Cümə05032024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Batinə diqqət və nəfsə ağalıq

Öyüd-Nəsihət-Rəvayət

Batinə diqqət və nəfsə ağalıq

   İslam hökuməti pak və hər növ nəfsani əsarətdən azad valilər tələb etdiyindən həzrət Əli (ə) İslam hökumətinin kamil nümunəsini təşkil edib, Malik Əştəri Misirə vali göndərir və ona xitabən buyurur:

“(Ey Malik) Öz qəlb istəklərinin ağası ol.”

Nəfs üzərində hakimiyyət ən mühüm saleh əməllərdən biridir. Bu nöqtə o qədər əhəmiyyətlidir ki, girami İslam peyğəmbəri buyurur: “Əgər danışıqda həddi aşıb qəlbinizi boş-boş işlərə məşğul etməsəydiniz, mənim gördüyümü görər, eşitdiyimi eşidərdiniz.” (“Əl-Mizan”, 5-ci cild, səh.292.)

   Nəfs istəklərinin tənzimi
   İslam dini cinsi azadlığı tarixin qurucu amili sayan Freydin və həqiqətə doğru hərəkəti nəfs istəklərini tamam boğmaqda görən yalançı rahiblərin əksinə olaraq inanır ki, insan vücudunda Allah tərəfindən əmanət qoyulmuş bütün istəklər şər və fəsad səbəbi deyildir və o həqiqətə çatmağa mane olmur. Bəli, İslam nəzərincə, insan nəfsani meyllərindən qanuni yolla istifadə edib, bütün maddi ləzzətlərdən İslami qaydada bəhrələnə bilər. Təbii ki, şəri üsullara və qaydalara əməl üçün nəfsani meyllər arasında tarazlıq yaratmaq, qeyri-qanuni meyllərin qarşısını almaq bir şərtdir.
Bir sözlə, İslam nəfs istəklərinin tam boğulmasını yox, tənzimlənib tarazlanmasına çağırır. Buna görə də İslamın həm mütləq cinsi azadlıqla, həm də rahibliklə mübarizə apardığını görürük. Həzrət Əli (ə) həqiqətin bəyanında buyurur:

“Özünü sənə halal olmayandan uzaqlaşdır. Çünki xoşladığın və ya xoşlamadığın şeylərlə rabitədə özünü saxlamaq (dayanıb düşünmək) eynən insafdır.”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə