Cümə09172021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İBADƏT QURANDA NAMAZ HAQQINDA

İBADƏT

QURANDA NAMAZ HAQQINDA

 Namaz haqqında yüzdən çox ayə nazil olmuşdur
Hal-hazırda yeganə mötəbər ilahi kitab olan Qurani-Kərimə müraciət etsək görərik ki, insan üçün ən əhəmiyyətli vəzifə namazdır. Namaz haqqında yüzdən çox ayə nazil olmuşdur. Bu ayələrə əsasən namaz bütün şəriətlərdə vacib buyurulmuş ibadətdir. “İbrahim” surəsinin 40-cı ayəsində oxuyuruq: “Pərvərdigara, məni də, nəslimdən olanları da namaz qılan et”. Bu dua Həzrət İbrahimə (ə) məxsusdur. Həzrət Musaya (ə) nazil olmuş ilk vəhydə belə buyurulur: “Mənəm, Mənəm o Allah ki, Məndən qeyri tanrı yoxdur. Mənə ibadət et və Məni yat etməkdən ötrü namaz qıl”. (“Taha” surəsi, ayə: 14.)
Həzrət İsa (ə) hələ beşikdə ikən deyir: “O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduğum müddətdə namaz qılıb zəkat verməyi tapşırdı.” (“Məryəm” surəsi, ayə: 31.) “Loğman” surəsinin 17-ci ayəsində Həzrət Loğman (ə) öz oğluna belə tapşırır: “Ey oğlum, namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə”
İslam Peyğəmbərinə (s) belə xitab olunur: “Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən, namaz (insanı) pis və çirkin işlərdən çəkindirər”. (“Ənkəbut” surəsi, ayə: 45.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə