Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Dünya şöhrətli siyasi xadim və alimlərin İmam Hüseyn (ə) haqqında sözləri

Məhərrəm yazıları

Dünya şöhrətli siyasi xadim və alimlərin İmam Hüseyn (ə) haqqında sözləri

Dünya şöhrətli siyasi xadimlərin və alimlərin Həzrət İmam Hüseyn (ə) haqqında söylədikləri aşağıdakı fikirləri diqqətinizə çatdırmaq istəyirik...
Mahatma Qandi (Hindistanın dövlət xadimi): "Mən Həzrət Hüseynin (ə) İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək Həzrət Hüseyndən (ə) örnək alıb onun yolu ilə getsin."
Çarlz Dikkenz (yazıçı): "Əgər Həzrət Hüseynin (ə) qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaqdırsa, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər. Ağıl belə hökm edir ki, o yalnız İslam yolunda bu fədakarlığı edib."

Tomas Korlayl (filosof): "Kərbəla faciəsindən aldığımz ən gözəl dərs odur ki, Hüseyn (ə) və onun silahdaşları Allaha necə möhkəm bir imanla bağlanmışdılar. Onlar öz əmanətləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Hüseyn (ə) bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirdi."

Edvard Braun (tarixçi): "Görəsən elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla dolmasın? Hətta qeyri müsəlmanlar bu İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar."

Moris Dokberi (yaziçi): "Əgər tarixçilərimiz bu günün (Aşura gününün) həqiqətlərini dərk edib anlasaydılar, Hüseynə (ə) əza saxlamağı ağılsız bir hərəkət kimi qiymətləndirməzdilər."

Marbini (Alman filosofu): "Müsəlmanların bir millət kimi mövcudluğu Hüseyn (ə) şəhadəti ilə bağlıdır. Ona görə ki, Hüseyn (ə) eşqi ilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz."/ihq/

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə