Bz04282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran "Tin" surəsi

"Tin" surəsi

.95.
ət-Tin (Əncir) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

1.    And olsun əncirə və zeytuna;
2.    And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
3.    And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
4.    Biz insanı ən gözəl biçimdə yaratdıq!
5.    Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
6.    Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları minnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
7.    (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?
8.    Məgər Allah hakimlər hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə