Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Məhərrəm ayının 5-də baş verən hadisələr

Məhərrəm yazıları

Məhərrəm ayının 5-də baş verən hadisələr

Artıq Məhərrəm ayının 5-də Ömər Sədin başçılığı ilə 16 mindən artıq sayı olan ordu Kərbəla səhrasında İmam Hüseynin karvanının qarşısını almaq üçün yerləşmişdilər.

 

Amma bəzi kufəlilərin İmam Hüseynə qoşulmaq ehtimalı var idi. Buna görə Ubeydulla ibni Ziyad  Şəbəs ibni Rəbəini məmur etdi ki min nəfərlə Kufə-Kərbəla yolunu nəzarətə götürsün. Bu müddət ərzində İmam Hüseynin karvanına qoşulmaq istəyən bir çoxlarının qarşısı alındı. Kufədə İmam Hüseunə qovuşmaq istəyənlər də maneələr və təhlükələrlə üzləşdilər.

 

Ubeydullah ibni Ziyad tərəfindən daha bir şəxs Zəcər ibni Qeys 500 nəfərlik qüvvə ilə Kərbəla-Kufə yolunda nəzarəti gücləndirdilər. Onlara əmr edilmişdi ki burada Kərbəlaya gedənləri tutub dərhal öldürsünlər.

 

Amma bu gündə Amir ibni Əbi-Sələmə adlı bir kufəli özünü İmam Hüseynə çatdıra bildi. O Aşura günündəki döyüşdə şəhid oldu.

 

Ubeydullah ibni Ziyadın əmri ilə Kufə-Kərbəla yolunu nəzarətə götürən məmur Şəbəs ibni Rəbəi Peyğəmbəri görmüş və ona iman gətirmişdi, Daha sonra Peyğəmbərin dövründə mürtəd olanlardan idi. Daha sonra müsəlman oldu. İmam Əlinin xəlifəliyi dövründə Suffeyn muharibəsində İmama qarşı vuruşdu. Sonra da İmam Hüseynə qarşı döyüşlərə qatıldı.

 

Bu gün üçün oruc tutmaq ən əsas müstəhəb əməl kimi tövsiyə edilib.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə