Məhərrəm ayının 25-ci günü
- Ətraflı
- Baxış sayı: 46260
1-Seyyidül-Sacidin Əli ibn Hüseynin (ə) şəhadəti
2-Məmun tərəfindən qardaşı Məhəmməd Əminin qətlə yetirilməsi
Məşhur rəvayətə görə imam Səccad (ə) hicri təqvimi ilə 94-cü il, məhərrəmin ayının 25 şəhadətə çatıb. O həzrət (ə) adı, camaat arasında daşıdığı əhəmiyyətli xüsusiyətlərlə tarixin yaddaşına həkk oldu.Onun bərəkətli ömrü, islam tarixində ən keşməkeşli dövrlərdən birinə təsadül edirdi. O həzrətin gözəl əxlaqi fəzilətləri hər bir məclisdə danışılırdı. İmam, camaatın məhəbbətini qazanıb onların ürəyində özünə yer alımışdı. Bu isə əməvilər üçün dözülməz bir hal idi və onları incidirdi. Hamıdan daha çox İbn Əbdülməlikin oğlu imama qarşı ürəyin kin bəsləyirdi və dəfələrlə demişdi: “Əli ibn Hüseyn (ə) dünyada olduqca mənə rahatlıq yoxdur”. Ona görə də o, hakimiyyətin cilovunu ələ adlıqda, imamı zəhərləyib öldürməık qərarına gəldi. Öldürücü bir zəhəri Mədinəyə, nəzədə tutulan işi yeriə yetirənə göndərib göstəriş verdi ki, onu imama yedirtsin. O nanəcib də məlun oğlunun göstərişini həyata keçirdi. Zəhər imam mübarək bədəninə yayılıb təsirini göstərdi. Beləliklə Seyidüs-Sacidin - Əli ibn Hüseyn (ə) 57 yaşında müqəddəs Mədinədə şəhərində şəhadətə çatdı.
İmam Səccadın (ə) pak bədəni, Mədinə şəhərində bənzərsiz şəkildə torpağa tapşırıldı. Müxtəlif məntəqələrdən dəstə-dəstə insan kütləsi onun cənazəsinin dəfnində iştirak etdi. Hamılıqla həzrətin şəhdətinə görə qəlbi sınıq və hüznlü idi. Məzlum İmamla vidalaşdıqları üçün göz yaşı tökdülər. İmam Baqir (ə) əziz atasının pak bədənini Bəqi məzarlığında əmisi Müctəbanın məzarının kənarında dəfn etdi.
Harun Ər-Rəşid həyatda olduğu dövürdə öz oğlu Məhəmməd Əmini özünün canişini təyin etdi. Onun anasının adı Zübeydə idi. Əmindən böyük oğlu Abdullah Məmunu isə Əminin vəliəhdi (vəziri) təyin etdi .
Harunun ölümündən sonra Əmin beş il, xəlifəlik etdi və qardaşını vəliəhdlikdən kənarlaşdırdı. Xorasanda əmirliyə sahib olan Məmun iranlıların köməyi ilə qardaşının ziddinə qiyam etdi. Nəhayət Tahir ibn Zülyəmineyni böyük bir ordu ilə Bağdada göndərdi. Məmun və Əminin qoşunu arasında baş verən döyüş zamanı Əminin qoşunu məğlub oldu. Hicri təqvimi ilə 198-ci il, məhərrəm ayının 25-ci günü Məmunun qoşun başşısı Tahir, Əmini öldürdü və başını Mərvə göndərdi. Bu minvalla abbasi xilafəfi Məmunun əlinə keçdi. (Kamil ibn Əsir: c. 6, s. 287)

sibtayn.com/az