Cümə05032024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhli-beyt (ə) ƏHLİ-BEYTƏ MƏHƏBBƏT

ƏHLİ-BEYTƏ MƏHƏBBƏT

   Əhli-beytin əzəmətini dərk etmək və onların uca məqamlarına çatmaq, həqiqətdə, çətin bir məsələdir.
Peyğəmbərin (s) Əbuzərə nəsihəti

«Sənə, Əhli-beytimə məhəbbətli olmağı nəsihət edirəm. Allah-təala onları hər cür nöqsan və pisliklərdən uzaq edib, pak qərar vermişdir».
   Əhli-beytin əzəmətini dərk etmək və onların uca məqamlarına çatmaq, həqiqətdə, çətin bir məsələdir.
   Biz, Əhli-beytə olan bu bağlılıq və məhəbbətin sirrini bilmirik. Bəlkə də, belə təsəvvür edirik ki, onlar Peyğəmbər (s) övliyaları olduğu üçün onları sevməliyik! Əgər belə olsaydı, onların dərəcə və məqamları Quranla yanaşı tutulmazdı. Əhli-beytə məhəbbətin bu dərəcədə təkid olunması, onların Peyğəmbərlə (s) qohum olmaları səbəbindən deyil. Belə olsaydı, Peyğəmbərin (s) bir neçə həyat yoldaşı var idi ki, onlar barəsində də Əhli-beyt üçün buyurulan tə`kidlər olunardı. Lakin məlumdur ki, onlar haqqında heç bir xüsusi göstəriş verilməmişdir. Əhli-beyt barəsində olan təkidlər, Allahın onları hər cür eyib və çirkinliklərdən pak qərar verməsi səbəbindəndir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə