Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əmirəl-möminin Əlinin (ə) Kəbənin daxilində dünyaya gəlməsinin sirri

Əmirəl-möminin Əlinin (ə) Kəbənin daxilində dünyaya gəlməsinin sirri

  • Həzrət Əlinin (ə) Kəbədə dünyaya gəlməsinin sirri


    Fil ilinin Rəcəb ayının 30-da bəşəriyyət tarixində analoqu olmayan və ondan sonra da təkrarlanmayan qeyri-adi bir hadisə baş verdi ki, o da Kəbənin daxilində bir körpənin dünyaya gəlməsi idi və ona Əli adını qoymuşdular.
    Onun Peyğəmbərə (s) ilk iman gətirən qadınlardan hesab edilən və Peyğəmbərin besətindən öncə həzrət İbrahimin (ə) dinində olan anası Haşimin oğlu Əsədin qızı Fatimədir. Həmin Fatimə Allah Rəsulunun (s) hədsiz dərəcədə ehtiram etdiyi qadınlardan biridir. O həzrətin atası Peyğəmbərin (s) himayəçisi olan və “Əbu Talib” kimi tanınan İmran idi.
    Hadisənin sənədi
    Əmirəl-möminin Əlinin (ə) Allah evinin daxilində dünyaya gəlməsi elə bir fəzilətdir ki, şiə mühəddisləri və əsil-nəsəb elmi alimləri onu öz kitablarında nəql etmiş və əhli-sünnə alimləri arasında da çoxlu sayda kəslər bu həqiqəti təsdiqləmiş və onu bənzərsiz bir fəzilət hesab etmişlər. Həmin nümunələrin bəzilərinə işarə edirik:
    1. Məhəmməd Maliki yazır:
     وُلِدَ بِمکَّةَ الْمُشَرّفَةَ داخِلَ بَیْتِ الْحَرامِ فی یَوْمِ الْجُمعَةِ الثَّالِثَ عَشَرَ مِنْ شَهْرِاللّهِ رَجَبِ سَنَةِ ثَلاثینَ مِنْ عامِ الْفیلِ... وَلَمْ یُولَدْ فِی الْبَیْتِ الْحَرامِ قَبْلَهُ اَحَدٌ سِواهُ، وَهِیَ فَضیلَةٌ خَصَّهُ اللّه‏ تَعالی بِها اِجْلالاً لَهُ وَاِعْلاءً لَمَرْتَبَتِهِ وَاِظْهارا لِکَرامَتِهِ؛
    “Əli Allah evinin daxilində Fil ilindən 30 il keçmiş, Rəcəb ayının on üçüncü günü, cümə günündə dünyaya gəlmişdir. Ondan öncə kimsə Allah evinin daxilində dünyaya gəlməmişdir və bu cür dünyaya gəlmə uca Allahın həzrət Əliyə (ə) məxsus etdiyi, onu əzəmətli saydığı, onun məqamını ucaltdlğı, həmçinin, kəramət və şəxsiyyətini aşkar etdiyi bir fəzilətdir.” (1)
    2. Hakim Nişaburi yazır: “Həzrət Əlinin (ə) Kəbədə dünyaya gəlməsi bizə təvatür həddində gəlib yetişmişdir.” (2)
    “İndiyə qədər kimsə belə bir fəzilətə malik olmamışdır.” (3) (4)
    Müəyyən zəmin və dəlillər vardır ki, onlardan yalnız birinə işarə edirik:
    Səid ibn Cubeyr Yezid ibn Qənəbdən belə nəql edir: “Mən Abbas ibn Əbdülmüttəlib və Əbdüluzzanın bir neçə övladları ilə Allah evinin müqabilində oturmuşduq ki, gözlənilmədən Əmirəl-mömininin (ə) doqquz aylıq hamilə olan anası Fatimə binti Əsədin doğuş sancısı tutduğu halda ora gəldi.


    فَقالَتْ رَبِّ اِنّی مُؤمِنَةٌ بِکَ وَبِما جاءَ مِنْ عِنْدِکَ مِنْ رُسُلٍ وَکُتُبٍ، وَاِنّی مُصَدّقَةٌ بِکَلامِ جَدّی اِبْراهِیْمَ الخَلیلِ، وَاِنّهُ بَنی الْبَیْتَ العَتیقَ فَبِحَقِّ الّذی بَنی هذَا الْبَیْتَ وَبِحَقِّ الْمَوْلُودِ الَّذی فِی بَطْنی لمّا یَسَّرْتَ عَلَیَّ وِلادَتی

    Sonra Fatimə dedi: “İlahi! Sənə və sənin tərəfindən göndərilən peyğəmbər və nazil olan kitablara imanım var və bu qədim evi tikən cəddim İbrahimin (ə) sözlərini təsdiqləyirəm. Belə isə bu evi tikən kəsin və bətnimdəki körpənin haqqına xatir uşağın dünyaya gəlməsini mənim üçün asanlaşdır!” (5)
    Yezid ibn Qunəb deyir: Biz gördük ki, Allahın evi arxadan (“mustəcar”  tərəfdən) yarıldı, Fatimə evin içinə daxil oldu və sonra biz onu görmədik. Sonra divar yenidən öz əvvəlki halına qayıtdı. Bizim ağlımıza gəldi ki, Allah evinin qapısının qıfılını açaq, lakin qıfıl açılmadı.


    فَعَلِمْنا اَنَّ ذلِکَ اَمْرٌ مِنَ اَمْرِ اللّه‏ عَزّوجَلّ؛

    Bu işin Allah tərəfindən olan bir məsələ olduğunu başa düşdük.” (6)
    Ana ilə uşaq bir neçə gün Allah evinin daxilində qaldılar. Görəsən, ana nə yeyib-içir və digər ehtiyaclarını necə aradan qaldırırdı? Əgər bu məsələ barəsində azacıq düşünülsə, şübhəsiz, bu körpənin və anasının uca fəzilətini və onların ehtiramına xatir çoxlu sayda möcüzənin necə baş verdiyini anlamaq olar; Allah evinin yarılması və sonra birləşməsi, evin daxilində dörd gün qalmaq, doğulan körpənin doğumun çirkinliklərindən pak olması, əks təqdirdə Allahın evinə daxil ola bilməzdi. Cənnət yeməklərindən istifadə etmək və sair. Daha yaxşı olar ki, məsələnin ardını Fatimə binti Əsədin öz dilindən eşidək:
    Kəbədən çölə çıxdıqdan sonra dedi:

    «اِنّی فُضِّلْتُ عَلی مَنْ تَقَدَّمَنی مِنَ النِّساءِ لاَِنَّ آسِیَةَ بِنْتَ مُزاحِمٍ عَبَدَتِ اللّه‏َ عَزَّوَجَلَّ سِرّا فِی مَوْضِعٍ لایُحِبُّ اَنْ یَعْبُدَاللّه‏َ فِیهِ اِلاّ اضْطِرارا، وَاِنَّ مَرْیَمَ بِنْتَ عِمْران هَزَّتِ النَّخْلَةَ الْیابِسَةَ بِیَدِها حَتّی اَکَلَتْ مِنْها رُطَبا جَنیّا، وَاِنّی دَخَلْتُ بَیْتَ اللّه‏ِ الْحَرامَ فَاَکَلْتُ مِنْ ثِمارِ اَلجَنَّةِ وَاَوْراقِها[ارزاقها]؛

     “Həqiqətən, mən özümdən öncəki qadınlardan üstün oldum. Ona görə ki, Müzahimin qızı Asiya (Fironun arvadı) elə bir məkanda Allaha ibadət edirdi ki, istəməzdi həmin yerdə (Fironun sarayında) Allaha ibadət eləsin, amma çarəsiz idi. Şübhəsiz, İmranın qızı Məryəm (ə) quru xurma ağacını əli ilə silkələdi ki, ondan tökülən təzə xurmalardan yesin. Amma mən Allah evinin içinə daxil oldum və cənnət meyvələri və ruzilərindən istifadə etdim.” (7)

    Adqoyma mərasimi

    Kəbənin daxilində dünyaya gələn və dörd gecə və gündüz orada qalan və anası ilə özünə cənnət qidaları verilən nurani körpəni adlandırmaqla bağlı ata-anası, yaxud, nənə-babası deyil, evin sahibi qərar verməli idi. Belə də oldu, Allah-taala öz nemətini (minnətini) ona tamamladı və qeyb aləmindən olan cümlələri körpənin anası Fatimənin qulağına eşitdirdi ki, onun adını nə qoysun.
    Fatimə binti Əsəd deyir:

    «فَلمّا اَردْتُ اَنْ اَخْرُجَ هَتَفَ بی هاتِفٌ یا فاطِمَةُ سَمّیهِ عَلیّا فَهُوَ عَلِیٌ وَاللهُ الْعَلِیُّ الاَعْلی یَقُوْلُ: اِنّی شقَقْتُ اِسْمَهُ مِنْ اِسْمی وَاَدّبْتُهُ باَدَبی وَوَقَفْتُهُ عَلی غامِضِ عِلْمی وَهُوَ الَّذی... یُؤذِّنُ فَوْقَ ظَهْرِ بَیْتی وَیُقَدِّسُنی وَیُمَجِّدُنی فَطُوبی لِمَنْ اَحَبَّهُ واَطاعَهُ وَوَیْلٌ لِمَنْ اَبْغَضَهُ وَعَصاهُ؛(8)

    “Kəbədən çıxmaq istədiyim zaman, qeybdən bir nida edənin mənə belə səsləndiyini eşitdim: “Ey Fatimə! Ona “Əli” adını qoy! O, Əlidir. Əliyyul-əla (ucaməqamlı) olan Allah buyurur: “Həqiqətən, onun adını öz adımdan düzəltdim, onu öz ədəbimlə tərbiyələndirdim, onu öz elmiminin mürəkkəbliyindən agah elədim. O, mənim evimin damında əzan vermiş olacaq, mənə həmd-səna deyəcək kəsdir. Belə isə, onu sevən və ona itaət edəni xoş halına! Ona düşmən olan və itaətsizlik edənin vay halına!”” (8)
    Bu zaman Fatimə binti Əsəd evinə tərəf yollandı. Bir şəxs sürətlə özünü Əbu Talib və onun ailəsinə çatdıraraq həzrət Əlinin (ə) dünyaya gəlməsini müjdə verdi. Onların hamısı və qabaqlarında da Məhəmməd Mustafa (s) olmaqla Fatimə və körpəni qarşılamağa getdilər. Məhəmməd Mustafa (s) körpəni qucağına aldı, öz dilini onun ağzına qoydu və qulağına azan və iqamə oxudu. Əbu Talib uşağın doğulması şərəfinə çoxlu sayda dəvəni qurban kəsdi və bütün camaatı qonaqlığa dəvət etdi. Belə ki, əvvəlcə yeddi dəfə Allah evini təvaf etdikdən sonra Əbu Talibi evinə yollansınlar və həzrət Əliyə (ə) salam söyləsinlər. (9)
    Bu cür dünyaya gəlməyin sirri
    Şiə və sünni olmasından asılı olmayaraq islami cəmiyyətin diqqət yetirməli olduğu mühüm məsələ bu dünyaya gəlmənin Allahın evi Kəbənin daxilində baş verməsinin sirr və fəlsəfəsindən ibarətdir. Məryəm (ə) Quranın aşkarcasına bəyan etdiyi kimi, məsum olmaq əzəməti və oğlunun şəriət sahibi peyğəmbərlərdən olması ilə yanaşı, doğuş sancısı yetişdiyi zaman, ona göstəriş veririlir ki, öz mehrab və ibadətgahını tərk etsin və uzaq bir yerə getsin. (10) Ona görə ki, bura doğum evi deyil, ibadətgahdır. Amma Fatimə binti Əsədi isə ən müqəddəs ibadətgaha, yəni Kəbəyə dəvət edirlər və möcüzə ilə divar yarılır. Bəzi mənbələrdə Fatimə binti Əsədə Kəbə evinə daxil olması üçün ilham edildiyi də qeyd olunmuşdur. (11)
    Hadisənin təhlili
    Əgər məsum imamların (ə), xüsusilə də, Əmirəl-mömininin (ə) imamət və vilayətinə diqqət yetirilsə, tövhidin ən əsas prinsipinin məsum imamların (ə) vilayəti olması anlaşılar. Belə ki, “Silsilətuz-zəhəb” hədisində və onlarla digər hədislərdə aşkarcasına “tövhid kəlməsi”nin imamların (ə) imammət və vilayətinin onun kənarında olması şərti ilə Allahın nüfuzedilməz (alınmaz) qalası olmasına işarə edilmişdir. (12) Bu, ideologiya və etiqad baxımındandır, amma əməl və rəftar baxımından isə əməllərin qəbul edilməsinin ən əsas şərti həzrət Əli (ə) və onun övladlarının imamətini qəbul etməkdən ibarətdir.
    İmam Baqir (ə) belə buyurmuşdur: “Kim izzətli Allaha yaxınlaşmaq üçün ibadət etməkdə təlaş göstərsə, lakin Allah tərəfindən təyin edilmiş bir imamı olmasa, onun təlaşı qəbul edilməz, o, yolunu azmış və sərgərdan olar. Allah da onun əməlləri ilə düşmən olar (onu sevməz).” (13), (14)
    Kaş ki, ev aşağıdakı beytin nümunəsi olaydı:
    Allah doğulmamış və heç bir övlada da malik deyildir. Lakin bir məsələni inkar etmək olmaz, o da Allahın evindən təzəcə doğulan körpənin ağlamaq səsləri eşidilirdi.
    Həzrət Əlinin (ə) Allahın evində dünyaya gəlməsinin sirri budur ki, Allah evinin və tövhidin mərkəzini Əlinin (ə) imamət və vilayəti təşkil edir. Rəvayət mənbələrində bu mətləbə işarə edilmişdir. O cümlədən:

     فَطُوبی لِمَنْ اَطاعَهُ وویلٌ لِمَنْ اَبغَضَه وَعَصاهُ؛

    1. Fatimə binti Əsədin Allahın evindən xaric olduğu anda eşitdiyi cümlələr barədə belə oxuyuruq:
     “Onu dost tutan və ona itaət edən kəsin xoş halına! Onu düşmən sayan və ona itaətsizlik edən kəsin vay halına!” (15)
    Əvvəldə işarə etdik ki, yuxarıdakı cümlələr həzrət Əlinin (ə) Kəbənin daxilində dünya gəlməsinin sirrinin camaatın ona tabe olması və onun imamət və vilayətindən boyun qaçırmaması olduğunu bəyan edir.
    2. Əbu Talibin camaatı həzrət Əli (ə) üçün verdiyi qonaqlığa camaatı dəvət etməsi məsələsində oxuyuruq:

    وَقالَ هَلُمُّوا وَطَوِّفُوا بالبَیْتِ سَبْعا وَادْخُلُوا وَسَلِّموا عَلی عَلیٍّ وَلَدِی (16)

    O dedi: “Ey camaat! Gəlin Kəbənin ətrafını yeddi dəfə təvaf edin, sonra mənim evimə daxil olun və oğlum Əliyə salam verin!” (16)
    Bu sözlər həzrət Əlinin (ə) “sizin gələcək rəhbər və imamınız olacaq” məsələsinə işarə edir.
    İmam Baqir (ə) buyurur:


     «اِنَّما اُمِرَ النّاسُ اَنْ یَأْتُوا هذِهِ الاَحْجارَ فَیَتَطَوّفُوا بِها، ثَمَّ یَأْتُونَنا فَیُخْبِروُنا بِوِلایَتِهِمْ وَیَعْرِضُوا عَلَیْنا نُصْرَتَهُمْ؛(17)

     “Həqiqətən, camaata tapşırıldı ki, gəlib bu daşları (Kəbəyə işarədir) təvaf etsinlər. Sonra bizim (imamların) yanımıza gəlsinlər və bizə nisbətdə vilayət və xəbərlərini izhar eləsinlər və bizə nisbətdə yardım edəcəklərini bildirsinlər.” (17)
    Nəticədə, Əmirəl-mömininin (ə) Kəbənin daxilində dünyaya gəlməsinin  sirri budur ki, camaat namaz halında Kəbəyə tərəf üz tutsunlar və qəlblərini məsum imamların (ə), onların da başında həzrət Əlinin (ə) imamətinə tərəf çevirsinlər və həzrət Əlinin (ə) tövhid evinin daxilində yeri olmasını əsla yaddan çıxarmasınlar.

      İstifadə edilən ədəbiyyat


    1. “əl-Fusulul-muhimmə”, səh. 12-13; “Biharul-ənvar”, c. 35, səh. 8.
    2. Hakim, “Mustədrək”, c. 3, səh. 483.
    3. “Şərhe qəsideyi Əbdülbaqi Əfəndi”, səh. 15.
    4. “Murucuz-zəhəb”, c. 2, səh. 349; “Şərhuş-şifa”, c. 1, səh. 151; “Məvsuətu tarixil-islami”, c. 1, səh. 306.
    5. “Biharul-ənvar”, “Darul-həyatit-turasil-ərəbiyyə” nəşriyyatı, c. 35, səh. 8, hədis 11; Müraciət edin: Şərif Rza, “Xəsaisu Əmirəl-muminin”, səh. 39; Əllamə Əmini, “əl-Qədir”, c. 6, səh. 22.
    6. Həmin mənbə.
    7. “Biharul-ənvar”, c. 35, səh. 8.
    8. “Biharul-ənvar”, c. 35, səh. 9, 11-ci hədisin ardınca.
    9. “Biharul-ənvar”, c. 35, səh. 18; “Elamul-hidayə”, c. 2, səh. 50.
    10. “Məryəm” surəsi, ayə 22-23.
    11. “Sunnətul-hidayə”, səh. 129.
    12. Müraciət edin: Səduq, “Tovhid”.
    13. “Üsuli-Kafi”, c. 1, səh. 183.
    14. “Biharul-ənvar”, c. 27, səh. 194; Müraciət edin: Xarəzmi, “Mənaqib”, səh. 28.
    15. “Biharul-ənvar”, c. 35, səh. 8, 11-ci hədisin ardınca.
    16. Həmin mənbə, səh. 18, 14-cü hədisin ardınca.
    17. “Uyuni-əxbarir-Rza”, c. 2, səh. 262, hədis 29-30.

    http://www.sibtayn.com/az