Bz.er04292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri QURAN VƏ “NƏHC ƏL-BƏLAĞƏ”

Şiə məqalələri

QURAN VƏ “NƏHC ƏL-BƏLAĞƏ”

 Quranı bilməməyi özləri üçün nöqsan hesab etdikləri kimi "Nəhc əl-bəlağə"ni də bilməməyi nöqsan hesab etməlidirlər
Bu kitab Quranla yanaşı qoyulduqda şübhəsiz, ondan sonra birinci yerdə durur. Yəni bizim bu dərəcədə etibarlı, əhatəli, qədim başqa kitabımız yoxdur. Məhz buna görə də "Nəhc əl-bəlağə"ni canlandırmaq yalnız biz şiələrin vəzifəsi deyil. Bu, bütün müsəlmanların vəzifəsidir. Yəni İmam Əlini (ə) qəbul edən, müsəlman olan hər bir insanın borcudur. – Çünki İslamda bu böyük insanı qəbul etməyən kimsə yoxdur. – "Nəhc əl-bəlağə"ni bənzərsiz İslam irsi olaraq yaşatmaq, canlandırmaq lazımdır. Bu canlandırmaqda məqsəd çapını çoxaltmaq deyil, – lazımınca çox çap olmuşdur. – Burada məqsəd "Nəhc əl-bəlağə" ilə bağlı tədqiqat aparmaq, işləməkdir.
Quran sahəsində çoxlu iş aparıldığı, çoxlu təfsirlər yazıldığı kimi "Nəhc əl-bəlağə" haqqında da bu işlər görülməlidir. Quran oxunduğu kimi "Nəhc əl-bəlağə" də oxunmalıdır. Çünki Quranın ardı, davamıdır. Müsəlmanlar Quranla üns bağladıqları, Quranı bilməməyi özləri üçün nöqsan hesab etdikləri kimi "Nəhc əl-bəlağə"ni də bilməməyi nöqsan hesab etməlidirlər.

Cəmiyyətmizdə "Nəhc əl-bəlağə"nin tam və əhatəli tərcüməsinin, eləcə də Quranın tam, aydın tərcüməsinin yeri boşdur. Mən, artıq neçənci dəfədir ki, Quranı yaxşı tərcümə edə biləcək mütəxəssislərdən xahiş edirəm ki, bu işi görsünlər. İslam Respublikası beş ildən sonra zənnimcə gecikmişdir. Bu iş daha tez həyata keçirilməli idi. Hər keçən gün daha gec olur. Zənnimcə, bir neçə nəfərin bu iki müqəddəs əsərin tərcüməsinə başlamasının, bacardıqları qədər irəliləmələrinin eybi yoxdur. Çünki hər halda heç bir tərcümə kamil olmayacaq. Yəni filan güclü ərəb dili mütəxəssisinin, filan mahir tərcüməçinin "Nəhc əl-bəlağə"ni təcümə etməyə başladığını eşitdikdə əllərini işdən çəkməsinlər, işlərini davam etdirsinlər. Kim özündə maraq, şövq hiss edirsə, işə başlasın. Əgər Quran və "Nəhc əl-bəlağə"nin on yaxşı tərcüməsi olsa, yenə çox deyil. Bir ayə və ya cümlə ilə bağlı müxtəlif baxışların, fərqli zövqlərin oxucunu o cümlənin gerçək tərəflərinə daha yaxın edə bilməsinin heç bir eybi yoxdur. Buna görə də mən bu işi bu gün birinci dərəcəli iş hesab edirəm.

Quranla tanışlıq universitetlərdə adi hal olmalıdır ki, Quran maarifi, Quran ruhu elm mərkəzlərinə hakim kəsilsin. Hədis sahəsində isə bizim "Nəhc əl-bəlağə"miz var.
O, tam, kamil hədis toplusudur və bizim bugünkü problemlərimizin həlli yolları, ehtiyaclarımız bu kitabda toplanmışdır.
Quran və "Nəhc əl-bəlağə" ilə üns bağlamaq çox qəribə şeydir. "Nəhc əl-bəlağə" həqiqətən də Quranın davamıdır. İnsan "Nəhc əl-bəlağə" və ya "Səhifeyi-Səccadiyə" ilə üns bağladıqda xalis İslamdan bəzi həqiqətlərin ixtiyarında olduğunu görür.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə