Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Zina haqqında

Zina haqqında

  • Zina haqqında

    Zinanın qadağan olması


    Quran:
    «Zinaya yaxınlaşmayın ki, o fahişəlik və pis yoldur.» (İsra, ayə 32)

    Hədis:

    Allahın Peyğəmbəri (s):«Əgər ərli qadın öz gözünü ərindən başqa bir kişi, ya naməhrəmlə doldurarsa, Allah-taala ona qəzəblənər və onun bütün əməllərini batil edər. Əgər öz ərinə xəyanət edərsə, ona qəbr əzabı verdikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır.» (Biharul-Ənvar, c.76,səh. 366, hədis 30)

    İmam Əli (ə):«Qeyrəti olan, heç vaxt zina etməz.» (Nəhcül-Bəlağə, hikmət 305)

    İmam Sadiq (ə):«Qiyamət günü ən şiddətli əzab, öz nütfəsini ona haram olan rəhmdə yerləşdirən kişiyə veriləcəkdir.» (Biharul-Ənvar, c.79,səh. 26, hədis 28)

    İmam Rza (ə):«Zina bu fəsadlara səbəb olduğuna görə haram edilmişdir: İnsan qətli, əsl-nəcabətin aradan getməsi, uşaqların tərbiyəsizləşməsi, irs, miras məsələsinin pozulması və bu kimi fəsadlar.» (Biharul-Ənvar, c.79,səh. 24, hədis 19)

    Zinanın nəticələri
    Allahın Peyğəmbəri (s) :«Ey Əli! Zinanın altı nəticəsi var: üçü dünyada, üçü axirətdə üzə çıxar. Dünyadakı nəticələri budur ki, abır-həyanı aparar, ölümü tezləşdirər və ruzini kəsər. Axirət nəticələri isə ağır və dəqiq hesabatın aparılması, Rəhman Allahın qəzəbi və Cəhənnəm odunda əbədi qalmaqdan ibarətdir.» (Biharul-Ənvar, c.79,səh. 22, hədis 15)

    İmam Əli (ə):«Zina yoxsulluq gətirər.» (Biharul-Ənvar, c.79,səh.23, hədis18)

    İmam Baqir (ə):«Allahın Rəsulunun (s) kitabında belə yazıldığını gördük:«Məndən sonra zina aşkarda olunacağına görə qəfil ölümlər çoxalar.» (əl-Kafi, c.2,səh. 374, hədis 2)

    İmam Sadiq (ə):«Zina geniş yayılanda zəlzələlər baş verər.» (Təhzibul-Əhkam, c.3, səh. 148, hədis 318)


    Bədənin hər üzvünün zinadan bəhrəsi var
    Məsih (ə):«Ətirlənib bayıra çıxan qadın, nə qədər ki, onun ətri başqalarının burnuna yetişir, zinakardır və ona baxan hər bir göz zina edir.» (Tənbihul-Xəvatir, c.1, səh. 28)

    Məsih (ə):«Sənə məxsus olmayan qadına gözünü dikmək olmaz. Çünki gözünü (naməhrəmə baxmaqdan) saxlayanadək, heç vaxt zina etməzsən. Əgər naməhrəm qadının hətta libasına baxmamağı bacarsan, belə et.» (Tənbihul-Xəvatir, c. 1,səh. 62)

    Allahın Peyğəmbəri (s):«İnsanın bədən üzvlərinin hər birinə zinadan bir bəhrə yazılmışdır ki, istər-istəməz ona yetişər. Məsələn, gözün zinası (naməhrəmə) baxmaq, ayağın zinası günaha tərəf getmək və qulağın zinası haram səslər eşitməkdir.» (Kənzul-Ummal,hədis 13026)

    Mənbə: Mizanul-Hikmət

    Zina və onun ziyan verici əsərləri haqqında hədislər
    Allahın Rəsulu (s.a.a.) buyurur: "Tövratda belə yazılmışdır ki, Allah buyurur: Mən qatillərin qatili, zina edənləri fəqir və pərişan edən Allaham!” (Kafi 5/ 554)

    İmam Sadiq (ə) buyurur: "Zina edənin altı xüsusiyyəti vardır ki, üçü dünya da üçü də axirətdə şamil olur. Dünyaya aid olanlar abırsızlıq, fəqirliq və ömrün qısalması, axirtədə aid olanlarsa Allahın qəzəbinə düçar olmaq, hesabın çətinliyi və əbədi olaraq cəhənnəm əzabında qalmaqdır”. (Kafi 5/ 541)

    Allahın Rəsulu (s.a.a.) buyurur: " Ey cammat, zina etməyin, (əks halda) qadınlarınız da zina edəcəkdir (hər günah etsən, onu müvafiq cəza görəcəksən)”. (Kafi 5/ 554)

    Allahın Rəsulu (s.a.a.) buyurur: "Hər kəs haram yolla qadınla qol-boyun olsa, şeytanla birlikdə atəşdən olan zəncirlə bağlanıb cəhənnəmə atılacaqdır”. (Mən la yəhzuruhul-fəqih 4/ 14)

    Həzrəti İmam Sadiq (ə) buyurur: "İnsan hər hası yolla (qanunsuz yolla) inzal etsə (məni, sperma xaric etsə) zina hökmündədir”. (Kafi5/ 54)

    Allahın Rəsulu (s.a.a.) buyurur: ”Məlundur o, kəs ki, heyvanlarla cinsi yaxınlıq edə”. ( Kafi 2/ 270)

    Allahın Rəsulu (s.a.a.) buyurur: "Qadınların bir-biri ilə (cinsi ehtirasla) bir yatağa girməsi zinadır”. (Kənzul-ummal 5/ 316)

    Mənbə: Peyğəmbər (s) və Əhli-Beyt (ə) gülüstanından bir dəstə gül