Bz04282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları İmam Hüseynin (ə) südəmər körpələri” mərasimi

Məhərrəm yazıları

İmam Hüseynin (ə) südəmər körpələri” mərasimi

Xəbər verildiyinə görə, hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda “İmam Hüseynin (ə) südəmər körpələri” tədbirləri keçirilib.

 
 
Hər il Məhərrəm ayının ilk cüməsində dünyanın beş qitəsində analar və uşaqlar öz ölkələrində bu mərasimi keçirir. Bu il dünyanın müxtəlif ölkələrində 3500-dən çox tədbir keçirilib.
 
Bu mərasimdə minlərlə südəmər körpə hüseyniyyələr və məscidlərdə Həzrəti İmam Hüseynin (ə) südəmər körpəsinin xatirəsinə Kərbəla çölünün 6 aylıq şəhidi ilə səs-səsə verir və analar öz laylaları ilə Həzrəti Əli Əsğərin (ə) anası Həzrəti Rubabın kədərinə şərik olurlar.  "Biz bu işlə Əli Əsğərin (ə) dilindən dünyaya bildirmək istəyirlər ki, islam təhlükədə olarsa, biz də kiçik, böyük, hətta bir neçə aylıq uşaqları islama təqdim edirik. Hazırda islam ölkələrində çoxlu Əli Əsğərlər anası, çoxlu analar da Əli Əsğərsiz qalıblar. Biz bu gün onların məzlumluğunu uca səslə fəryad edir və dünyaya elan edirik ki, son damla qanımıza qədər Hüseynçiyik"-deyə tədbirdə iştirak edən analardan biri deyib.
 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə