Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə ƏQİDƏ Ümmətin bu dövrdəki İmamı kimdir?

ƏQİDƏ

Ümmətin bu dövrdəki İmamı kimdir?

Zamanın imamını tanımadan ölən şəxs cahiliyyət dövrünün insanı kimi dünyadan köçmüşdür". İslam firqələri arasında imamət və rəhbərlik məsələsi bir mənalı şəkildə qarşılanmasa da, bütün firqələr İmam və rəhbərin olmasını qəbul edir. Peyğəmbərdən (s) qeyd edilən bu hədis məna cəhətdən eyni şəkildə həm şiə, həm də əhli-sünnə kitablarında müxtəlif formalarda qeyd olunmuşdur.
Peyğəmbərdən (s) nəql olunan bu hədis doğurdan da, əql sahiblərini araşdırma etməyə vadar edən, zəmanəsinin imamını və rəhbərini tanımağa istiqamətləndirən bir hədisdir. Onlardan bir neçəsini qeyd edək: Şiə mənbələrindəki bu hədisi mərhum Kuleyni Hüseyn ibn Muhəmməddən, o da Muəlla ibn Muhəmməddən, o da Həsən bin Əli Əl-Vəşşadan, o da Əhməd bin Aizdən, o da İbn Ədinədən, o da Füzeyl bin Yəsadan nəql etmişdir. Ravilərin hamısı siqə (etimadlı şəxs) və 12 imamçıdırlar (şiədirlər). Rəvayətin də səhih və doğru olmasında heç bir şəkk-şübhə yoxdur. قال رسول الله صلى الله عليه وآله : من مات وليس عليه إمام فميتته ميتة جاهلية فقلت. قلت : فكل من مات وليس له إمام فميتته ميتة جاهلية ؟ ! قال : نعم Füzeyl İbn Yəsar deyir: "İmam Sadiqin (ə) hüzurunda idim. Həzrət (ə) söhbətə başladı və Peyğəmbərin (s) belə buyurduğunu dedi: "Hər kəs İmamı olmayan halda ölərsə, cahiliyyət dövünün insanı kimi dünyadan getmişdir. Mən: "Hər kəs imamsız ölərsə, ölümü cahil insanın ölümü kimidir?" – deyə soruşdum. İmam (ə) buyurdu: "Bəli" (Kafi, c.1, s.376). Digər hədisi də Kuleyni bu sənədə əsasən nəql edir: أحمد بن إدريس ، عن محمد بن عبد الجبار ، عن صفوان ، عن الفضيل ، عن الحارث بن المغيرة قال : قلت لأبي عبد الله عليه السلام : قال رسول الله صلى الله عليه وآله : من مات لا يعرف إمامه مات ميتة جاهلية ؟ قال : نعم ، قلت : جاهلية جهلاء أو جاهلية لا يعرف إمامه ؟ قال جاهلية كفر ونفاق وضلال Əhməd ibn İdris (Şey Kuleyninin hədis müəllimlərindən) Əbu Əli Əşəridən (Siqə və şiənin seçilən hədis ravilərindədnir), o da Muhəmməd ibn Əbdül Cəbbardan, o da Səffanbin Yəhyadan, o da Füzeyldən, o da Haris ibn Müğeyrədən belə nəql edir: "İmam Sadiqdən (ə) soruşdum: "Peyğəmbər "hər kəs İmamı olmadan ölərsə, cahil və dinsiz kimi ölmüşdür" – buyurubmu?" İmam cavab verdi: "Bəli". Mən imamdan: "Belə bir şəxsin ölümü cəhalət və nadanlıqda dünyadan getmiş şəxsin (cahili qasir, yəni məlumatsız və anlamaz birinin) ölümü kimidir? Yoxsa İmamını tanımayan cahil (cahili müqəssir) bir şəxsin ölümü kimidir?" – soruşduqda İmam (ə) belə cavab verdi: "Küfr, nifaq və azğınlıqda olan bir şəxsin ölümü kimi" (Kafi, c.1, səh.377). Qeyd etdiyimiz bu rəvayət də səhihdir. Şeyx Müfid belə deyir: "Peyğəmbərin (s) bu kəlamı təvatür həddinə çatmışdır". Bildiyimiz kimi, mütəvatir hədislər istər sünni, istərsə də şiələr tərəfindən nəql edilən və onların yanında mötəbər hesab olunan hədislərə deyilir. Və bunu da qeyd edək ki, artıq belə hədislərin sənədinin araşdıılmasına ehtiyac duyulmur. Amma buna baxmayaraq, "Kafi" kitabında (səh.374-375) buna bənzər, sənədi də səhih və yaxud etimadlı hədislər var. İndi isə bu hədisi sünni mənbələrində axtaraq. Kəlam elminin böyüklərindən və VII əsrin (h.q) görkəmli əhli-sünnə alimlərindən olan Taftazani Peyğəmbərin (s) belə dediyini qeyd edir: من مات ولم يعرف إمام زمانه مات ميتة جاهلية "Zəmanəsinin imamını tanımadan dünyadan köçən şəxs dünyadan cahil köçmüşdür" (Şərhul Məqasid, c.2, səh.275). Əhməd öz "Müsnəd" kitabında Əbu Salehdən, o da Müaviyyədən Peyğəmbərin (s) belə dediyini qəbul edir: قال رسول اللَّهِ صلى الله عليه وسلم من مَاتَ بِغَيْرِ إِمَامٍ مَاتَ مِيتَةً جَاهِلِيَّةً "Bir kəs imamı olmayan halda ölərsə, o cahil kimi dünyadan köçmüşdür" (Müsnəd Əhməd, c.4, səh.96). IV əsr (h.q) əhli-sünnə böyüklərindən olan İbn Həbban Asim ibn Əbi Nəcvəddən (7 Quran qarisindən biri olub), o da Əbi Salehdən, o da Müaviyyədən Peyğəmbərin (s) belə dediyini nəql edir: قَالَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم مَنْ مَاتَ وَلَيْسَ لَهُ إِِمَامٌ مَاتَ مَيْتَةً جَاهِلِيَّةً "Hər kəs imamı olmadan dünyadan köçərsə, cahil kimi dünyadan köçmüşdür" (Səhih İbn Həbban, c.10, səh.434). Əlbani də bu hədis və ravilərinin siqə olduğunu söyləmişdir. Bu hədisi ibn Əbi Asim də özünün "Əs-sünnə" kiatabında da (c.2, səh.503) elə məhz bu formada nəql etmişdir. İbn Həcər Əsqəani bu hədis barədə belə deyir: والمراد بالميتة الجاهلية وهي بكسر الميم حالة الموت كموت أهل الجاهلية على ضلال وليس له امام مطاع لأنهم كانوا لا يعرفون ذلك وليس المراد أنه يموت كافرا بل يموت عاصيا İmamsız olan bir kəsin ölümü cahil insanın ölümü kimidir ki, cahiliyyət dövründə yaşamış və tabe olacağı bir İmamı belə olmadan zəlalət içərisində dünyadan köçmüşdür. Çünki onlar heç nə bilmirdilər" – deyərək əlavə edir: "Bu onların kafir kimi deyil, günahkar kimi ölmələrinə işarədir. İmam Sadiqin (ə) belə bir şəxsin ölümünü "Küfr, nifaq və azğınlıqda olan bir şəxsin ölümü kimi" qiymətləndirməsinə baxmayaraq, Cənab Əsqəlaninin hədisi "Belə şəxs kafir yox, günahkar kimi ölür" – deyə şərh etməsininin səbəbini yəqin ki, aydındır. Bəs görəsən, ümmətin bu zamandakı İmamı kimdir?!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə