belə ki İmam (ə) həyatının dördüncü mərhələsində (təqribən 25 il) yaranmış xüsusi şəraitlə əlaqədar ictimai səhnədən xüsusi bir tərzdə kənara çəkilərək sükut yolunu seçdi; nə cihadda iştirak etdi, nə də cəmiyyətdə rəsmi şəkildə bir söz dedi. Qılıncdan əl çəkib şəxsi vəzifələri yerinə yetirməklə, şagird yetişdirməklə məşğul oldu. Əvvəllər cəmiyyətin içində olan, islam dünyasının ikinci şəxsiyyəti və müsəlmanların böyük arxası sayılan belə bir şəxsiyyət üçün bu uzun sükut və guşənişinlik çox da asan deyildi. Özünə hakim olub keçmişlə təzadlı olan yeni şəraitlə uyğunlaşmaq üçün böyük ruh lazım idi.
 
İmamın (ə) bu dövrdəki fəaliyyətləri aşağıdakılarla xülasələnir:

1) Allaha ibadət (həm də Əli (ə) kimi bir şəxsə layiq olan ibadət). Hətta İmam Səccad (ə) öz əziz cəddinin ibadətləri qarşısında özünün heyrətləndirici ibadətini çox az sayırdı.
2) Quran təfsiri, ayələrdəki müşkülləri həll etmək, İbni Abbas kimi şagirdlər tərbiyə etmək (o, Əlidən (ə) sonra ən böyük təfsirçi sayılırdı).
3) Başqa millətlərin və dinlərin alimlərinin suallarına cavab vermək. Xüsusilə, Peyğəmbər (s) vəfat edəndən sonra islam barəsində tədqiqat aparmaq üçün Mədinəyə gələn yəhudi və məsihilər elə suallar qarşıya qoyurdular ki, onlara Əlidən (ə) başqa heç kəs cavab verə bilmirdi (O həzrətin Tövrat və İncili dərindən bilməsi sözlərindən məlum idi). Əgər bu çətinliklər Əlinin (ə) vasitəsi ilə aradan qaldırılmasaydı, islam cəmiyyəti böyük xarlıqlara düçar olardı. İmam (ə) bütün suallara tutarlı və qətiyyətli cavab verdikdə Peyğəmbərin (s) yerində oturmuş xəlifələri heyrət bürüyür və təəccüblənirdilər.
4) Əvvəllər qarşıya çıxmayan, barəsində Quran göstərişi və Peyğəmbərdən (s) hədis nəql olunmayan yeni-yeni hadisələrin çoxunun hökmünü bəyan etmək. Bu, İmamın (ə) həyatının ən mühüm və həssas işlərindən biri idi. Əgər səhabələr arasında Əli (ə) kimi elmli bir şəxsiyyət olmasaydı, (Peyğəmbərin (s) buyurduğu kimi, Əli (ə) ümmətin ən biliklisi, hökm və qəzavət işlərinə ən yaxşı şəkildə yiyələnən bir şəxs idi) islamın əvvəllərində bir çox məsələlər həll olunmayaraq açılmaz bir düyün kimi qalacaqdı. Qarşıya çıxan təzə məsələlər Peyğəmbərin (s) vəfatından sonra camaatın içində onun kimi bir məsum və xəbərdar şəxsin olmasını, nəticədə islamın bütün üsul və fürusuna kifayət qədər alim olub, onu hərtərəfli və geniş elmi şərhini verən, ümməti xoşagəlməz istiqamətlərə meyl etməkdən, qiyasa və gümana əməl etməkdən saxlayan bir şəxsin varlığını tələb edirdi. Bu da Peyğəmbərin (s) bütün dostlarının təsdiq etdiyi kimi, Əlidən (ə) başqa heç kim deyildi. İmamın (ə) qəzavətlərinin bir qismi, Quran ayələrindən maraqlı və misilsiz şəkildə istifadə etməsi tarix və hədis kitablarında əks etdirilmişdir.
5) Xəlifələr bəzi siyasi məsələlərdə çətinliyə düşüb çıxılmaz vəziyyətdə qalanda İmam (ə) yeganə etimadlı bir məşvərətçi idi. O, müdrikliklə müşkülləri həll edib işin nəticəsini müəyyənləşdirirdi. Bu məşvərətlərin bəziləri "Nəhcül-bəlağə"də və tarix kitablarında nəql olunmuşdur.
6) Mənəviyyatda irəliləmək üçün ruhi hazırlıqları və batinləri pak olan insanlar yetişdirib tərbiyə edirdi ki, o həzrətin rəhbərliyi və təcrübəsi sayəsində mənəvi kamal zirvələrini fəth edib, zahiri gözlə görünməyən şeyləri bəsirət və qəlb gözü ilə görsünlər.
7) Yoxsulların çoxunun güzəranını təmin etmək üçün işləyib çalışmaq. İmam (ə) bu dövrdə öz əli ilə bağ salır, kəhriz qazır, sonra isə onları Allah yolunda vəqf edirdi.
Bunlar İmamın (ə) 25 il ərzindəki gözə çarpan işgüzar fəaliyyətləri idi. Amma təəssüflə qeyd etmək lazımdır ki, islamın böyük tarixçiləri İmamın (ə) həyatının bu mərhələsinə lazımi əhəmiyyət verməmiş, bu dövrdə Əlinin (ə) həyatının xüsusiyyətlərini və incəliklərini düzgün şəkildə qələmə almamışlar. Halbuki onlar Bəni-Üməyyə və Bəni-Abbasın zalım hakimlərinin həyatlarını çox diqqətlə, ətraflı şəkildə qələmə almış, heç nəyi əsirgəməmişlər. Məgər İmamın (ə) iyirmi beş illik həyatının xüsusiyyətlərinin müəmmalı bir məsələ olaraq qalması, lakin cəfakar tarixçilər, yaxud cinayətkar yazıçılar tərəfindən Abbasi xəlifələrinin, Müaviyənin və Mərvanın övladlarının eyş-işrət məclislərini incəliklərinə qədər yazıb saxlamaları, bu məclislərdə xəlifələrin və müğənnilərin arasında oxunan şerləri, bihudə sözləri və s. öz kitablarında islam tarixi adı ilə dərc etmələri təəssüf yeri deyilmi?! Onların həyatının təkcə bu hissəsini qələmə almamışlar, üstəlik xidmətçilərin və nökərlərin həyatını, mal-qaralarının sayını, bər-bəzəklərinin xüsusiyyətlərini, onların qadınlarının və məşuqələrinin necə bəzənmələrini belə, bəyan etmişlər. Amma Allah övliyalarının və haqq insanların (elə insanların ki, əgər onların fədakarlıqları olmasaydı, bu ləyaqətsiz insanlar heç vaxt xilafət və ağalığa sahib ola bilməzdilər) həyatlarını qələmə alanda sanki qələmləri zəncirlənir və tələsən bir yolçu kimi tarixin bu fəslini sürətlə ötüb sona çatdırmaq istəyirlər.

Göylərdə tanınan, lakin yerdə tanınmayan şəxslər

"Atam-anam o kəslərə fəda olsun ki, onların adları göylərdə tanınmış, yerdə isə naməlum qalmışdır."
İmam Əlinin (ə) Peyğəmbərn (s) vəfatından sonrakı iyirmi beş illik həyatında həssas və ibrətamiz hissələr vardır. Bunların bəzilərini əvvəllər qeyd etmişdik, bəzilərini də indi qeyd edəcəyik. Bunlardan aşağıdakıları göstərmək olar:
1. İmamın (ə) xəlifələrin müqabilində tutduğu mövqe və onlarla rəftarı.
2. Müsəlmanlara islam hökmlərini öyrətmək.
3. İmamın (ə) ictimai fəaliyyətləri.
İmamın (ə) xəlifələrin qarşısında seçdiyi mövqeyi bəyan etməzdən əvvəl gərək o həzrətin Peyğəmbər (s) ailəsi, yaxud İmamın öz sözü ilə desək, "Ali-Məhəmməd" barəsində fikirlərini bəyan edək ki, Əlinin (ə) xəlifələrlə həmkarlıq etməsinin islamın inkişaf edib yayılması istiqamətində olması aydın olsun. Bu həmkarlıq İmamın (ə) onları haqqın mehvəri və həqiqi rəhbər hesab etməsi demək deyildi. O həzrət onlarla həmkarlıq etməklə onların siyasi və elmi müşküllərini həll edir və Peyğəmbər (s) ailəsini haqq ustadları və həqiqi rəhbərlər hesab edirdi. Hətta buyururdu: "Bu ümmətdən heç kəs Peyğəmbər (s) ailəsi ilə müqayisə oluna bilməz və onların nemətindən bəhrələnən kəs heç vaxt onlarla bərabər ola bilməz."
İmam (ə) başqa yerdə Ali-Məhəmmədin (s) elmi fəzilətlərinin bir hissəsinə işarə edərək buyurur: "Peyğəmbərin Əhli-beyti onun gizli sirlərinin keşikçisi, fərmanlarına itaət edənlər, onun elm xəzinələri və kitabının mühafizəçiləridir. Onlar islam ölkəsini zəlzələlərdən qoruyan dağlardır. Peyğəmbər onların vasitəsi ilə öz arxasını möhkəmlətdi və özünə rahatlıq bəxş etdi."
Həzrət Əli (ə) başqa bir yerdə onları dinin əsası və mütləq sütunu hesab edir və buyurur ki, onların rəftar və əməllərinə baxmaqla tüğyançıları həddini aşmaqdan saxlamaq, haqq karvanından geri qalanları ona çatdırmaq olar.
Başqa bir yerdə buyurur: "Peyğəmbərinizin Əhli-beytinə baxın və onların yolu ilə gedin, çünki onların ardınca getmək sizi həqiqət yolundan çıxarmaz və azğınlığa qaytarmaz. Əgər bir yerdə dayansalar, siz də dayanın, ayağa qalxsalar, siz də qalxın. Heç vaxt onlardan qabağa keçməyin, əks halda düz yoldan azarsınız; onlardan geri də qalmayın, əks halda həlak olarsınız."
İmam (ə) Peyğəmbər (s) Əhli-beytini tanımağı Allah və Peyğəmbərə mərifətlə yanaşı bilir və buyurur: "Sizin hər hansı biriniz Allahın, Onun Peyğəmbərinin və risalət Əhli-beytinin haqqını tanıyan halda yatağında ölsə, şəhid kimi dünyadan getmişdir."
İmamın (ə) sözlərinin bu hissəsində risalət haqqını tanımağı Allahın və onun Rəsulunun haqqını tanımaqla yanaşı qeyd etməsi islam hədisçilərinin Peyğəmbərdən (s) nəql etdikləri hədisin məzmununu göstərir. O hədis belədir: "Hər kəs öz zəmanəsinin imamını tanımayan bir halda ölsə, cahiliyyət ölümü ilə dünyadan getmişdir."
İmam (ə) başqa bir yerdə hər bir əsr və zamanda ilahi feyzin davam etməsinə işarə edərək buyurur: "Peyğəmbər ailəsinin məsəli səma ulduzları kimidir: Əgər biri batsa, digəri çıxacaqdır."
İmam (ə) risalət ailəsinin xüsusiyyətlərinin vəsfində və bəyanında çox sözlər demişdir, amma onların hamısını qeyd etməyə imkan yoxdur. Nümunə olaraq, bir neçəsini də qeyd edirik. Həzrət onların adları barəsində buyurur: "Atam-anam o kəslərə fəda olsun ki, onların adları göylərdə tanınmış, yerdə isə naməlum qalmışdır."
İmamın indi qeyd edəcəyimiz sözünün bütünlüklə haqq yolu gedənlər üçün olmasına baxmayaraq onların ən yaxşı nümunələri Əhli-beytdir: "(Onlar) dinin həqiqətini, üsul və fürusunu eşitməklə yox, tam əql ilə və ona əməl etməklə tanımışlar; çünki elm raviləri (rəvayətçiləri) çox, ona əməl edənlər isə azdır."
İmam (ə) aşağıda qeyd edəcəyimiz kəlamda onların yüksək məqamlarını tərifləmişdir, başqa yerdə isə onların vilayət və rəhbərliklərini aşkar etmiş, onları ümmətin valiləri və hakimləri, Peyğəmbərin (s) haqq canişinləri, onun malik olduğu mənsəblərin (nübüvvətdən başqa) varisləri kimi tanıtdırmışdır: "Vilayət və imamət xüsusiyyətləri (elm və möcüzə) onlarındır, Peyğəmbərin (s) vəsiyyəti onların barəsindədir və onlar Peyğəmbərin varisləridir."