Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Əməllər

Əməllər

1-ci günün duası

a) Fəcr açılandan sonra bu duanı oxumaq:
اَللّهُمَّ قَدْ حَضَرَ شَهْرُ رَمَضانَ، وَ قَدْ افْتَرَضْتَ عَلَیْنا صِیامَهُ، وَ اَنْزَلْتَ فیهِ الْقُرآنَ،..الخ (1
–––––––––––––––––
1. “Məfatihe novin”, səh. 751.

b) Əllamə Məclisi (rəhmətullah əleyh) “Zadul-məad” kitabında yazır: Şeyx Kuleyni, Şeyx Tusi və başqaları səhih sənədlərlə İmam Musa Kazimin (əleyhis-salam) belə buyurduğunu rəvayət etmişlər: “Mübarək Ramazan ayının 1-ci günündə (aşağıdakı) bu duanı oxu. Hər kəs bu duanı Allahın razılığı xatirinə və riyakarlıq olmadan oxusa, o ildə fitnə-fəsaddan və azğınlıqdan amanda qalar, onun dininə və ya bədəninə doğru zərər yönəlməz. Allah-taala onu o ildəki bəlaların şərrindən qoruyar. Onun əvvəli belədir:
اَللّهُمَّ اِنّى أسْئَلُکَ بِاسْمِکَ الَّذى دانَ لَهُ کُلُّ شَىْء وَ بِرَحْمَتِکَ الَّتى وَسِعَتْ کُلَّ شَىء، وَ بِعَظَمَتِکَ الَّتى تَواضَعَ لَها کُلُّ شَىْء،..الخ (1)
–––––––––––––––––
1. “Məfatihe novin”, səh. 751.

v) İbn Abbas deyir ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Ramazan ayının hər gününün orucu üçün çoxlu fəzilət bəyan edib. Həmçinin, hər gün üçün xüsusi bir dua - fəzilət və çoxlu mükafatlarla birlikdə bəyan edib.
1-ci günün duası belədir:
اَللّٰهُمَّ اجْعَلْ صِیٰامِی فِیهِ صِیٰامَ الصّٰائِمیِنَ وَقِیٰامِی فِیهِ قِیٰامَ الْقٰائِمیِنَ وَنَبِّهْنِی فِیهِ عَنْ نَوْمَةِ الْغٰافِلیِنَ وَهَبْ لـِی جُرْمِی فِیهِ یٰا إِلـٰه الْعٰالَمیِنَ وَاعْفُ عَنِّی یٰا عٰافِیًا عَنِ الْمُجْرِمیِنَ
Əllahumməc’əl siyami fihi siyaməs-saimin, və qiyami fihi qiyaməl-qaimin, və nəbbihni fihi ən nəvmətil-ğafilin, və həb li curmi fih, ya ilahəl-aləmin, və’fu ənni ya afiyən ənil-mucrimin.
İlahi, mənim bu günkü orucumu həqiqi oruc tutanların oruclarından, namazlarımı həqiqi namaz qılanların namazlarından qərar ver! Məni, qəflətdə olanların qəflət yuxusundan oyat, təqsirlərimdən keç, günahlarımı bağışla! Ey aləmlərin Allahı və məni əfv et! Ey günahkarların günahından, təqsirindən keçən! (1)
–––––––––––––––––
1. “Məfatihe novin”, səh. 787

2-ci günün duası

Ramazan ayının 2-ci gününün duasını oxumaq:
اَللّٰهُمَّ قَرِّبْنِی فِیهِ إِلـٰى مَرْضٰاتِکَ وَجَنِّبْنِی فِیهِ مِنْ سَخَطِکَ وَنَقِمٰاتِکَ وَوَفِّقْنِی فِیهِ لِقِرٰاءَةِ آیٰاتِکَ بِرَحْمَتِکَ یٰا أَرْحَمَ الرّٰاحِمیِنَ
Əllahummə qərribni fihi ila mərzatik, və cənnibni fihi min səxətikə və nəqimatik, və vəffiqni fihi liqiraəti ayatik, birəhmətikə ya ərhəmər-rahimin.
İlahi, bu gündə məni Öz razılığına yaxınlaşdırıb, qəzəbindən, cəzandan uzaq et, Sənin kitabını qiraət etməyə müvəffəq et. Səni and verirəm Öz rəhmətinə, ey rəhm edənlərin ən (çox) rəhm edəni! (1)
––––––––––––––––
1. “Məfatihe novin”, səh. 787.

4-cü günün duası

4-cü gündə bu dua oxunur:
اَللّٰهُمَّ قَوِّنِی فِیهِ عَلـٰى إِقٰامَةِ أَمْرِکَ وَأَذِقْنِی فِیهِ حَلٰاوَةَ ذِکْرِکَ وَأَوْزِعْنِی فِیهِ لِأَدٰاءِ شُکْرِکَ بِکَرَمِکَ وَاحْفَظْنِی فِیهِ بِحِفْظِکَ وَسِتْرِکَ یٰا أَبْصَرَ النّٰاظِریِنَ
Əllahummə qəvvini fihi əla iqaməti əmrik, və əziqni fihi həlavətə zikrik, və əvzi’ni fihi liədai şukrikə bikərəmik, vəhfəzni fihi bihifzikə vəsitrik, ya əbsərən-nazirin.
İlahi, bu gündə Sənin əmr və fərmanlarını yerinə yetirmək üçün mənə qüvvə ver, mənə Öz zikrinin şirinliyini dadızdır, Sənin şükrünü əda etməyi mənə ilham et. Səni and verirəm Öz kərəminə! Məni bu gündə eyiblərimi örtməklə hifz et, ey nəzər edənlərin ən bəsirətlisi! (1)

1. “Məfatihe novin”, səh. 788.

3-cü günün duası

3-cü gününün duasını oxumaq:
اَللّٰهُمَّ ارْزُقْنِی فِیهِ الذِّهْنَ وَالتَّنْبیِهَ وَبٰاعِدْنِی فِیهِ مِنَ السَّفٰاهَةِ وَالتَّمْویِهِ وَاجْعَلْ لِی نَصیِبًا مِنْ کلِّ خَیْرٍ تُنْزِلُ فِیهِ بِجُودِکَ یٰا أَجْوَدَ الْأَجْوَدیِنَ
Əllahummərzuqni fihiz-zihnə vət-tənbih, və baidni fihi minəs-səfahəti vət-təmvih, vəcə’l li nəsibən min kulli xəyrin tunzilu fih, bicudikə ya əcvədəl-əcvədin.
İlahi, bu gündə mənə zehn (huşyarlıq, zəkalı olmaq) və ayıqlıq əta et, səfehlikdən (cəhalət və ağlıkəmlikdən), boş, batil danışıqlardan hifz et, bu gündə nazil etdiyin hər xeyirdən mənə də nəsib et. Səni and verirəm Öz bəxşiş və ehsanına, ey ehsan edənlərin ən yaxşısı! (1)
–––––––––––––––––
1. “Məfatihe novin”, səh. 787.

5-ci günün duası

Bu duanı 5-ci gündə oxumaq:
اَللّٰهُمَّ اجْعَلْنِی فِیهِ مِنَ الْمُسْتَغْفِریِنَ وَاجْعَلْنِی فِیهِ مِنْ عِبٰادِکَ الصّٰالِحیِنَ الْقٰانِتیِنَ وَاجْعَلْنِی فِیهِ مِنْ أَوْلِیٰائِکَ الْمُقَرَّبیِنَ بِرَاْفَتِکَ یٰا أَرْحَمَ الرّٰاحِمیِنَ
Əllahumməc’əlni fihi minəl-mustəğfirin, vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin, vəc’əlni fihi min əvliyaikəl-muqərrəbin, birə’fətikə ya ərhəmər-rahimin.
İlahi, bu gündə məni məğfirət, bağışlanmaq istəyənlərdən, saleh və əmrlərinə itaət edənlərdən, Öz dərgahına yaxın olan müqərrəb övliyalarından qərar ver! Səni and verirəm Öz rə’fətinə, ey rəhm edənlərin ən çox rəhm edəni!

“Məfatihe novin”, səh. 788.