Çr05152024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Dünya, İslam nəzərində!

Öyüd-Nəsihət-Rəvayət

Dünya, İslam nəzərində!

Dünya həyatının həqiqəti barəsindəki ayə və rəvayətlər üç qismə bölünür:
1.Onlardan bəziləri dünyanı məzəmmət edir. Dünya bərəsində "oyun və boş şey" ifadələri Quranın Məhəmməd surəsinin 36-cı ayəsi, Ənam surəsi 64-cü ayə, Ənkəbut surəsi 20-ci ayələrdə işlənilmişdir. Həmçinin, dünya barəsində, "az azuqə, qürür yeri, mal-dövlət yığmaq yeri və fəxrlənmə yeri" kimi ifadələrə də rast gəlirik.
2. Başqa ayə və rəvayətlərdə dünya həyatı barəsində elə fikirlər söylənilir ki, dünyanın sevimli və bəyənilmiş oldğunun əlamətləridir. Məsələn, dünya barəsində gələn ifadələrdən, "Allahın fəzli", Tövbə surəsi-28, Nəhl surəsi-16, Nisa surəsi-37, Nur surəsi-24-cü ayələrdə işlənmişdir. O cümlədən, dünya barəsində "Xeyir" ifadəsi, Quranın Bəqərə surəsinin 180, 251, 272-ci ayələri, Adiyat surəsinin 6-cı ayəsi və Məaric surəsinin 70-ci ayəsində gəlib. "Rəhmət" ifadəsi, Hud surəsinin 9-cu ayəsi, İsra surəsinin 100-cü ayəsi, Kəhf suəsinin 82-ci ayəsində qeyd olunub. Dünya barəsində "Həsənə”(ehsan) sözü, Əraf surəsinin 130-cu ayəsi və Tövbə surəsinin 50-ci ayəsində gəlmişdir. Bunların müqabilində, bəzi ayə və rəvayətlərdə xüsusi şəraitdə maddi məhrumiyyətdə qalmaq məzəmmət olunmuşdur.
3. Ayə və rəvayətlərin üçüncü dəstəsi, yuxarıdakı iki dəstə ayə və rəvayətlərin izahına varır. Belə ki, ibtidadən iki dəstə ayə və rəvayətlərdə nəzərə gələn ziddiyyəti aradan aparır. Belə ayələr, dünayanı, əgər axirət üçün müqəddəmə qarar verilərsə, məhbub olduğu bəyan olunur. Belə olan halda, dünya bəyənilib ona bir növ əsalət verilir. Nümunə üçün aşağadakı ayədə buyurur:
"Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyən, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların, məhz onların qazandıqları günaha görə düşəcəkləri yer Cəhənnəmdir."(Nəhcül-bəlağə 131-ci hikmət )
Dünya, rəvayətlərdə
Həzrət Əli ( əleyhissalam) buyurur: "Dünya, Allaha yaxın olanların ticarət yeridir. (Vəsail-Şiə c.12. səh.17 )"
İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: "Dünya, axirət tarlasıdır." Və ya "Dünya, axirətə yaxşı köməkdir." Həmçinin, başqa yerdə buyurur:
"Saleh (halal) mal, saleh şəxslərə necədə yaxşıdır!"(Şura surəsi-27 )
Bu rəvayətlərdən məlum olur ki, dünya axirətə müqəddəmə üçün yaxşıdır. Rəvayətlərdə, "ticarət yeri, tarla və kömək" ifadələrindən məlum olur ki, dünya olmasa, insanın axirəti də yoxdur. Lakin, bəzən insan dünyanın axirətə müqəddəmə olduğunu unudub, ona əsalət verir və hesab edir ki, dünya əsas hədəfdir. Belə olduqda, isə yalnız, öz rifahı üçün çalışıb, Allahdan qafil olur. Quran bu barədə buyurur:
"Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməklə) yer üzündə həddi aşardılar.(İsra surəsi 83)”
Yaxud, başqa yerdə buyurur: "İnsana bir nemət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus olar."(Ələq surəsi-6-7 )Başqa surədə buyurur:
"Xeyr! Kafir insan azğınlıq edər. Özünün dövlətli olduğunu (bir şeyə ehtiyacı olmadığını) gördüyü üçün! "(Biharul-ənvar. C.72.səh.59 )
İlahi rəhbərlər, mal-dövləti kifayət edənə kimitəşviq edirlər. Rəvayətlərdən birində İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm)nəql olunur, buyurur:
"İlahi! Məhəmmədə, Əhli–beytinə və onları sevənlərə kifəyət qədər ruzi ver! (Nəhcül-bəlağə.Xütbə-45 )"Nəhcül-bəlağədə oxuyuruq:
"Dünyada, kifayətindən artıq tələb etmə və əlinə yetişənə də şükr et!(Bozorgsal və cavan. C. 1.səh. 272 ) "
Ayə və rəvayətlərdən, dünyada mal-dövlətin insanın iqtisadi həyatında doğru və düzgün idiologiya ilə mühüm olduğu aydın olur. İndi də, İslam dini mal kəsb edib xərc etməkdə bizlərə hansı göstərişlər verməsinə nəzər salaq. İmam Səccad (əleyhissalam) bu məsələnin mühüm olduğundan ona hüquq nisbət verir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə