Bz.er04292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Nəfsani istəklərlə mübarizə vasitələri və İradə gücü

Nəfsani istəklərlə mübarizə vasitələri və İradə gücü

Nəfsani istəklərlə mübarizə aparmaq üçün ilk görməli olduğumuz iş – iradəmizi gücləndirməkdir. İnsanların əksər hissəsi iradə zəifliyindən əziyyət çəkirlər. Lakin çox az insan iradələrini gücləndirmək üçün cəhd göstərirlər. Bir qədər təmrin edir və nəfslərini tərbiyə etməklə məşğul olurlar. Çətinliklə üzləşən kimi geri çəkilir və təslim olurlar. Elə bilirlər ki, getdikləri yol kifayət deyildir. Ancaq əsil problem – bu yolda göstərdikləri süstlük və tənbəllikdir. (Tebyan)
İradəni gücləndirməyə yardım edən amilləri tanıyaq:
- Allahdan daima yardım istəyib, Məsumlara (ə) təvəssül etmək. Xüsusilə də İmam Zaman ağaya (ə.f).
- Quranla yaxın olmaq və onu tilavət etmək, tərcüməsi ilə tanış olmaq, ayələri haqqında təfəkkür etmək.
- Əxlaqa təsir qoyan dualarla yaxın olmaq. O cümlədən: “Məkarim əxlaq”, “Xəmsə əşərə” duası, “Kumeyl”, “Təvəssül”, “Şəbaniyyə” münacatı kimi.
- Pak insanlarla və görkəmli alimlərlə rabitə qurmaq və onlarla get-gəl etmək.
- Yatmazdan əvvəl əməllərini hesaba çəkmək.
- İnsanı tənbəlləşdirən əməllərdən çəkinmək.
Nəfsani istəklərlə mübarizə aparmaq üçün bəzi amillərə diqqət etmək:
- Naməhrəmlərə və onların şəkillərinə baxmaqdan çəkinmək. İmam Sadiq (ə) buyurur: “Baxış ardınca baxış, baxanın ürəyində şəhvət yaradar”. “Baxış – şeytanın oxlarındandır”.
- Fasiq və əxlaqsız insanlarla rabitə qurmaqdan çəkinmək.
- Mömin insanlarla dost olmaq.
- Hər bir halda Allahı unutmamaq.
- Günah fikrini qəlbə buraxmamaq.
- Davamlı olaraq idmanla məşğul olmaq.
- Moizə verən kitablar oxumaq və hər gün azı bir saat kitab mütaliəsi ilə məşğul olmaq.
- Özünü hər yerdə Allahın dərgahında görmək və Onu əməllərinə Nazir kimi görmək.
- Günahın çirkin simasına diqqət etmək.
- Nə zaman günah fikirləri zehnə gəlsə, diqqətini Allaha və şərəfli işlərə yönəltmək.
- Şeytanın (lən) düşmən olduğunu qəbul edib, o məlunla mübarizə aparmaq.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə