Bz05192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İman-Təqva Tövbə edən zaman bu 6 şərtə diqqət yetirmək lazımdır

İman-Təqva

Tövbə edən zaman bu 6 şərtə diqqət yetirmək lazımdır

Bir şəxs İmam Əlinin (ə) hüzurunda özünü göstərmək üçün dedi:
(Allahdan bağışlanmaq istəyirəm.) Həzrət Əli (ə) dedi: «Anan matəminə otursun! Bilirsənmi, istiğfar təkcə dildə deməklə deyil. Onun yüksək mərhələsi var. (Sonra buyurdu Tövbə və istiğfarın altı şərti var:
1. «Keçmiş günahlardan peşman olmaq».
2. «Günahları tərk etməyi qərara almaq».
3. «Camaatın haqqını yeyibsə onları qaytarmaq».
4. «Allahın onun üzərinə qoyduğu vəzifələri yerinə yetirmək». (Namaz qılmaq, oruc tutmaq kimi).
5. «Bədəninin haram maldan əmələ gələn ətlərini ibadətlə əritmək».
6. «İnsanın bədəni günahın ləzzətini çəkdiyi kimi ibadətin çətinliyini də dadsın». Bu mərhələlərdən sonr Allahdan bağışlanmaq istəyirəm deyə bilərsən».

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə